Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Texniki və bədii layihələndirmənin mahiyyəti



Yüklə 1,67 Mb.
səhifə30/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

6.2. Texniki və bədii layihələndirmənin mahiyyəti
Texniki layihələndirmə. Əvvəllər sənayenin inkişafını texnikanın mənimsənilməsi dövrü kimi qəbul edirdilər. Maşınların texniki və estetik xarakteristikası yüksək deyildi. Buna görə layihəçilərdən texniki məsələlərin dizayn həlli üçün yüksək tələbkarlıq tələb olunurdu. İnsanların imkanları nəzərə alınmırdı və nəticədə insan maşınlara uyğunlaşmalı olurdu. Zaman keçdikcə istehsalat məhsulları yüksək texniki dizaynla, keyfiyyətlə hazırlanmağa başlandı və maşınlar insana uyğun hazırlandı. Hal-hazırda mühəndis, maşın və ya başqa qurğunu layihələndirdikdə yalnız texniki məsələləri yox anotomiyani, psixologiyani, dekorativ incəsənəti, sosial bazanı, mühiti, işıqlanma texnikasını və s. nəzərə almalıdır.
Deməli, texniki estetikanın əsasını bunlar təşkil edir. Texniki estetika və dizayn, sosioloji, ekonomiki və elmi texnikanın inkişafının nəticəsindən qaynaqlanır. Hal-hazırda bir məhsulu layihələndirmək üçün aşağıdakı üç əsas prinsipi gözləmək lazımdır.
“Dizayn bədii layihələndirmə növü kimi nəzərdə tutulan obyektin modelinin qurulmasına, onun strukturunun yaradılmasına və təsvir üsullarına elmi-texniki yanaşma ilə bədii-obrazlı yanaşmanı ifadə edir”.
Dizaynda xüsusi bədii statusa malik olan layihə qrafikası layihənin aktiv dili olaraq, layihə tapşırığının obrazlı həllində aparıcı rol oynayan ilkin cizgilərdən, axtarış, həmçinin nümayiş və ümumi görünüş rəsmlərindən, eləcə də obyektin həcm-fəza təhlili məqamlarının qeyd edilməsindən ibarətdir.
Dizayn - layihələndirilmənin əsas vasitələrindən biri olan layihə təsnifatı - obyektin funksional, morfoloji, texnoloji, sosial - mədəni və digər əlamətlərinə görə layihələndirmə materiallarının sistemləşdirilməsindən ibarətdir. Ümumi layihə təsnifatı obyektin təyinat sahələri (istehsal, kütləvi xidmət, fərdi istehlak) üzərində qurulur və obyektə məqsədli tələblər verir.

*Bədii layihələndirmə.


*Texnikanın son nailiyyətlərini nəzərə almaq.
* Estetik görünüşü daha gözəl etmək.
Mühəndis layihələndirilməsində əsas konstruktiv və texnoloji tələblər nəzərə alınır.Texniki-ekonomiki göstəricilərin optimal variantı axtarılır.Diqqət mərkəzində hər an məhsul, obyekt və ya texnoloji proses olur. İnsan faktoru isə mühəndis axtarışında nəzərə alınmır və nəticədə rahatlıq, gözəllik və s. layihəçinin diqqət mərkəzindən uzaq olur.
Bədii layihələndirmə zamanı bədii layihəçinin diqqət mərkəzində layihələndirmə boyu insan faktoru durur. Texniki estetikanı hərdən insanın qayğısına qalan elm adlandırırlar və bu bədii layihələndirmənin əsasını təşkil edir. Hər hansı yeni obyekt layihə edilən zaman dizayner insan faktorunu (amilini) nəzərə almalıdır. Bu halda dizayner istismarçının nümayəndəsi kimi olur. İstismarçının marağını və istehsalçının imkanını nəzərə almaq dizaynerin mütəxəssis borcudur.
Bədii layihələndirmə bütün layihələndirmə prosesinin ayrılmaz hissəsidir. Bədii layihələndirmə və mühəndis layihələndirməsi bütün layihələndirmə prosesini tamamlayır.
Bütün fəaliyyətlər etaplarla həyata keçirilir (Şəkil 6.1). Giriş etapı tələbatın öyrənilməsi ilə başlayır. Proqnozlaşdırma tələbatı həyata keçirməklə əmələ gəlir.

Şəkil 6.1.Mühəndis layihələndirməsinin etapları.
Proqramlaşdırma proqnozlaşdırmanın əsasında həyata keçirilir.
Planlaşdırmanın əsasını isə proqramlaşdırma təşkil edir, sonrakı etap isə layihələndirmədir, yəni – layihələndirmə planlaşdırmadan material halına keçir. Layihənin əsasında istehsal başlayır, yəni – nümunə hazırlanır və texnologiya işlənir. Əgər ekspertizadan sonra nəticə müsbət olarsa nümunənin çoxalması başlayır. Bundan sonra paylanma və istismar prosesi başlayır. İstehsal olunan məhsul işlədikcə yeni tələbatlar meydana çıxır və bu tələbatlara görə proses təkrarlanır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin