Hesabatın aparılma ardıcıllığı
1.Təzyiqli hidrosiklonların konstruktiv ölçüləri çirkab suyunun miqdarından Q, tutulacaq hissəciklərin ölçülərindən δ və sıxlığından ρh asılı olaraq seçilir.
Çirkab sularından kiçik disperslikli mexaniki qarışıqları ayırmaq və çöküntünü (çamuru) qatılaşdırmaq üçün cədvəl 2.9-da verilmiş hidrosiklonlar tətbiq edilir.
Cədvəl 2.9-da verilmiş hidrosiklonlardan birini seçmək üçün tövsiyyələrdən (Cədvəl 2.10) istifadə etmək olar [8].
2. Seçilmiş həndəsi ölçülərdə təzyiqli hidrosiklonun məhsuldarlığı Qths aşağıdkı kimi hesablanır:
, m3/saat. (2.40)
burada, dç.su, dt.su – uyğun olaraq çirkab suyunun verildiyi və təmizlənmiş suyun çıxdığı boğazlıqların diametri (cədv.2.9), mm-lə;
ΔP – hidrosiklonda təzyiq itkiləri, ΔP = 0,1- 0,2MPa [2];
g – sərbəstdüşmə təcili, g = 9,81 m/san2.
Dostları ilə paylaş: |