Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə29/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:
1.Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən hansı məsuliyyət daşıyırlar?.
2.Sənaye müəssisələrində yanğınların baş vermə səbəbləri
3. Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili
4. İstehsalatda yanğın və partlayışların təhlükəsinə görə təsnifatı.
5. 1 kq maddənin yanması ü çün lazı m olan havanın miqdarı necə təyin olunur?
6. Yanğın profilaktikası altında yanğınların qarşısının alınmasına yönəldilən tədbirlər.


MÖVZU 6. İŞ TƏHLÜKƏSİZLİYİNİN TƏŞKİLİNDƏ TEXNİKİ VƏ BƏDİİ LAYİHƏLƏNDİRMƏNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

6.1. Müasir layihə nəzəriyyəsi və metodologiyasının əsasları


Müasir dövr qloballaşma şəraitində daha geniş müstəvidə inkişaf etməkdə olan dizayn yaradıcılığı davamlı şəkildə zənginləşən elmi - nəzəri biliklər, həmçinin praktiki təcrübələr əsasında cəmiyyətin sosial-mədəni inkişafında müstəsna əhəmiyyət kəsb edərək, bu inkişafın vacib, aparıcı amillərindən birinə çevrilməkdədir. Bu mənada dizayn sosial-mədəni inkişafın qanunauyğunluqlarına əsasən çoxsahəli yaradıcılıq fəaliyyəti olmaqla yanaşı, eyni zamanda cəmiyyətin layihələndirmə mədəniyyətini də inkişaf etdirir.
Məlum olduğu kimi, dizayn yaradıcılıq fəaliyyəti hazırlanan məmulatın, qurğunun və yaxud yaradılacaq hər-hansı bir obyektin bədii-texniki layihələndirmə prosesini həyata keçirir. Qeyd etmək lazımdır ki, dizayn-layihələndirmədəki bədii yanaşmadan fərqli olaraq, layihələndirmədən ayrıca fəaliyyət sahəsi kimi mühəndis- texniki, memarlıq-inşaat və s. işlərin reallaşdırılmasında geniş şəkildə istifadə edilir. Bu mənada onun mahiyyətini, o cümlədən tələblərini, məqsəd və vəzifələrini, həmçinin dizayndakı rolunu nəzərdən keçirmək vacibdir.
İndiyədək layihələndirmənin müəyyənləşdirilməsi və izahı ilə əlaqədar müxtəlif fikirlər irəli sürülmüşdür.
Elmi ədəbiyyatda layihə (lat. projctus – irəli atma ) məmulatın (obyektin) texniki sənədləşməsinin tərtibi və daha sonrakı istismarı üçün vacib olan, müvafiq bədii konstruktor sənədləşməsində ara və ya son təsvir kimi xarakterizə edilərək, onun cəmiyyətin elmi-texniki inkişafının hazırkı mərhələsinə xas olan müxtəlif texniki, iqtisadi və sosial - mədəni problemlərin həlli üsulunu müəyyənləşdirdiyi qeyd edilir .
Obyektin layihələndirilməsi üçün sifarişçi tərəfindən təqdim edilən tələb və tapşırıqların məcmusu layihə tapşırığı kimi səciyyələndirilir.
Layihələndirmənin məqsədi «insan - əşya - maşın – mühit» sistemlərində müasir dövrün tələb və ehtiyaclarından irəli gələn problemlərin həllindən, o cümlədən məmulat, qurğu və avadanlıqların yeniləşdirilməsinin, təkmilləşdirilməsinin daha optimal həlli variantlarının tapılmasından və reallaşdırılmasından ibarətdir.
Göstərilən məqsədə müvafiq olaraq, layihələndirmə prosesini həyata keçirən dizaynerin üzərinə aşağıdakı vəzifələr düşür:
● qlobal məkanda yeni texnologiyaların yaradılma zərurətinin müəyyənləşdirilməsi;
● köhnəlikdən yeniliyə tədrici keçidin yaradılması (yəni həm funksional, həm də mənəvi baxımdan köhnəlmiş əşyanın, avadanlığın yeni mühitə və şəraitə uyğun olaraq harmonik cəhətdən yeniləşdirilməsi);
● yeni istehlak mallarının yaradılması probleminin makromühit üzrə hərtərəfli təhlili və öyrənilməsi;
● məmulat və avadanlıqların yaradılmasında insan amilinin maksimum nəzərə alınması;
● məmulatların layihələndirilməsində erqoestetik amillərin, həmçinin ekoloji tələblər və gigiyenik normalar üzrə beynəlxalq standartların nəzərə alınması;
●layihələndirmədə ən səmərəli üsul və vasitələrin, o cümlədən kompüter proqramlarının seçilməsi və s.
Müxtəlif elm sahələrində olduğu kimi, layihələndirmə də üç pilləli proses kimi, üç vacib amili özündə cəmləşdirir:

  • analiz (təhlil);

  • sintez;

  • qiymətləndirmə.

Layihələndirmə prosesində məmulatın təyinat istiqaməti üzrə texniki və iqtisadi cəhətdən əsaslandırılmış hesablamaları aparılır, onun möhkəmliyi, istismar müddəti, ekoloji yararlılığı, həmçinin iqtisadi xərcləri nəzərə alınır. Bu məqsədlə müvafiq tələblər əsasında sxemlər, qrafiklər, çertyojlar və s. sənədlər hazırlanır.
Elmi ədəbiyyatlarda göstərildiyi kimi, bütün bunlardan əlavə, bəzən yaradılmış məmulat sınaqdan çıxarıldıqdan sonra ideyanın ən optimal variantı seçilir, formaya korrektələr (dəyişikiliklər) təklif olunur. Bu proses məmulatın ilkin buraxılışından sonra da davam etdirilir. Belə dərin araşdırma müxtəlif layihə mərhələlərində marketinqlə sıx bağlı olur .
Müasir dövrdə əşya və avadanlıqların yaradılmasında bazarın tənzimlədiyi kompleks tələblər mühüm amillərdən biri kimi əhəmiyyət kəsb edir. Onları aşağıdakı kimi qeyd etmək olar:

  • daha çox tələbat olan məhsulların istehsalının üstünlüyü;

  • sifarişə əsaslanan mallar;

  • məmulatın bir neçə funksiyanı yerinə yetirməsi;

  • birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyaların istehsalının üstünlüyü;

  • məmulatın hazırlanmasında minimum xammal sərfi;

  • realizə məkanının daha geniş olması;

  • rəqabətə davamlılıq;

  • erqoestetik faktorlar;

  • ekoloji və gigiyenik tələblər üzrə beynəlxalq standartlara uyğunluq və s.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin