83
8.1.5. 1000 Voltdan yuxarı gərginlikli elektrik qurğularında iş yerinə gərginlik verilə biləcək kommutasiya aparatlarının
səhvən, yaxud özbaşına işə qoşulmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:
ayırıcıların, yük açarlarının və aralayıcıların əl intiqalı işdən açıq vəziyyətdə mexaniki qıfılla bağlanmalıdır;
*
operativ ştanqla idarə olunan ayrıcıların stasionar çəpərləri mexaniki qıfılla bağlanmalıdır;
8.1.6. 1000 Volta qədər olan elektrik qurğularında əl intiqallı kommutasiya aparatını açmaqla və sxemdə qoruyucu olarsa,
onları çıxarmaqla iş aparılacaq cərəyandaşıyan hissələrin hər bir tərəfdən gərginlik çıxarılmalıdır. Sxemdə qoruyucu
olmayanda, kommutasiya aparatlarının səhvən qoşulmasının qarşısını almaq üçün şkafın qapısını yaxud dəstəyini qıfıllamaq,
düymələrin üstünü örtmək, kommutasiya aparatı kontaklarının arasına izoledici örtük qoymaq və s. kimi tədbirlərdən istifadə
edilməlidir.
Aparatların konstruktiv quruluşundan və işin xüsusiyyətlərindən asılı olaraq, həmçinin şini yerindən çıxarma, yaxud
kommutasiya aparatlarından və ya iş aparılan avadanlıqdan kabeli, məftili açmaq vasitəsilə yuxarıda göstərilən tədbirləri əvəz
etmək olar.
*
6-10 kV-luq elektrik qurğularında bir qütblü ayırıcının səhv qoşulmasının qarşısını almaq üçün onların bucaqlarına xüsusi
dielektrik kolpaqlar geyindirlməsinə icazə verilir.
8.1.7. İş yerini hazırlayarkən şinin çıxarılması yaxud kabelin, məftillərin açılmasını növbətçi və ya operativ-təmir personaldan
olan işçinin nəzarəti altında təmir personalından III qruplu işçi yerinə yetirə bilər. İş yerinin yaxınlığında yerləşən və toxunma
təhlukəsi törədən cərəyandaşıyan hissələrdən gərginlik çıxarılmalıdır, yaxud onlar çəpərlənməlidir.
8.1.8. Kontaktların açıq vəziyyəti gözlə görünməyən 1000 V qədər gərginlikli kommutasiya aparatlarında (sürüşməz tipli
avtomatlar, paket açarları, örtülü açarlar və s.) onların açılmış vəziyyəti sıxıcılarda yaxud çıxış şinlərdə, ya da bu
kommutasiya
aparatları vasitəsilə qoşulan avadanlığın məftil və sıxaclarında gərginlik olmadığını yoxlamaqla
müəyyənləşdirir.
Elektrik qurğularına xidmət edən personalların təhlükəsizlik texnikasına aid qruplar üzrə bilik səviyyəsi aşağıdakı kimi
olmalıdır:
Dostları ilə paylaş: