Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 76 -
Informasiya insanın bütün həyatı boyu onu
təqib edir. Bu məlumatlar vasitəsilə insan ətraf aləmi
dərk edir. Məişətdə informasiya dedikdə kimin üçünsə
maraqlı olan məlumat, bilik və s. başa düşülür.
Məlumat nə qədər maraqlıdırsa, o qədər çox miqdarda
informasiya daşıyır.
İnformasiya ixtiyarı simvollar ardıcıllığı və ya
sözlərdir.
İnformasiya ətraf aləmin simvollar, işarələr
vasitəsilə təsviridir.
İnformasiya məlumatın, yaddaşa gələn
siqnalların məzmunudur, həmçinin xəbər, siqnal və
yaddaşda olan məlumatlardır.
İnformasiyanın növlərini aşağıdakı kimi cədvəl
şəklində göstərmək olar:
İ.Q.Semakin informasiya anlayışının
öyrədilməsi üçün iki cür yanaşma təklif etmişdir: