Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru



Yüklə 1,74 Mb.
səhifə56/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59
Mühəndis ekologiyası kitabı

3.4. Akustik ekranın hesabatı
Ətraf mühitdə hərəkət edən və ya açıq məkanda quraşdırılmış mənbələrin yaratdığı səs-küyün səviyyəsini azaltmaq üçün akustik ekran (AE) şəkilli səstəcridedici konstruksiyalar tətbiq edilir. Əgər mənbənin yaratdığı səs-küyün səviyyəsi həmən zonadakı digər mənbələrin yaratdığı səs-küy səviyyəsindən 10dB-dən çöx artıq olarsa akustik AE-dan istifadə etmək məqsədəuyğundur. Konstruksiya baxımından AE müstəvi səthdən ibarət olub arxasında səs-küy “kölgəsi” yaradır (Şəkil 3.1). AE-nın səmərəliliyi səs mənbəyindən gələn səs-küyün dalğa uzunluğundan, AE-nın ölçülərindən və konstruktiv formasından, həmçinin də tətbiq olunan materialların xassələrindən asılıdır.

AE-nın səstəcridedici səthi metaldan, betondan, plastik kütlədən və s. materiallardan hazırlana bilər. Ekranın səs sahəsi düşən tərəfdən səthi səsboğucu materialla örtülür. Akustik kölgə zonasınını artırmaq üçün ekranın ölçüləri (eni və hündürlüyü) səs-küyü yaradan mənbənin (qurğunun) ölçülərindən ən azı 3 dəfə böyük olmalıdır.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin