Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məsrəflərin uçotunun və məhsulun maya dəyəri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə27/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   91
document hrclubaz 226

5.2. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyası metodlarının ümumi xarakteristikası
 
İstehsal prosesinin uçotunun sonuncu mərhələsi məsrəflə-
rin ayrı-ayrı məhsullar arasında bölüşdürülməsi və məhsul va-
hidinin maya dəyərinin hesablanmasıdır. İstehsalın xarakterin-
dən, texnoloji xüsusiyyətindən, tipindən, növündən və istehsal 
edilən məhsulların müxtəlifliyindən asılı olaraq məsrəflərin 
uçotu və məhsulun maya dəyəri kalkulyasiyasının müxtəlif me-
todlarından istifadə edilir. İstehsal məsrəflərinin uçotu və məh-
sulun maya dəyərinin kalkulyasiyası məsrəflərin kalkulyasiya 
obyektləri üzrə (xərc maddələri göstərilməklə) uçotu və həm 
bütövlükdə əmtəlik məhsulun, həm də ayrı-ayrı məhsul növlə-
rinin maya dəyərinin hesablanmasını özündə ehtiva edir. 
Ümumiyyətlə müxtəlif ölkələrdə fəaliyyət göstərən 
müəssisə və təşkilatlarda məsrəflərin uçotunun məhsulun (iş, 
xidmətin) maya dəyərinin hesablanmasının və bu əsasda ayrı-
ayrı məhsul növlərinin maya dəyərinin kalkulyasiyasının sadə, 
proseslər, mərhələ, sifariş və normativ metodlarından, ABC, 
JİT, Target - Kosting və Kayzen – Kosting kimi modellərdən 
və nəhayət Standart – Kosting, Direkt – Kosting kimi sistem-
lərdən istifadə edilir. 
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yası sadə istehsalatda (neft, kömür, filiz, qaz çıxarmada, istilik 
və elektrik enerjisi istehsalı və s.) mürəkkəb texnoloji prosesli 
istehsalatlara (metallurgiya, maşınqayırma, toxuculuq və s.) 
nisbətən çox mürəkkəb deyil. 
Əgər sadə məhsul istehsal edilirsə, yəni məhsul ayrı-ayrı 
hissələrdən, qovşaqlardan ibarət deyilsə, ona hazır məhsul kimi 
yalnız bir kalkulyasiya tərtib edilir. 
Əgər məhsul mürəkkəbdirsə, o zaman hazır məhsulun 
kalkulyasiyası ilə yanaşı həmin məhsulun təkibinə daxil olan 
yarımfabrikatlar (qovşaqlar, hissələr və s.) üçün kalkulyasiya 


53 
tərtib edilir ki, bu son hazır məhsulun kalkulyasiyasını mürək-
kəbləşdirir. 
Sənaye müəssisələrində məhsulun maya dəyərinin plan-
laşdırılması, uçotu və kalkulyasiyasına dair təlimatda məsrəf-
lərin uçotu məhsulun maya dəyəri kalkulyasiyasının dörd əsas 
metodu (sifariş, mərhələ, normativ və sadə metod) nəzərdə tu-
tulmuşdur. 
İstənilən metodun tətbiqinin ən mühüm şərtləri aşağıda-
kılardır: 
a) material və əmək sərfi normalarının və istehsal vəsait-
lərinin istifadəsi normativlərinin, idarəetmə və istehsalat xid-
məti üzrə smetaların zəruriliyi; 
b) qüvvədə olan normaların dəyişilmələrinin uçotunun 
təşkili; 
c) faktiki xərclərin normalardan kənarlaşmalarının uçotu-
nun təşkili. 
Məhsul vahidinə xammal, material və əmək sərfi norma-
larının dəyişilməsi yeni texnika və texnologiyanın tətbiqi, əmək 
və istehsalın təşkilinin yaxşılaşdırılması və digər tşəkilati-tex-
niki tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də təş-
kilat, texniki tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət et-
mək və məsrəf normalarını faktiki məsrəflərlə müqayisə etmək 
məqsədilə normaların dəyişilməsi haqqındakı bildirişləri rəsmi-
ləşdirmək yolu ilə istifadədə olan normaları dəqiqləşdirmək və 
bu dəyişiklikləri uçota almaq lazımdır. Məsrəf normalarının ca-
ri dəyişmələri və eləcə də tətbiq olunan normalar müəssisənin 
müvafiq vəzifəli işçisi tərəfindən təsdiq edilməlidir. Normalar-
da edilən dəyişikliklər barədə, onlar istifadəyə verilənə qədər 
sex və şöbələrə xəbərdarlıq edilməlidir. Cari məsrəf normala-
rından kənarlaşmaların uçotu maya dəyərinin aşağı salınması 
ehtiyatlarının aşkara çıxarılması və istifadəyə cəlb edilməsi, 
eləcə də hesabat kalkulyasiyasının tərtib edilməsi üçün mühüm 
əhəmiyyətə malikdir. 


54 
Faktiki məsrəflərin normativlərinə, normalarına və sme-
talarına nəzarət edilməsini təmin etmək məqsədi ilə faktiki 
məsrəflərin uçotu cari mühasibat uçotunda normalar üzrə xərc-
ləri və normadan kənarlaşmaların uçotuna bölünməlidir. Bu 
uçotun təşkili istehsalın təşkili və texnoloji xüsusiyyətləri və 
buraxılan məhsulun nomenklaturası və emal mürəkkəbliyi ilə 
bağlıdır. Ona görə də məsrəflərin cari normalardan kənarlaşma-
larının mühasibat uçotu sənayenin ayrı-ayrı sahələrində sahəvi 
təlimatlara uyğun olaraq təşkil edilir. 
Cari məsrəf normalarından kənarlaşmaların uçotunun ən 
çox geniş yayılmış və mütərəqqi üsullarından biri də normalar-
dan kənarlaşmalar, partiyalarla biçmə, eləcə də analitik hesab-
lamalar əsasında faktiki xərclərin normalarla müqayisəsi və s. 
əməliyyatların sənədləşdirilməsidir. Məsrəflərin uçotu və məh-
sulun maya dəyəri kalkulyasiyasının yuxarıda sadalanan me-
todları, 
modelləri 
və 
sistemlərindən 
vəsaitin 
digər 
mövzularında daha geniş izah edildiyinə görə burada onlar 
haqqında bəhs edilməyəcək. 
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yasının sadə və yaxud birmərhələli metodunda müstəqim və 
qeyri-müstəqim xərclər bütün məhsulun kalkulyasiya maddələ-
ri üzrə aparılır. Bununla əlaqədar olaraq məhsul vahidinin ma-
ya dəyəri ay ərzində sərf edilmiş bütün xərcləri həmin dövrdə 
istehsal edilmiş məhsulun cəmi miqdarına bölməklə hesablanır. 
Bu metod əsasən bir növ məhsul buraxan kütləvi istehsal müəs-
sisələrində tətbiq edilir. Bu istehsalatlarda bitməmiş istehsal 
qalığı çox cüzi miqdarda olur və yaxud sabit (stabil) və yaxud 
da ki, heç olmur. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin