Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


İstehsalatda insanların yanğın təhlükəsizliyinin təmin edilməsinin xüsusiyyətləri



Yüklə 1,67 Mb.
səhifə28/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

5.5. İstehsalatda insanların yanğın təhlükəsizliyinin təmin edilməsinin xüsusiyyətləri
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarına əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. 
Rəsmi qurumların vəzifələri:
- Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarəetmə orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində bir sıra vəzifələri yerinə yetirməlidirlər. Məsələn:
- Tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
- Müəyyənləşdirilmiş qaydada normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
- Yanğından Mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək;
- Yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;
- Hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;
- Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
- Müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən Dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
- Əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.
Müəssisələrin vəzifələri:
- Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
-Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
- Yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;
- Yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;
- Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;
- Yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;
-Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun bölmələrinin əməkdaşlarına köməklik göstərmək;
- Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;
- Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;
- Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;
- Yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək;
- Binalara, tikililərə, qurğulara, buraxılan və satılan məhsullara Yanğın Təhlükəsizliyi sertifikatının və Yanğın təhlükəsizliyi sahəsində işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə lisenziyalarının vaxtında alınmasını təmin etmək;
- Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini Dövlət Yanğın Nəzarəti Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək.
Vətəndaşların vəzifələri:
- Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək;
- Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq;
- Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə məlumat vermək;
- Yanğından Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək;
- Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək;
- Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
- Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün şəhər və rayon Dövlət Yanğın Nəzarəti Orqanı vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.
İdarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq yanğına qarşı rejimin bütün tələblərinə ciddi riayət etməlidirlər. Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və.s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır. Binaların, tikililərin və qurğuların aralarında olan yanğına qarşı ara məsafələrində malların yığılmasına, avtomobillərin dayanacaq kimi istifadə edilməsinə, bina və qurğuların (qurulmasına) tikilməsinə icazə verilmir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin