Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


MÖVZU 7. STANDART NORMA VƏ UTİLİTAR TEXNİKİ XASSƏLƏRİN ERQONOMİKADA ROLU



Yüklə 1,67 Mb.
səhifə35/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

MÖVZU 7. STANDART NORMA VƏ UTİLİTAR TEXNİKİ XASSƏLƏRİN ERQONOMİKADA ROLU

7.1.Standartlaşdırmanın milli iqtisadiyyatın inkişafında rolu
Standartlaşdırma milli iqtisadiyyatın inkişafı və beynəlxalq münasibətlərin genişləndirilməsi üçün əsas vasitələrdən biridir.
İnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul(iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsizliyinə inam yaradır.
Standartlaşdırma - məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:

  • məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;

  • məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;

  • məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;

  • ölçmələrin dəqiqliyini və vəhdətini;

  • bütün növ resursların qənaətini;

  • təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;

  • ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;

  • istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.

Standartın aşağıdakı növləri vardır:

  • Beynəlxalq standartlar — dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.

  • Regional (hövzə) standartlar— texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.

  • Dövlətlərarası standartlar — iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.

  • Milli standartlar — ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.

Standartlar məzmun və təyinatlarından asılı olaraq aşağıdakı növlərə bölünürlər:

  1. Texniki şərtlərin standartları (ümumi texniki şərtlər).

  2. Parametrlərin (ölçülərin) standartları.

  3. Ümumi texniki tələblərin (texniki tələblərin) standartları.

  4. Tiplərin, əsas parametrlərin və ölçülərin standartları.

  5. Konstruksiyanın standartları.

  6. Markaların standartları.

  7. Çeşidlərin standartları.

  8. Qəbul qaydalarının standartları.

  9. Nəzarət (sınaq, analiz, ölçmələr) metodlarının standartları.

  10. Nişanlama, qablaşdırma, saxlanma və nəqletdirmə qaydalarının standartları.

  11. İstismar və təmir qaydaları.

  12. Tipli (əşya və avadanlıqlar seçilməsi, iqtisadi və texnoloji cəhətdən əlverişli) texnoloji proseslərin standartları.

  13. Ölçü cihazlarının yoxlama metodları və vasitələri üçün standartlar.

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16/IV-1996-cı ildə qəbul olunmuş və 8/X-1996-cı ildə Prezidentin fərmanı ilə qüvvəyə minmiş Qanuna əsasən Respublika standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər hazırlanır və tətbiq edilir:

  1. Azərbaycan Respublikasının dövlət standartları.

  2. Texniki-iqtisadi və sosial informasiya təsnifatları.

  3. Sahə standartları (SST).

  4. Beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr (BDST).

  5. Texniki şərtlər (TŞ).

  6. Müəssisə standartları (MST).

  7. Elmi-texniki və digər ictimai birliklərin standartları(ETST).

Bu qanuna əsasən standartlaşdırma sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır. Standartların göstərilən kateqoriyalara bölünməsi onların təsir dairəsindən asılı olaraq həyata keçirilir. Dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tutur. Məcburi tələblərə aşağıdakılar aiddir:

  • məhsulların ( işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;

  • məhsulların texniki , texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;

  • məhsulların əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;

  • məhsulların elm, texnika və texnologiyanın inkişafına uyğunluğu;

  • məhsulların təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;

  • standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.

Dövlət standartlarında nəzərdə tutulan tələblər Respublikanın qanunvericiliyinə zidd olmamalıdır. Dövlət standartlarının tövsiyyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:
a) qanunvericilik aktlarında nəzərdə tutularsa;
b) məhsulu istehsal edən (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişdirsə.
Texniki tənzimləmə və standartlaşdırmanın məqsədləri:
- məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi;
- xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın inkişafına müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi;
- məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəzolunmasının təmini;
- insan və material ehtiyatlarına qənaət edilməsinə köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması;
- istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin və dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi;
- təbii və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması;
- səfərbərliyə hazırlığa və müdafiə qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.
Standartlaşdırmanın prinsipləri:
- Standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi bütün marağı olan tərəflərin, məhsulun layihəçilərinin, istehsalçılarının, məhsul çoxçeşidliyinin, keyfiyyətinin, səmərəliliyinin, tətbiqinin uyğunluğu və qarşılıqlı əvəz olunmasının, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyinin, ətraf mühitin qorunmasının idarə edilməsində tərəflərin hər birinin rəyi nəzərə alınmaqla onların qarşılıqlı istəyinə əsaslanmalıdır;
- Standartlar:
- sosial, texniki və iqtisadi cəhətdən zəruri olmalı;
- beynəlxalq ticarətə maneə törətməməli;
- beynəlxalq və regional standartların tələblərinə zidd olmamalı;
- qanunvericilik normalarına, eləcə də nəzarət funksiyasını yerinə yetirən orqanların norma və qaydalarına uyğun olmalı;
- tələbləri optimal olmalı;
- tələblərinin yeniləşdirilməsi təmin edilməli;
- sertifikatlaşdırma məqsədləri üçün yararlı olmalı;
- mətni birmənalı başa düşülməli, dəqiq və aydın şərh olunmalı;
- eyni standartlaşdırma obyektlərinin standartlarının müxtəlif idarə səviyyələrində təkrar işlənməsinə yol verilməməlidir.
Azərbaycan Respublikası ərazisində standartlaşdırmaya aid istifadə olunan sənədlər:
- «Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən 6 Dövlət standartı - AZS 1.0-96, AZS 1.2-96, AZS 1.3-96, AZS 1.4-96, AZS 1.5-96, AZS 1.6-96;
- Standartlaşdırmaya aid edilən sənədlər sırasına həmçinin Azərbaycan Respublikasının milli standartları, habelə müəyyən edilmiş qaydada respublika ərazisində istifadə edilən beynəlxalq, regional və xarici ölkələrin milli standartları da daxildir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin