Hesabatın aparılma ardıcıllığı
Flotasiya qurğusunun hesabatı flatatorun ölçülərinin və flotasiya kamerasına hava verən tərtibatın xassələrinə əsaslanır.
Flotatorun həcmi aşağıdakı formula ilə təyin edilir:
Vf = Qtf / [60 (1 – Кaer)] , m3 . (2.44)
burada, Q - çirkab suyunun sərfiyyatı, m3/saat;
tf - flotasiya müddəti, dəq.;
Kaer – aerasiya əmsalıdır.
Flotatorun sahəsi Ff :
Ff=Vf /Hf , m2. (2.45)
burada, Hf –flotatorun işçi dərinliyi, m-lə.
3. Flotasiya prosesinin aparılması üçün tələb olunan hava sərfiyyatı:
Qh = İFf , m3/saat. (2.46)
burada, İ - aerasiyanın intensivliyi, m3/(m2∙saat).
Flotatorların sayı nf :
Flotasiya prosesi üçün flatatorların sayı nf flatatorun eni Bf =3m və uzunluğuna lf = 7,5m görə qəbul edilir.
5. Flotatorda havapaylayıcı boruların sayı nb:
Flotatorun dib hissəsində onun eni boyunca bir-birindən lb =0,25m məsafədə havapaylayıcı borular yerləşdirilmişdir. Hər bir flotatorda havapaylayıcı boruların sayı:
nb= lf / lb . (2.47)
Dostları ilə paylaş: |