Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 83 -
2) Paralellik prinsipi. Bu prinsip onu bildirir ki,
İKT kursunu və kompüterdə praktik işi öyrənərkən
belə şagirdlər paralel olaraq fundamental və əsas
anlayışları öyrənməyə davam etməlidirlər.
3) Özünütədris və qarşılıqlı öyrənmə.
İnformatika yeni və inkişafda olan bir elm olduğu
üçün şagirdlər özləri əlavə mənbələrdən, internet
resurslarından istifadə etməklə özləri informatika üzrə
yeni biliklər qazana bilər, sinif yoldaşları ilə bu
məlumatları paylaşaraq onların da maraq və bilik
dairəsini genişləndirə bilərlər.
Qeyd edək ki, yuxarıda sadalanan prinsiplər
tədrisin ümumi prinsiplərini inkar etmir, əksinə onları
tamamlayır.