55
sul istehsal edən, texnoloji prosesin qısa
dövrünə malik olan,
əksər hallarda bitməmiş istehsal olmayan kütləvi istehsalatlarda
tətbiq edilir. Buna misal olaraq tikinti materialları, kimyəvi ma-
teriallar istehsal edən müəssisələr, enerji istehsalı və s. göstər-
mək olar.
Proseslər üzrə metodun
mahiyyəti ondan ibarətdir ki,
müstəqim və qeyri-müstəqim xərclər kalkulyasiya maddələri
üzrə bütün məhsul buraxılışına aid edilir. Bununla əlaqədar
olaraq məhsul (iş, xidmət) vahidinin
maya dəyəri ay ərzində
çəkilmiş bütün xərclərin cəmini, həmin dövrdə istehsal edilən
məhsulun miqdarına bölünməklə təyin edirlər. Məsrəflərin uçot
obyektləri bir çox hallarda kalkulyasiya
obyektləri ilə üst-üstə
düşür. Məsrəflərin və onların əmələgəlmə yerləri üzərində nə-
zarətin gücləndirilməsi üçün bir çox müəssisələrdə istehsal bir
sıra hallarda fazalara bölünür. Bununla əlaqədar olaraq istehsal
məsrəfləri uçota alınan maddələri nomenklaturalarında da dəyi-
şiklik edilir. Nə qədər ki, bütün məsrəflər birbaşa (müstəqim)
məsrəflər hesab edilir, onları iqtisadi elementlər üzrə əks etdir-
mək imkanı yaranır.
İstehsalın yuxarıda sadalanan
xüsusiyyətləri məhsulun
maya dəyərinin uçotu və kalkulyasiyasının proseslər üzrə me-
todunun xüsusiyyətlərini şərtləndirir və onun əsasını təşkil edir.
Ona görə də uçot ədəbiyyatlarında bu metodu müxtəlif formada
sadə, birmərhələli proseslər üzrə və s. adlandırırlar,
lakin bu
növ məhsul istehsalı daxilində planlaşdırmanı, normalaşdırma-
nı və uçotu onun ayrı-ayrı toplananları (proseslər, fazalar) üzrə
aparılması prinsipindən (mahiyyətindən) çıxış edilərsə meto-
dun ən düzgün adının “Məsrəflərin uçotu və məhsulun maya
dəyərinin kalkulyasiyasının proseslər üzrə metodu” olması da-
ha məqsədəuyğun hesab edilir.
İstehsal məsrəflərinin uçotu
və məhsulun faktiki maya
dəyəri kalkulyasiyasının proseslər üzrə metodu məhsulun ha-
zırlanması, iş və xidmətlərin yerinə yetirilməsinin texnoloji
56
prosesinin tərkibinin mərhələlərə ayrılmasını nəzərdə tutmur.
Bu metodda məsrəflərin uçot obyekti bütövlükdə texnoloji pro-
ses, kalkulyasiya obyekti isə həmin texnoloji prosesin məhsulu
hesab olunur. Məhsul vahidinin orta maya dəyəri bütün istehsal
məsrəflərini hazır məhsulun miqdarına bölməklə alınır. Hesa-
bat kalkulyasiyası
həm müstəqim, həm də qeyri müstəqim
xərcləri özündə əks etdirir.
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yası 1 N-li əlavə sxemdə verilmişdir.
Dostları ilə paylaş: