Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 80 -
hansı bir mətn yazılı formada hərflər ardıcıllığıdır –
deməli, qrafik siqnallardan ibarətdir. Şifahi nitq isə
səs siqnallarından ibarətdir. Bu yanaşmada əsas
anlayış - əlifbadır. Əlifba informaiyanın təsviri üçün
istifadə edilən simvollar ardıcıllığıdır. İkilik
kodlaşdırmada əlifbanın hər bir simvolu 1 bit
informasiyaya malikdir.
Beləliklə, kibernetik mənada informasiya
ötürülən siqnallar ardıcıllığının məzmunudur.
İnformasiya və entropiya. Entropiya (yunanca
çevrilmə deməkdir) informasiya nəzəriyyəsində qeyri-
müəyyənlik mənasında işlənir. Məişətdə entropiya
dedikdə nəzərdə tutulur ki, hər hansı bir sistemdə nə
qədər az element müəyyən qaydaya tabedirsə, entro-
piya bir o qədər yüksəkdir. R.Xartli informasiyaya
belə tərif vermişdir:
Tərif. İnformasiya nəyinsə vəziyyəti haqqında
olan qeyri-müəyyənliyin, ona dair biliklərin
məhdudluğunu azaldan məlumatdır.
Bu baxımdan informasiyanın ölçülməsi anlayışı
belə müəyyən olunur:
1 bit informasiya bərabər ehtimallı iki
hadisədən birinin baş verməsi haqqında haqqında
verilən informasiyadır. Xartli düsturuna görə
İ=log 2 N. Məsələn, pulu atdıqda iki üzündən birinin
düşməsi haqqında verilən informasiya 1 bitə