Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Şaquli çökdürücünün hesabatı



Yüklə 1,74 Mb.
səhifə36/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   59
Mühəndis ekologiyası kitabı

2.4. Şaquli çökdürücünün hesabatı
Çirkab sularının mexaniki təmizlənməsində əsas mərhələlərdən biri də çökdürmədir. Çökdürmə mahiyyətcə sadə olmaqla, eyni zamanda çirkab sularının təmizlənməsində olduqca əhəmiyyətli bir prosesdir. Çökdürmə çirkab sularından həll olunmayan və ya qismən həll olunan (kolloid) üzvi və mineral mənşəli mexaniki çirkləndiriciləri ayırmaq üçün tətbiq edilir. Çökdürmə prosesi ağırlıq qüvvəsinin təsiri altında iri fraksiyaların sudan ayrılmasına imkan verir. Belə ki, ağırlıq qüvvəsi daha ağır, iri və qaba hissəcikləri rezervuarın dibinə enməyə və çökməyə məcbur edir. Çökdürmə ilə təmizləmə prosesində şaqulu çökdürücülərdən geniş istifadə olunur (Şək.2.5).

Çirkab suyu mərkəzi boru vasitəsilə çökdürücünün yuxarı hissəsindən daxil olaraq aşağıya doğru hərəkət edərək əksetdiriciyə 4 çırpılaraq əvvəlcə üfiqi, sonra isə şaquli istiqamətini dəyişir və bu zaman qarışıqlar çamurtoplayıcıya 3 çökür. Durulmuş su yuxarıya döğru hərəkət edərək dairəvi sutoplayıcıya keçir. Çamurtoplayıcıda yığılmış çamur boru 2 vasitəsilə kənarlaşdırılır.



Çirkab suyunun sərfiyyatı məlum olduqda şaquli çökdürücünün həndəsi ölçüləri elə seçilir ki, suyun dairəvi zonadakı sürəti bərk hissəciklərin çökmə sürətindən artıq olmasın.

Mexaniki hissəciklər çirkab suyunda (ÇS) hərəkət edən zaman müqavimət yaranır. Bu müqavimətin qiyməti əsasən hərəkət rejimindən, hissəciyin forma və səthindən asılı olur.

Hissəciklərin ölçüləri kiçik və mayenin özlülüyü yüksək olduqda hərəkət rejimi laminar xarakter daşıyır ki, bu da hissəciklərin sürətinin aşağı olmasını şərtləndirir.

Hissəciklərin ölçüləri böyük olduqda və mühitin özlülüyü aşağı olduqda turbulent hərəkət rejimi müşahidə olunur, yəni hissəciklərin hərəkət sürəti yüksək olduqda ətalət qüvvələri böyük rol oynamağa başlayır.

Laminar hərəkət rejimindən turbulent hərəkət rejiminə keçid Reynolds Re və Arximed Ar ədədlərinin böhran qiymətləri ilə səciyyələndirilir.

Hərəkətsiz maye mühitində bərk hissəciyin çökmə prosesini nəzərdən keçirək.

Əgər, m kütləli hissəcik ağırlıq qüvvəsinin təsiri altında aşağıya doğru hərəkət edərsə, müəyyən bir zaman kəsiyindən sonra dinamiki tarazlıq yaranacaq ( ağırlıq qüvvəsi mühitin müqavimət qüvvəsinə bərabər olacaq ) və hissəcik müntəzəm (qərarlaşmış) hərəhət edəcəkdir. Hissəciyin mühitdə belə müntəzəm hərəkət sürəti çökmə sürəti wç adlanır.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin