Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Flotasiya qurğusunun hesabatı



Yüklə 1,74 Mb.
səhifə44/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   59
Mühəndis ekologiyası kitabı

2.7. Flotasiya qurğusunun hesabatı
Çirkab sularından həll olunmayan qarışıqların, neft və neft məhsullarının ayrılmasının ən səmərəli üsullarından biri flotasiyadır. Tərkibində səthi aktiv maddələr (SAM), neft, neft məhsulları və lifli maddələr olan çirkab sularının təmizlənməsi prosesi flotasiya üsulu ilə həyata keçirilir. Təmizləmə prosesinin fasiləsizliyi, geniş tətbiq diapazonuna malik olması, kapital və istismar xərclərinin az olması, qarışıqların ayrılmasının selektiv xarakter daşıması, prosesin sürətinin yüksək olması, yüksək təmizləmə dərəcəsi (90-95%), ayrılmış maddələrin rekuperasiya imkanı və s. bu üsulun üstün cəhətləridir.

Rezervuarın aşağısından yuxarı qalxan hava qabarcıqları bərk hissəciklərlə təmasda olarkən hissəcik qabarcığa yapışır. Flotasiya prosesi “hissəcik-qabarcıq” kompleksinin yaranmasına, yaranmış kompleksin səthə çıxaraq köpük yaratmasına və yaranmış köpüyün suyun səthindən yığılaraq kənarlaşdırılmasına əsaslanır.



“Hissəcik-hava qabarcığı” kompleksinin yaranması hissəcik və hava qabarcıqlarının bir biri ilə toqquşması intensivliyindən, suyun tərkibindəki maddələrin kimyəvi təsirindən və çirkab suyunun izafi təzyiqindən asılıdır.

Flotasiya qurğusu çirkab su borusu 1, sıxılmış hava borusu 2, flotatorun qapağı 3, köpüktoplayıcı 4, köpük üçün həcm 5, köpük kənarlaşdıran boru 6, təmiz su qəbuledici 7, təmizlənmiş su borusu 8 və arakəsmədən 9 ibarətdir (Şəkil2.9).









Çirkab suyu boru 1 vasitəsilə qurğunun yuxarı hissəsindən təzyiqlə verilir. Sıxılmış hava isə boru 2 vasitəsilə rezervuarın aşağı hissəsindən xüsusi məsaməli maddələrdən olan ucluqlardan flatatorun bütün en kəsik sahəsi boyunca bərabər şəkildə kiçik qabarcıqlar vasitəsilə verilir. Flotatorun qapağı 3 və suyun güzgü səthi arasında köpük yığılır və yığılmış köpük mərkəzdənqaçma ventilyatoru 4 vasitəsilə köpüktoplayıcıya 5 istiqamətləndirilir və buradan da boru 6 ilə emala göndərilir. Şaquli istiqamətdə aşağıya hərəkət edən su arakəsmədə 9 istiqamətini dəyişərək qəbulediciyə 7 tökülür və buradan da boru 8 ilə dərin təmizlənməyə gedir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin