124
(təcrübədə) müəssisənin fəaliyyətini həyata keçirmək üçün is-
tehsala uzunmüddətli resursların cəlb edilməsi tələbatını irəli
sürür və zəruri edir (marketinq, satış, xidmət və s.).
Ona görə
də marjinal məsrəflərlə gəlirlərin bərabərliyi maksimum gəlir
gətirməsinə baxmayaraq, Direkt – Kostingin tətbiqi yalnız
müəyyən şərtlər daxilində səmərə verə bilir. Əvvəla müəssisə-
də müstəqim məsrəflər xərclərin çox hissəsini təşkil etməlidir.
İkincisi, az sayda məhsul buraxılmalıdır (bir, iki). Əgər müəssi-
sə bu tələblərə cavab vermirsə maya dəyəri göstəricisi mütləq
təhrif olunacaqdır: xırda seriyalı məhsula azaldılmış əlavə (qiy-
mət artımı), iriseriyalıya isə yüksək qiymət artımı
idarəetmə
uçotuna nisbətən maliyyə uçotunda gəlir göstəricisi daha aşağı
olacaqdır, elə zənn edilir ki, sadə istehsala nisbətən mürəkkəb
texnologiyalı və innovasiyalı məhsul yüksək rentabellidir. Bu-
radan da belə bir nəticəyə gəlmək olar ki, idarəetmə uçotu əsas
vəzifəsini yerinə yetirmək üçün sabit və dəyişən göstəricilərin
tətbiqi səmərəli deyil.
Məsrəflər haqqında obyektiv informasiya alınması üçün
yeni metodların axtarılması uçotun ABC modelinin meydana
gəlməsinə səbəb oldu. ABC modelinin spesifik xüsusiyyəti on-
dan ibarətdir ki, nu model tətbiq olunan zaman müəssisənin tə-
sərrüfat fəaliyyətinə işçi əməliyyatların yığımı kimi baxılır. İş
prosesində ehtiyatlar (material,
informasiya, avadanlıq və s.)
müvafiq olaraq müəssisədə ABC tətbiqinin ilkin mərhələləri
mürəkkəb iş əməliyyatlarının paralel olaraq ehtiyatların istehla-
kını hesablamaqla sadələşdirilmiş tərkib hissələrinə ayırmaqla
işlərin siyahısının və ardıcıllığının təyin edilməsi hesab olunur.
ABC çərçivəsində məhsul buraxılışında iştirak üsullarına
görə işlər üç növə ayrılır:
1. Unit level (işəmuzd, görülən işi)
2. Batch level (paket işi)
3. Product level (məhsul işi)
125
Bu təsnifat müxtəlif istehsal prosesləri və məsrəflər ara-
sındakı asılılığın öyrənilməsini nəzərdə tutur: məhsul vahidinin
buraxılışı, sifariş (paket) buraxılışı, məhsul istehsalı. Bununla
belə yenə də məsrəflərin mühüm bir kateqoriyası bütövlükdə
müəssisənin
fəaliyyətini təmin edən, istehsal hadisələrindən
asılı olmayan məsrəflər nəzərə alınmır. Bu məsrəfləri uçota al-
maq üçün dördüncü növ iş – Facility level (ümumtəsərrüfat iş-
ləri). İşlərin birinci üç kateqoriyası, daha doğrusu o kateqoriya-
lar üzrə məsrəflər konkret növ məhsula aid edilə bilərlər.
Ümumtəsərrüfat işlərinin nəticələrini bu və ya digər konkret
növ məhsula aid etmək olmaz. Ona görə də onların bölüşdürül-
məsi üçün müxtəlif alqoritmlər təklif edilir.
Optimal təhlilə nail olmaq üçün ehtiyatlar da (resurslar)
təsnifləşdirilir: istehlak anında verilən resurslar, əvvəlcədən ve-
rilən resurslar. Məsələn, birinciyə misal olaraq işəmuzd əmək
haqqını göstərmək olar. Bu zaman işçiyə iş əməliyyatlarının o
miqdarı üçün əmək haqqı verilir ki, o işlər yerinə yetirilmişdir,
ikinciyə qəti müəyyən edilmiş əmək haqqını misal göstərmək
olar, konkret miqdar tapşırıqla əlaqəli olmayan əmək haqqı.
İşçi əməliyyatlarına sərf edilən bütün
resurslar onun də-
yərini təşkil edir. Təhlilin birinci mərhələsinin sonunda müəssi-
sənin bütün işləri onların yerinə yetirilməsi üçün zəruri olan re-
surslara aid edilməlidir. Bir sıra hallarda məsrəf maddəsi hansı-
sa bir işə uyğun gəlir. Məsələn, “Təchizat şöbəsinin əməkhaq-
qı” “Təchizat” işçi əməliyyatlarının dəyərinə daxil edilir. Bu-
nunla yanaşı “Ofis binalarının icarəsi” maddəsi “Təchizat”, “İs-
tehsal”, “Marketinq” və s. məsrəf maddələri üzrə resursların is-
tehlakına mütənasib olaraq bölüşdürülməlidir. Bəzən belə hal-
lar da olur ki, hər hansı bir resurs heç bir işçi əməliyyatı ilə düz
gəlmir, aid edilmir, boş yerə sərf edilir.
ABC uyğun olaraq işçi əməliyyat indeks ölçüsünə, çıxış
nəticəsinə - KOST Drayverə malik olmalıdır. “Təchizat” məs-
rəf maddəsi üçün KOST Drayver “Alışın miqdarı” olmalıdır,
126
“Sazlama” maddəsi üçün KOST Drayver “satınalmanın miqda-
rı” olmalıdır. ABC tətbiqinin ikinci mərhələsi KOST Drayverin
onlar tərəfindən hər bir resursun istehlak göstəricilərinin hesab-
lanması ilə nəticələnir. Yekunda konkret növ məhsulun hazır-
lanmasına sərf edilən əmək məsrəflərinin məbləğini alırıq.
Məhsul istehsalı üçün sərf edilən işlərin məbləği onun maya
dəyərini təşkil edir. Bu hesablamalar ABC metodikasının prak-
tik tətbiqinin üçüncü mərhələsini təşkil edir.
Müəssisənin işçi əməliyyatları toplusuna malik olması
onun fəaliyyət göstəricisinin təkmilləşməsi
üçün geniş imkan-
lar açır və investisiyalaşdırma, ümumi heyətin uçotu, kadrların
idarə edilməsi və s. fəaliyyət sahələrində keyfiyyətin qiymət-
ləndirilməsinə imkan verir.
Nəticə etibarı ilə ABC tətbiqi müəssisənin rəqabət qabi-
liyyətinin yüksəlməsinə imkan verir və bütün idarəetmə səviy-
yələrində operativ informasiya təminatı yaradır.
Dostları ilə paylaş: