Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 75 -
İTM-in tədrisinin xüsusi məsələləri
VIII.
İnformatikanın əsas anlayışlarının
öyrədilməsi metodikası
1.
İnformasiya anlayışının
daxil edilməsinə
subyektiv yanaşma.
2.
İnformasiyanın ölçülməsi anlayışının öyrədil-
məsinə kibernetik yanaşma.
3.
İnformasiya və entropiya.
Informasiya anlayışı informatikanın əsas
anlayışıdır. Bu anlayış şagirdlərə 1-ci sinifdən
başlayaraq bütün informatika kursu boyunca öyrədilir.
2-ci sinifdə informasiyanın növləri – qoxu, dad,
vizual, səs və taktil informasiya haqqında məlumat
verilir. Bir çox mütəxəssislər (məsələn, A.P.Yerşov)
informasiya anlayışına tərif vermirlər (əsas anlayış
olduğuna görə). Bu həm də onunla əlaqədardır ki, bu
anlayış bütün elmlər
üçün fundamental olan üç
anlayışdan biridir – enerji, materiya və informasiya.
İnformasiyaya verilən müxtəlif təriflərə nəzər salaq:
[15, s. 111-116]