Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


İstehsalat zədələnmələrinin təhlili. Əməyin gigiyenası və is­tehsalat sanitariyasının əsasları



Yüklə 1,67 Mb.
səhifə16/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

3.3 İstehsalat zədələnmələrinin təhlili. Əməyin gigiyenası və is­tehsalat sanitariyasının əsasları.
İstehsalat zədələnmələrini təhlil etmək üçün üç əsas üsuldan
istifadə edilir: statistik, monoqrafik və iqtisadi.
Statistik üsul artıq baş vermiş olan bədbəxt hadisələrin faktları əsasında istehsalat təhlükələrinin öyrənilməsi, müəyyən nəticələr çıxarılması və buna uyğun təkliflər hazırlanması üçün tətbiq olunur . Bu üsul çoxlu sayda ilk materialın (N - 1 formalı aktları və s.) diqqətlə öyrənilməsini tələb edir. Statistik üsulun dəqiqliyi təhlil edilən materialların keyfıyyətindən və öyrənilən hadisələrin sayından asılıdır. Buna görə də eyni şəraitdə baş vermiş bədbəxt hadisələrin sənədləri toplanaraq sistemləşdirilir və bunun əsasında da ən çox bədbəxt hadisəyə səbəb olan proseslər müəyyənləşdirilir, sonra isə aşkar edilmiş təhlükə mənbələri tədqiq edilib, aradan qaldırılması üçün əməli tədbirlər hazırlanır.
Monoqrafık üsul hər bir bədbəxt hadisənin bütün səbəblərinin və
baş verdiyi şəraitin hərtərəfli öyrənilməsinə tətbiq edildiyindən daha
təkmilləşmiş üsuldur. Bu üsul ilə zədələnmələrin səbəblərini öyrəndikdə hadisənin bütüıı şəraiti araşdırılır, texnoloji proses, işlədilən material, maşın və avadanlıq və s. nəzərdən keçirilir, nəticədə hadisənin əsas səbəbi müəyyənləşdirilir.
İqtisadi üsul bədbəxt hadisə nəticəsində dəyən iqtisadi zərərin müəyyən olunmasından, eləcə də həmin hadisənin aradan qaldırılmasına yönəldilmiş xərclərin effektivliyinin qiymətləndirilməsindən ibarətdir.
İstehsalat zədələnmələrini kəmiyyət və keyfiyyətcə qiymətləndirmək və görülən tədbirlərin səmərəliliyinə qiymət vermək üçün zədələnmənin tezlik göstəricisi hesablanır. Zədələnmənin tezlik göstəricisi (KT) 1000 nəfər işçiyə düşən bədbəxt hadisələrin sayı il ə müəyyənləşdirilir
(3.1)
burada T- hesabat dövründə bədbəxt hadisələrin sayı;
P - hesabat dövründə işçilərin orta siyahı sayıdır.
Əməyin gigiyenası və istehsalat sanitariyasının əsasları. Gigiyena insanın xarici mühitlə qarşılıqlı təsirini və əlaqəsini öyrənən, həyatın və əməyin gigiyenik normativlərini, eləcə də onların həyata tətbiq edilməsi formalarını hazırlayan sağlamlıq elmidir. Gigiyena təbiət və tibb elmlərindən başqa, ictimai -iqtisadi elmlərləə də sıx əlaqədardır.
Əməyin gigiyenası əmək prosesini və istehsalat şəraitini, onların orqanizmlə qarşılıqlı təsirini öyrənməklə bərabər, həm də sağlam əmək şəraiti yaradılması üçün təcrübi üsul lar hazırlayır, istehsalat zərəri barədə xəbərdarlıq edib, onların aradan qaldırılmasına köməklik edir.
İnsanın əmək fəaliyyəti zamanı istehsalat, yaxud əmək prosesinin bəzi amilləri orqanizmə müəyyən müddət mənfi təsir göstərir və nəticədə onun əmək qabili yyəti azalır. Belə amillərə, yuxarıda deyildiyi kimi, peşə və ya stehsal at zərərləri deyilir.
İstehsalat sanitariyası peşə zərərlərinin və insanı əhatə edib
orqanizmə mənfı təsir edən başqa istehsalat zərərlərinin kifayət qədər
azaldılması və qarşısının alınması üsullarını öyrənir. Əmək şəraitinin sağlamlaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlər işləyib hazırlayır. Belə ki, istehsalat sanitariyası ümumi sanitariya sahəsinin bir bölməsidir.
Əhalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırıması üçün elmin gigiyenik tələb və nəticələrinə əsaslanan bütün təcrübi üsulların məcmusu sayılan istehsalat zərərl ərini üç qrupa bölmək olar:
* İstehsalat prosesinin xüsusiyyətindən, maşın və avadanlıqdan asılı olan zərərlər. Bu qrupa qeyri -normal meteorolo ji şərait (qeyri-normal temperatur, nəmlik, havanın sürəti, istilik şüalanması), istehsalatda yaranan tozlar, zəhərli buxar və qazlar, səs -küy, titrəyiş daxildir ki, bunların da orqanizmə tədricən təsiri nəticəsində müəyyən müddətdən sonra müxtəlif peşə xəstəlikləri meydana çıxır.
*Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan zərərlər. Bu qrupa orqanizmin sümük -əzələ sisteminin birtərəfli yüklənməsi, uzun müddət oturaq vəziyyətdə işləmə, iş rejiminin pozulması, normadan artıq işləmə, istirahət vaxtlarının pis təşkili, yaxud pozulması və s. daxildir.
*İstehsalat binalarında yerləşən ümumi məişət avadanlıqlarındakı çatışmazlıqlar. Bunlara istehsalat binalarının qızdırılma və işıqlandırlma sistemlərindəki çatışmazlıq, binalarda sanitariya normalarına görə işçilərə lazım gələn iş yeri həcminin azlığı, veııtilyasiya sistemlərindəki çatısmazlıq və s. daxildir.
İstehsalatda zədələnmələrə qarşı mübarizədə bir sıra ümumi tədbirlər görülür. Bunlara istehsalat proseslərinin mexanikləşdirilməsi, avtomatlaşdırılması, texnologiyanın səmərələşdirilməsi, zəhərli toz, buxar, qaz və s. amillər ayrılan qurğuların hermetikləşdirilməsi, işçilərə fərdi mühafızə vasitələrinin verilməsi və s. daxildir. Sənaye müəssisələri ərazisiniıı sanitariya cəhətdən abadlaşdırılması məsəlləridə istehsalat sanitariyası bölməsinə daxildir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin