Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Kipləşdirilmiş qarışığın həcmi



Yüklə 1,74 Mb.
səhifə53/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
Mühəndis ekologiyası kitabı

11. Kipləşdirilmiş qarışığın həcmi:
, m3. (2.69)
burada, wb – qarışığın başlanğıc nəmliyi,%-lə;

wk – kipləşdirilmiş qarışığın nəmliyi, %-lə.

12. Aerasiyaya hava sərfiyyatı:
Qh =qh∙V1 , m3/saat. (2.70)
burada, qh – 1m3 həcmə xüsusi hava sərfiyyatı, m3/(m3/saat)-la.

Tapşırıq: Verilmiş parametrlərə (Cədvəl 2.15) əsasən izafi aktiv lili və onun ilkin çökdürücüdən çıxan nəm çöküntü ilə qarışığını aerob sabitləşdirən qurğunun hesabatını aparmalı.


III Fəsil. Ətraf mühiti fiziki təsirlərdən mühafizə vasitələrinin hesabatı
3.1. İstehsalat səs – küylərinin normalaşdırılması
N.Reymesə görə, səs-küy dedikdə, səs rahatlığı (komfortu) çərçivəsini aşan səs rəqsləri nəzərdə tutulur. Ona görə də, istehsalat səs-küylərini normalaşdırmaq, yəni onu yol verilən həddə salmaq lazımdır.

İstehsalat səs-küylərini səciyyələndirən əsas parametrlərə tezlik, səs (akustik) təzyiqi, səs-küyün intensivliyi, səsin səviyyəsi və səs mənbəyinin gücü aid edilir.

Tezlikdən asılı olaraq səslər üç qrupa bölünür:


  1. aşağı tezlikli – 350 Hs-ə qədər;

  2. orta tezlikli – 350...800 Hs;

  3. yüksək tezlikli – 800 Hs-dən yuxarı.

İnsan orqanizmi səs-küyün tezlik və qurluğunun mütləq yüksəlişinə deyil, nisbi yüksəlişinə reaksiya verir. Belə ki, istər aşağı, istərsə də yüksək tezliyin iki dəfə artımı fizioloji olaraq eyni cür qəbul olunur. Veber – Fixtner biofiziki qanununun məğzi də məhz bundan ibarətdir. Ona görə də bütün tezliklərdəki səs sahələrini doqquz oktava zolağına ayırırlar. Bu zaman verilmiş oktavanın sonuncu tezliyi - S başlanğıc tezliyindən - B iki dəfə çox götürülür. Ona görə, əsas oktava tezliyi - okt onların orta həndəsi kəmiyyəti ilə ifadə olunur. Yəni :

, Hs. (3.1)
Oktava zolaqlarının tezlikləri 31,5; 63; 125; 250; 500; 1000; 2000; 4000; 8000 Hs qəbul olunmuşdur.

Səs təzyiqi, mühitin təzyiqindən izafi olan təzyiqdir. İnsan qulağının qəbul edə bildiyi minimal səs təzyiqi, astana təzyiqi – P0 adlanır:

P0 = 2 ∙ 10-5 , Pa. (3.2)
Səsin intensivliyi – İ vahid sahəyə düşən xüsusi enerji səciyyələndirir:

, Vt/m2 . (3.3)
burada: - mühitin sıxlığı, kq/m3-la;

a – səsin mühitdə sürəti, m/san-lə;



- səs təzyiqi, Pa-la.

Səsin havada yayılması zamanı səsin Pa astana təzyiqinə uyğun gələn astana intensivliyi İ0 = 10-12 Vt/m2 təşkil edir.

Nəzərə almaq lazımdır ki, tezlik və təzyiq səsi verilmiş müəyyən məkanda, yəni mənbədən müəyyən məsafədə səciyyələnir.

Səs mənbəyinin gücü isə, ondan istənilən məsafədəki ölçmənin nəticəsinə görə aşağıdakı kimi təyin olunur:

W = İ ∙ 2 , Vt. (3.4)
Səs-küyün əsas normalaşdırılan parametri kimi səs təzyiqinin orta kvadratik səviyyəsi götürülür:

, dB. (3.5)
burada: 2∙10-5 – orta kvadratik səs təzyiqinin astana qiyməti, Pa-la;

P - əmələ gələn orta kvadratik səs təzyiqidir, Pa-la.



Tapşırıq: : Verilmiş varianta əsasən (Cədvəl 3.1) səs təzyiqinin orta kvadratik səviyyəsini L, səs mənbəyindən r məsafədə olan nöqtədə səs mənbəyinin gücünü W və səsin intensivliyini İ təyin etməli.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin