Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Səs – küyün cəmlənmiş səviyyəsinin təyini



Yüklə 1,74 Mb.
səhifə55/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59
Mühəndis ekologiyası kitabı

3.3. Səs – küyün cəmlənmiş səviyyəsinin təyini
Əgər, müxtəlif səviyyəli (L1 və L2) iki səs-küy mənbəyi eyni zamanda təsir göstərərsə, bu zaman səs-küyün cəmlənmiş səviyyəsi L1 və L2 –nin cəbri cəmi kimi deyil, iki cəmlənən səs səviyyələrindən böyük olanına artımı əlavə edilməklə hesablanır:

L = L1 + , dB. (3.7)
- artımı iki mənbəyin səviyyəsi arasındakı fərqə əsasən götürülür (Cədvəl 5)

L1 – L2 > 8 dB olarsa, bu zaman L2 səviyyəli səs-küyü nəzərə almamaq olar. Çünki, bu halda 0,6 dB olur.

Bir çox hallarda istehsalat proseslərində bir neçə eyni maşın və avadanlıq işləyir. Bu zaman onların yaratdığı səs-küy də onlardan eyni bir məsafədə yerləşmiş nöqtədə bərabər olur. Belə, n sayda eyni mənbənin yaratdığı səsin cəmlənmiş səviyyəsi aşağıdakı kimi hesablanır:

L = L1 + 10 , dB . (3.8)

burada: L1 – bir mənbənin yaratdığı səs-küyün səviyyəsi, dB-lə;



n – səs-küy mənbələrinin sayı;

10 - bir mənbənin səs səviyyəsinə əlavə edilən kəmiyyətdir, dB-lə (cədvəl 3.6-dan götürülür).



Tapşırıq: Variant üzrə (Cədvəl3.7) verilənlərə əsasən eyni zamanda fəaliyyət göstərən üç texnoloji avadanlıqdan gələn müxtəlif səviyyəli səs-küylərin (L1 , L2 , L3 ) və hər biri L1 səs səviyyəsinə malik n sayda avadanlıqdan eyni məsafədə olan nöqtədə səs-küyün cəmlənmiş səviyyəsini təyin etməli.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin