Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 78 -
insanın yaddaşı olduğu nəticəsinə gəlmək olar. Lakin
insan bütün informasiyaları öz yaddaşında saxlamır,
o, həmçinin dəftər, kompakt-disk və s.-dən də istifadə
edir. Bu cür yaddaş xarici yaddaş adlandırılır. İnsan
bu yaddaşdan istifadə etmək üçün əvvəlcə onu
oxumalıdır. Yəni daxili yaddaşdan istifadə etməlidir.
Müəllim bu məsələləri aydınlaşdırarkən şagirdlərin
kompüterin iş prinsipi və yaddaşı ilə tanışlıqları üçün
zəmin yaratmalıdır. Bu analogiya sayəsində gələcəkdə
şagirdlər kompüterin yaddaş qurğusunun iş prinsipini
daha yaxşı başa düşə bilərlər. Daha sonra müəllim
şagirdlərə səs, qoxu, dad, vizual və taktil informasiya
vasitəsilə insanın bilik əldə edə bilməsini izah
etməlidir.