Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Zədələnmələrin təhqiqatı və qeydə alınması



Yüklə 1,67 Mb.
səhifə15/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

3.2. Zədələnmələrin təhqiqatı və qeydə alınması.
Azərbaycan Respublikası Əmək məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin tədqiqatı və uçota alınması qaydaları müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur.
Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafıq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur. Əsasnamənin qüvvəsi mülkiyyət və təşkilati- hüquq formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.
Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafıq nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.
Qüvvədə olan əsasnaməyə uyğun olaraq işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməli və uçota alınmalıdır:

  • əmək vəzifələrini yerinə yetirərkən, eləcə də müdiriyyətin tapşırığı olmadıqda belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

  • müəssisənin və ya kənar təşkilatın müqavilə əsasında verilmiş nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən;

  • müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı ərzində müəyyən edilmiş fasilələr də daxil olmaqla, işin bağlanmasından əvvəl və ya qurtarmasından sonra geyimini, istehsal alətlərini və s. qaydaya salmaq üçün lazım olan vaxt ərzində;

  • keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik keçirilən müddətdə, eləcə də müəssisə tərəfindən hamiçilik tədbirləri keçirildiyi müddətdə;

  • istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

  • fəaliyyəti xidmət obyektlərinin arasında hərəkət etməklə əlaqədar olan işçilərlə (iş vaxtı, ictimai nəqliyyatda, yaxud piyada gedərkən, eləcə də müdiriyyətın tapşırığı ilə iş yerinə gedərkən);

  • iş vaxtı şəxsi minik nəqliyyatında (ondan xidməti gedişlər üçün istifadə etmək ixtiyarına müdiriyyətin sərəncamı olduğu halda), yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən;

  • iş vaxtı başqa şəxs tərəfındən bədən xəsarətləri yetirildiyinə, yaxud işçinin əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş bədbəxt hadisələr;

  • itkin düşənlər, zədələnmələr, kəskin peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanıqlar, donmalar, suda boğulmalar, ildırım vurmalar, eləcə də təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar) zamanı;

  • növbə istirahətində olan işçilər növbə qəsəbəsinin ərazisində, nəqliyyat vasitələrində olduqları vaxt.

İstehsalatla əlaqədar olan bədbəxt hadisələrin tədqiqatı və uçotu 1982-ci il 13 avqust tarixdə qəbul olunmuş Əsasnamə ilə təsdiq edilmişdir. Əsasnaməyə müvafiq olaraq istehsalatda baş verən bədbəxt hadisə nəticəsində fəhlə və qulluqçu əmək qabiliyyətini bir sutkadan artıq itirərsə, bu barədə N-1 formalı akt tərtib olunmalıdır. Akt 45 il müddətində arxivdə saxlan ılır.
Həkim müayinəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirən işçi sağalana qədər başqa işə keçirilir. Fəhlə və qulluqçunun başqa işə keçirilməsi N -1 formalı aktın 17-ci bəndində qeyd olunmalıdır.
Bədbəxt hadisənin vaxtmda uçotunun aparıiması, habelə bədbəxt hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsi üzərində həmkarlar ittifaqı komitəsi, ictimai texniki m üfəttiş və dövlət nəzarət orqanlarının müfəttişlikləri nəzarət edir.
Zərər çəkən şəxs aktda göstərilənlərə razı olmasa həmkarlar ittifaqı
komitəsinə müraciət etməlidir. Həmkarlar ittifaqı komitəsi vətəndaşın ərizəsinə gün müddətinə cavab verməlidir.
Yada saxlamaq lazımdır ki, N-1 formalı akt 4 nüsxədən ibarət tərtib olunur və müalicə haqda müəssisənin arayışı akta əlavə olunur. Aktı sex rəisi (və ya sahə rəhbəri), təhlükəsizlik texnikası üzrə mühəndis və baş ictimai müfəttiş tərtib edir, baş mühəndis isə təsdiq edir.
Bədbəxt hadisə qrup halında olarsa, hər bir şəxs üçün ayrıca akt tərtib olunmalıdır. Aktda müəssisənin adı, yerləşdiyi ərazi, xalq təsərrüfatının hansı sahəsinə aid olduğu, zərərçəkən şəxsin soyadı, adı, atasının adı, yaşı, ixtisası, dərəcəsi, iş stajı, işlədiyi sex, təlimatların vaxtlı-vaxtında keçilib-keçilməməsi, habelə h adisə təfsilatı ilə göstərilməlidir. Aktın surəti zərərçəkən şəxsə verilir.
Hadisə təhqiq olunandan sonra müdiriyyət əmr və ya göstərişlə müqəssiri cəzalandırır və gəlcəkdə hadisənin təkrar olunmaması üçün tədbirlər görülməsini tələb edir.
İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqatı və uçota alınması qaydaları:
1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisənin baş verdiyi gün Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)] məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)] daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
3. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin