Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 63 -
dialoq-mübahisə, debat və s. modellərini və tənqidi
təfəkkürü formalaşdıran, münaqişə həlli vərdişlərini
inkişaf etdirən, metoforik (emosional-obrazlı)
təfəkkürü inkişaf etdirən və s. formaları göstərmək
olar. Qeyri-standart dərslərdən biri olan
Bilik mübadiləsi dərsini nəzərdən keçirək.
Bilik mübadiləsi – mənbələrin öyrənilməsinə
həsr olunan dərs modelidir. Bu dərs şagirdlərdə
tədqiqatçılıq fəaliyyətini formalaşdırır.
Dərsin sxemi:
1.
Təlimatlandırma – müəllim sinfi bir neçə kiçik
qrupa bölür və qruplardan hər birinə bir sual və ya
tapşırıq verir.
2.
Tədqiqat – hər qrup öz sualını mənbələr üzrə
araşdırır və bütün sinif üçün izahat hazırlayır.
3.
Bilik mübadiləsi – qruplar növbə ilə çıxış edir.