67
şəraitində müəssisələr maya dəyərinin aşağı salınması
sahəsində əlavə imkanların aşkara çıxarılmasında maraqlı
deyildilər. Bu səbəbdən də bir
çox təsərrüfat subyektləri
məsrəflərin uçotu və məhsulun kalkulyasiyasının
normativ
metodunun və yaxud onun mühüm
elementlərinin tətbiqi
zəruriliyini görmürdülər.
Hansı müəssisələrdə ki, uçotun normativ metodunu tətbiq
edirdilər, orada mövcud normalardan kənarlaşmalar haqqındakı
informasiyadan yalnız müqəssir şəxslərin axtarılması və cəza-
landırılması üçün istifadə edirdilər ki, bu da əks nəticələrə gəti-
rib çıxarırdı: vəzifəli şəxslər istehsal və texnoloji proseslərdəki
çatışmazlıqları gizlətməyə çalışırdılar.
Bazar iqtisadiyyatı şəraitində,
məhsul həcminin gözləni-
lən artımı, bazarların əmtəələrlə doldurulması, istehsal edilən
əmtəənin rəqabət
qabiliyyətinin güclənməsi, bu səbəbdən də
maya dəyərinin aşağısalınma yollarının axtarılması normativ
metodunun tətbiqinə marağın artırılması ilə nəticələndi. Məs-
rəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiyasının
tətbiqi aşağıdakı prinsiplərə riayət edilməyi tələb edir:
1. Müəssisədə qüvvədə olan normalara əsasən qabaqca-
dan hər bir məmulat üzrə normativ maya dəyəri kalkulyasiyası-
nın tərtibi;
2. Normativ maya dəyərini təshih etmək üçün ay ərzində
qüvvədə olan normaların dəyişilmələrinin uçotunun aparılması;
3. Ay ərzində norma və normadan kənarlaşmalar üzrə bö-
lünməklə faktiki məsrəflərin uçotunun aparılması;
4. Normalardan kənarlaşmaların əmələgəlmə
yerləri üzrə
müəyyən edilməsi və meydanaçıxma şəraitinin və səbəblərinin
təhlili;
5. Normativ maya dəyəri,
normadan kənarlaşmalar və
normaların dəyişilmələri nəzərə alınmaqla ay ərzində buraxılan
məhsulun faktiki maya dəyərinin təyin edilməsi.
Sadalanan prinsipləri daha aydın başa düşmək üçün məs-
rəflərin uçotunun normativ metodu və məhsulun maya dəyəri-
nin kalkulyasiyasının blok-sxemini nəzərdən keçirmək lazım-
dır.