Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 91 -
X. İnformasiyanın kompüterdə təsviri 1. Kompüterdə ədəd tipli informasiyanın təsviri.
2. Kompüterdə simvol şəkilli informasiyanın
təsviri.
3. Kompüterdə qrafik informasiyanın təsviri.
2. Kompüterdə səs informasiyasının təsviri.
Müasir kompüterlər bütün növ informasiyalarla
- ədəd, simvol, qrafik və səs informasiyaları ilə işləyir.
Lakin ilk kompüterlər yalnız 10-luq say sistemində
verilmiş ədədi informasiya ilə işləyə bilirdi. Kompüter
hesablamaları 2-lik say sistemində yerinə yetirir, 2-lik
say sistemində verilmiş ədədlər isə maşın sözləri
vasitəsilə təsvir olunur. Maşın sözünün ölçüsü
kompüterin prosessorunun tipindən asılıdır. Belə ki,
maşın sözünün ölçüsü 8 bitə bərabərdirsə, bu o
deməkdir ki, kompüter 8 tərtiblidir. 16 bitə, yaxud 2
bayta bərabər olan maşın sözü 16 tərtibli
kompüterlərdə işlənir. Hazırda 32, 64, 128 tərtibli,
yəni 4, 8 və ya 16 bayta bərabər maşın sözündən
istifadə edən fərdi kompüterlər geniş yayılmışdır. [18,
s.225-238]