Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Münasib ədədlər sırasının erqonomikada digər ədədlər sisteminə nisbətən üstünlükləri



Yüklə 1,67 Mb.
səhifə36/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

7.2.Münasib ədədlər sırasının erqonomikada digər ədədlər sisteminə nisbətən üstünlükləri
Təbiətdə çoxlu sayda sadə elementlər olsa da, onun 99,5%-ni 12 əsas element
“ standart” təşkil edir. Bu prinsip standartlandırmada da əsas qəbul olunmuş və standartlaşdırma üçün – parametrik standart sıranın yaradılması üçün münasib rəqəmlər sırasından istifadə olunur.
Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü ildə qəbul etmişdir. (QOST 8032-56). Bu münasib rəqəmlər sırası cədvəl 1-də verilmişdir. Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü ildə qəbul etmişdir. Insan tərəfindən hazırlanan məhsulların utilitarfunksional, konstruktiv-texnoloji, ekonomik, sosial, estetik-ideya keyfiyyətlərini nəzərə alan xüsusiyyətlərə ayırmaq olar.
Standartın əsasını faydalılıq, utilitarlıq, məqsədəuyğunluq və gözəllik təşkil edir. Standartlar yaxşı və qənaətbəxş ola bilməz, onlar daha mükəmməl olmalı, utilitar-funksional-texniki tələbləri öyrənməkdən başqa estetik tələbləri də tam ödəməlidir. Texniki mükəmməlliyin və standartın estetikliyini, istehsalat məhsulunun forma dəyişməsinin əsas parametrlərindən biri olaraq həndəsi və münasib rəqəmlər sırası təşkil edir.
Münasib rəqəmlər sırası onluq rəqəmlərdən ibarətdir, yəni birdən ona qədər yuvarlaqlaşdırılmış bu rəqəmlər həndəsi silsilə təşkil edir və bu silsilənin əsası hər sıraya uyğun rəqəmlərdən ibarətdir.
Münasib ədədlər sırasının digər ədədlər sisteminə nisbətən bir çox
üstünlükləri vardır:
1. Istənilən münasib ədələrin hasili, nisbəti, üstə yüksəldilmiş, iki qat hasili, yarısı yenə də münasib ədəd olacaqdır;
2. Münasib ədələrdə vergülün yeri dəyişdikdə alınan ədəd yenə
də münasib ədəd olacaqdır. Misal üçün 1,6-dan törəyən 0,16; 16; 160
və ya 1600 yenə münasib ədəddir.
Bununla yanaşı münasib ədələr sırasının bəzi mənfi cəhətləri də vardır:
1. Silsilənin hədləri tam ədəd deyil və təcrübədə onları yuvarlaqlaşdırmaq lazım gəlir.
2. İrrasional ədədlərin hasili, nisbəti və qüvvəti onların özlərinə görə müəyyən xəta verir. Misal üçün 8 əvəzinə 7,9433 rəqəmi özünə vurulduqda 8×8=64 olduğu halda, 7,9433×7,9433=63,5 alınır və s.
Hazırda maşınqayırmada, tikintidə və digər sahələrdə modul prinsipindən geniş istifadə olunur. Bu elementlərin qarşılıqlı əvəz olunmasını və eyni ölçülüyünü təmin edir.
Modul prinsipi məmulun geniş nomenklaturada və müxtəlif variantlarda standart hissələrdən hazırlanmasını təmin edir. Maşınqayırmada ilişmə modulu dedikdə dişli çarxın başlanğıc diametrinin dişlərin sayına olan nisbəti nəzərdə tutulur.
Münasib ədədlər sırası və həm də modulların vahid sırası layihələndirmənin normativ əsasını təşkil edir. Bu parametrlər texnikada unifikasiya olunmuş elementlərdən bütöv maşın və qurğuları yaratmağa imkan verir. Bu üsullar daha münasib, əlverişli və texniki – texnoloji və iqtisadi cəhətdən daha rasional olsalar da, estetik keyfiyyət baxımından həmişə tələbatı ödəyə bilmirlər.
Deməli, standart məhsulların modullaşdırma prosesini mexaniki deyil, yaradıcılıq baxımından həyata keçirməlidir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin