Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Açıq ərazidəki akustik ekranın hesabatı



Yüklə 1,74 Mb.
səhifə57/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59
Mühəndis ekologiyası kitabı

Açıq ərazidəki akustik ekranın hesabatı

Açıqlıq ərazidə quraşdırılmış akustik ekranın sadələşdirilmiş hesabatı ekranın arxa tərəfindəki hesabat nöqtəsində səs-küyün azalma səviyyəsinin qiymətləndirilməsinə əsaslanır.



Hesabatın aparılma ardıcıllığı

1. Səs dalğasının uzunluğu təyin edilir:

λ = с /f, m. (3.9)
burada, c – hava mühitində səsin yayılma sürəti, m/san-lə;

f - səs-küy mənbəyinin tezliyi, Hs-lə.

2. Ekranın arxa tərəfində səs kölgəsinin uzunluğu təyin edilir:

, m, (3.10)
burada, Y – ekrandan mühafizə olunan obyektə (hesabat nöqtəsinə) qədər olan məsafə, m-lə.

3. Səs-küyün səviyyəsinin zəifləməsini aşağıdakı kimi hesablamaq olar (əgər ekranın arxasında səs kölgəsinin uzunluğu L ekrandan hesabat nöqtəsinə (mühafizə olunan obyektə) qədər olan məsafədən Y böyük olarsa (L > Y)):

, dB. (3.11)
burada, X – ekrandan mənbəyə qədər olan məsafə, m-lə;

H – ekranın hündürlüyü, m-lə;

Səs-küyün səviyyəsinin zəifləməsini təxmini olaraq aşağıdakı formul ilə hesablamaq olar :

ΔL = 20 lg N – 10 lg n, dB. (3.12)
burada, n – sərbəst qabırğaların sayı;

N – Frenel ədədidir:

N = 2δ / λ . (3.13)



burada, δ = a + b – d , m (Şəkil 1-ə bax).

Tapşırıq: Tikinti meydançasına bitişik ərazidə səs-küyün ölçülmüş səviyyəsi və səs-küyün buraxıla bilən hədd səviyyəsi məlim olduqda verilmiş varianta (Cədvəl 3.8) əsasən akustik ekranın səs-küyün tələb olunan səviyyəyə qədər azaldılmasını təmin edib etməməsini təyin etməli.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin