Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


məsuliyyət daşıyan şəxslər, onların hüquq və vəzifələri



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

məsuliyyət daşıyan şəxslər, onların hüquq və vəzifələri
7.1.1.
İşləri təhlükəsiz icra etmək üçün aşağıdaki təşkilati tədbirlər yerinə yetirilməlidir:
işlərin təhlükəsiz aparılması üçün məsuliyyət daşıyan şəxslərin təyin olunması;
naryad ya sərəncamın verilməsi;
iş yerinin hazırlanmasına icazə və işə buraxma icazəsinin verilməsi;
iş yerinin hazırlanması və işə buraxma;
işlərin icrası vaxtı nəzarətin aparılması;
digər iş yerinə keçirmək;
iş vaxtı fasilələrin və işin qurtarmasının qeyd olunması.
7.1.2.İşin təhlükəsiz icrası üçün aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
naryad və sərəncam verən şəxslər;
iş rəhbəri;
iş yerinin hazırlanmasına və işə buraxmaq icazəsi verən şəxs;
iş yerini hazırlayan şəxs
*
;
işə buraxan şəxs;
iş icraçısı;
nəzarətçi;
briqada üzvü.
*
İş yerini hazırlayan və işə buraxan şəxs eyni işçi ola bilər.
7.1.3. Naryad və sərəncam verən şəxs işin təhlükəsiz icra olunması imkanını təyin edir, o, naryadda göstərilən təhlükəsizlik
tədbirlərinin kifayət və tam olması, briqada tərkibinin sayı və keyfiyyəti, məsul şəxslərin təyin olunması, həmçinin naryadda
göstərilən işçilərin elektrik təhlükəsizliyi üzrə qrupu görüləcək işlərə uyğun olması üçün məsuliyyət daşıyır.
7.1.4. Naryad və sərəncam vermək hüququ müəssisənin və onun struktur bölmələrinin inzibati-texniki personalından V qrupu
olan işçilərə verilir.


79
Naryad vermək hüququ olan inzibati-texniki personal yoxdursa, təcili işləri görmək üçün həmin elektrik qurğusunun IV
qrupu olan növbətçi personalına naryad və sərəncam vermək icazəsi verilə bilər.
Bu halda növbətçi personala həvalə olunan naryad vermə hüquqi müəssisə rəhbərliyinin yazılı göstərişilə
rəsimləşdirilməlidir.
7.1.5. Naryadda göstərilən bütün təhlükəsizlik tədbirlərinin kifayət dərəcədə olmasına və yerinə yetirilməsinə, işə buraxan şəxs
və iş icraçısının briqada ilə apardığı təlimatın tam və keyfiyyətli olmasına, həmçinin işin icrasının təhlükəsiz təşkil olunmasına
iş rəhbəri cavabdehdir.
İş rəhbəri V qrupu olan mühəndis-texniki işçilərdən təyin olunmalıdır. İşin ayrı-ayrı mərhələlərini bilavasitə iş rəhbərinin
nəzarəti və rəhbərliyi ilə aparmaq zəruri olarsa, naryadı verən şəxs bu barədə naryadın “Müxtəlif göstərişlər” sətrində qeydlər
etməlidir.
7.1.6. İşin icrası üçün nəzərdə tutulmuş avadanlığı açmaq və torpaqlamaq tədbirlərinin kifayət dərəcədə olması və bunları
yerinə yetirmək imkanının yaradılması üçün həmçinin işə buraxılan briqadaların iş vaxtının və yerinin əlaqələndirilməsi üçün
məsuliyyəti iş yerini hazırlamaq və işə buraxmaq icazəsi verən şəxs daşıyır.
İş yerini hazırlamağı və işə buraxmağa icazə verən şəxs avadanlığı açmaq və torpaqlamaq üzrə əvvəlcədən görülmüş
əməliyyatlar barədə iş yerini hazırlayan növbətçiyə yaxud operativ-təmir personalından olan şəxsə xəbər verməyə borcludur.
İş yerini hazırlamaq və işə buraxmaq üçün icazəni IV qrupu olan növbətçi personal-vəzifə təlimatına uyğun olaraq və
müəssisə üzrə göstərişlə təyin olunmuş inzibati-texniki personalından olan işçilər verə bilərlər.
7.1.7. Naryadda göstərilən və işin şəraiti üçün tələb olunan tədbirlərin (açarların, lövhələrin, çəpərləmənin və s. qoyulması)
düzgün və dəqiq yerinə yetirilməsi üçün iş yerini hazırlayan şəxs cavabdehdir.
Bu elektrik qurğusunda operativ əməliyyat aparmağa buraxılmış növbətçi yaxud operativ-təmir personalı işçisinin iş 
yerini hazırlamağa hüququ var.
7.1.8. Yerinə yetirilmiş təhlükəsizlik tədbirlərinin düzgün və kifayət qədər olması, onların naryadda göstərilən tədbirlərə, işin
və iş yerinin xarakterinə uyğun olması, işə düzgün buraxmaq, həmçinin apardığı təlimatın tam və keyfiyyətli olması üçün işə
buraxan şəxs cavabdehdir.
HX-də işə buraxmaq istisna edilməklə, işə buraxan şəxslər 7.1.13-cü bənddə göstərilənləri yerinə yetirmək şərtilə
növbətçi yaxud operativ-təmir personlaından təyin olunmalıdır. 1000 Voltdan yuxarı olan elektrik qurğusunda işə buraxan
şəxsin IV qrupu, 1000 Volta qədər olan elektrik qurğusunda isə III qrupu olmalıdır.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin