Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Normativ maya dəyərinin kalkulyasiyası



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə35/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   91
document hrclubaz 226

6.2. Normativ maya dəyərinin kalkulyasiyası 
 
Məsrəflərin uçotu və məhsulun maya dəyərinin 
kalkulyasiyasının normativ metodunun prinsiplərini nəzərdən 
keçirərkən məlum olur ki, “normativ maya dəyərinin 
kalkulyasiyası” ən mühüm metod hesab olunur. Normativ 
maya dəyəri maya dəyərinin qabaqcadan tərtib edilən 


70 
növlərindən biri hesab olunmaqla qüvvədə olan cari 
normalardan, normativlərdən və smetalardan çıxış edərək xərc 
maddələri üzrə məmulata sərf edilən məsrəf məbləğini təyin 
edir. 
Normativ maya dəyərinin kalkulyasiyasının əsasını – 
müəssisənin normativ təsərrüfatı təşkil edir ki, bu da özündə 
bütün kompleks tapşırıqları, normativləri, norma və smetaları 
birləşdirir ki, bunlardan da planlaşdırma, istehsal prosesinin 
təşkili və nəzarət üçün istifadə edilir. Müəssisənin normativ 
təsərrüfatı dörd əsas qrupa bölünür: 
1. Plan tapşırıqları; 
2. İstehsalın texniki hazırlığı üzrə normativ sənədlər; 
3. Ehtiyatlar və köməkçi normativ material xərcləri üzrə 
normativlər. 
Adətən normativ maya dəyəri kalkulyasiyasının tərtibinə 
normativ kartlar tərtib etmək yolu ilə detal və qovşaqların 
maya dəyərlərinin kalkulyasiyalaşdırılması yolu ilə başlayırlar. 
Detal üçün tərtib edilən normativ kartında adətən detalın adı, 
onun kodu, sexlər üzrə hər məmulata və texnoloji marşruta 
tətbiqi kimi sorğu məlumatları da göstərilir. Kartın xüsusi 
bölməsində material sərfi normaları haqqında məlumatlar (sərf 
edilən material və yarımfabrikatın adı, nomenklatura nömrəsi
kalkulyasiya qrupu müəyyən edilmiş ölçü vahidində sərfiyyat 
normaları, uçot qiyməti və sərf edilmiş materialların dəyəri) 
göstərilir. Bütün texnoloji əməliyyatlar (işin dərəcəsi, vaxt 
norması, əmək haqqı) ayrıca göstərilir.
Detal üzrə konstrukturun dəqiqləşdirilmiş təsnifatı və 
normativ kartın məlumatlarına əsasən qovşaq üçün normativ 
kart tərtib edilir. Detal qovşaqlarına daxil olan material və 
əmək haqqı xərcləri üzrə yekun məlumatlar qovşaq kartlarına 
işlənilir. Əgər qovşağa üç eyni detal sərf edilirsə detalın 
normativ məsrəflərini üçə vuraraq alınan rəqəmi qovşağın 
normativ kartına yazırlar. Bu halda məmulatın normativ 


71 
kalkulyasiyası qovşaqlar və detallar üzrə sərf edilən xərcləri 
özündə əks etdirəcək.
Normativ maya dəyərinin kalkulyasiyasının tərtibi 
prosedurasını sadələşdirmək üçün detal və qovşaqlar üzrə tərtib 
edilən normativ kartlar sexlər üzrə məhsulları özündə cəmləyən 
normativ yığma cədvəlini tərtib etmək daha məqsədəuyğundur. 
Bu cədvəlin nümunəsi 8 N-li cədvəldə verilmişdir. Bu cədvəldə 
sexdə emal edilən və yaxud yığılan detal və qovşaqlara sərf 
edilən məsrəflər əks etdirilir. Normativ yığma cədvəlləri yalnız 
müstəqim xərclər üzrə tərtib edilir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin