Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Çirkab suyunun təmizlənməsi zamanı yaranan çöküntünü sabitləşdirən qurğunun hesablanması



Yüklə 1,74 Mb.
səhifə50/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
Mühəndis ekologiyası kitabı

Çirkab suyunun təmizlənməsi zamanı yaranan çöküntünü sabitləşdirən qurğunun hesablanması

Çirkab suyunun və digər tullantıların biokimyəvi emalı zamanı üzvi maddə mikroorqanizmlər tərəfindən dəyişdirilərək (çevrilərək) sintez edilmiş bərk maddə halında toplanır. Bu maddə müəyyən miqdarda adsorbsiya olunmuş və qismən oksidləşmiş qarışıqlarla birlikdə təmizlənmiş suyun əsas kütləsindən ayrılaraq biokimyəvi prosesin suspenziyalarını (çöküntülərini) təşkil edir. Adi sutəmizləyici stansiyalarda bütün çöküntülərin 60-70%-i aktiv lildən ibarət olur. İzafi aktiv lil və onun ilkin çökdürücüdənki nəm çöküntülərlə qarışığının emalı sabitləşdirmə, zərərsizləşdirmə və onun nəmliyinin və həcminin maksimum azaldılmasından ibarətdir. Çöküntünün biokimyəvi parçalanan maddəsinin miqdarının mikrobioloji azaldılması (sabitləşdirilməsi) prosesi aerob və anaerob qurğularda həyata keçirilir.

Çöküntülərin aerob sabitləşdirilməsi üsulu çöküntülərin metantenklərdə anaerob qıcqırdalması ilə müqaisədə sadəliyi, dayanıqlığı, partlayış təhlükəsinin olmaması və kapital qoyuluşunun az olması ilə fərqlənir. Aerob sabitləşdirmənin əsas çatışmazlığı çöküntüyə hava üfürülməsi üçün enerji sərfinin yüksək olması və ilin soyuq zamanlarında səmərəliliyinin aşağı olmasıdır.

Aerob sabitləşdirmə prosesi qurğunun hermetikləşdirilməsini və əlavə qızdırılmanı tələb etmir. Bu proses çöküntünün qatılığı nisbətən aşağı olduqda belə müvəffəqiyyətlə reallaşır, bərk məhsul və oksigenə bioloji təlabatı kiçik olan maye çirkab verir. Aerob-stabilləşdirilmiş lil kipləşdirilmə və mexaniki susuzlaşdırma zamanı yaxşı suvermə qabiliyyəti ilə səciyyələndirilir.



Aerotenklər çirkab sularını üzvi qarışıqlardan onları aktiv lildə olan mikroorqanizmlərlə oksidləşdirərək təmizləmək üçün istifadə olunur. Mikroorqanizmlərin normal həyat fəaliyyəti üçün aerotenkin daxilində həll olunmuş oksigenin müəyyən qatılığını saxlamaq lazımdır.

Aerob sabitləşdirici çöküntünü emal edən qurğudur. Aerob sabitləşdirmə mürəkkəb biokimyəvi prosesdir. Bu proses nəticəsində çöküntünün əsas külsüz maddəsi parçalanması (oksidləşməsi) baş verir və çöküntünün qalan üzvi maddəsi sabitləşir, yəni bir daha parçalanmaya qabiliyyətini itirir.

Aerob sabitləşdirmə üsuli aerotenklərdə (sabitləşdiricilərdə) çöküntünün uzunmüddətli aerasiyasına (havalandırılmasına) əsaslanır.

Bioloji təmizləmə prosesi çirkab suyu və aktiv lil verilən aerotenkdə baş verir (Şəkil 2.11).

Aktiv lil canlı orqanizmlərdən və bərk substratdan ibarətdir. Aktiv lil pH 4...9 olduqda mənfi yüklü amfoter kolloid sistemdir. Lilin quru maddəsi 70...90% üzvi və 30...10% qeyri-üzvi maddələrdən ibarətdir. Aktiv lildə müxtəlif ekoloji qruplardan olan mikroorqanizmlər – aerob və anaeroblar, termofillər və mezofillər və s. – mövcuddur.

Aktiv lilin əsas xassəsi onun çökmə qabiliyyətidir. Lilin vəziyyəti lil indeksi ilə səciyyələndirilir. Lil indeksi 30 dəqiqə ərzində lilin çökməsindən sonra təbii vəziyyətdə onun 1q-nın millilitrlərlə tutduğu həcmdir. Lil nə qədər pis çökərsə onun il indeksi də bir o qədər yüksək olar. Lilin indeksi 120ml/q olduqda onun çökməsi yaxşı, 120...150mq/l olduqda kafi və 150ml/q-dan artıq olduqda isə pis olur.

Sabitləşdiricinin hesabatı qurğunun ölçülərinin və aerasiya prosesi üçün tələb olunan hava sərfiyyatının müəyyənləşdirilməsinə əsaslanır.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin