Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 84 -
böyük əhəmiyyətə malikdir. Belə ki,
informasiya
prosesləri ilə bağlı anlayışlar 1-ci
sinifdən başlayaraq
şagirdlərə mənimsədilir. Şagirdlər:
-
qarşılıqlı əlaqədə olan obyektlər
sisteminin,
elementlər arasındakı siqnalların, infor-
masiya mübadiləsinin nədən ibarət oldu-
ğunu;
-
informasiya proseslərinin təsnifatını, infor-
masiyanın 2-lik
say sistemində təsvirinin;
-
müxtəlif sosial,
bioloji və texniki system-
lərdə informasiya axtarışının, alqoritmləş-
dirmə və modelləşdirmə vasitəsilə infor-
masiyanın formal şəkildə təsvirinin nədən
ibarət olduğunu bilməlidirlər. [15, s.127-
132]
Məlumdur ki, informasiya
proseslərinə infor-
masiyanın toplanması, ötürülməsi, saxlanması, emalı
və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın
toplanması öyrənilən obyektin vəziyyəti haqqında
məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi
halda insan tərəfindən,
avtomatlaşdırılmış halda isə texniki
vasitələr və
sistemlər tərəfindən yerinə yetirilir.
Dostları ilə paylaş: