Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 87 -
sonra 1 saniyəyə oxuduğunuz informasiyanın
miqdarını hesablayın.
Fərz edək ki, kitabda 40 sətir və hər sətirdə
təxminən 50 simvol var. Bu o deməkdir ki, səhifədə
2000 simvol var və ya mətnin informasiya həcmi
2000 bayta bərabərdir. Mətni oxumağa 140 saniyə
vaxt sərf olunur. Deməli, informasiyanın ötürülmə
sürəti 2000/140=14,3 bayt/san–dir. Şagirdlərin
diqqətini belə bir fakta yönəltmək yaxşı olardı ki, eyni
həcmdə, lakin müxtəlif ötürmə sürətinə malik
informasiyalar ola bilər. Ümumiyyətlə, mətnin həcmi
nə qədər böyük olarsa, onun ötürülmə sürətini
müəyyən etmək o qədər asan, düzgün və real olar.