§ 12. Çıxdaşdan olan itkilərin uçotu
Sənaye məhsullarının maya dəyərini aşağı salmaq, təsərmfat-
sızhğı aradan qaldınnaq, boşdayanmaları ixtisara salmaq və istehsal
edilən məmulatlann keyfiyyətini yüksəltmək üçün səbəblərini və
günahkarlarını aşkara çıxarmaqla bütün istehsalat itkilərini səliqə ilə
uçota almaq lazımdır. İstehsalat çıxdaşları və boşdayanmalar məhsulun
maya dəyərini yüksəldir və onun keyfiyyətini aşağı salır. Buna görə belə
istehsaldan kənar xərclərlə qəti mübarizə aparmaq lazımdır. Çıxdaşdan
və boşdayamadan əmələ gələn itkilərin uçotunu elə qurmaq lazımdır ki,
hər bir çaxdaş və ya boşdayanmanı təhlil etmək, onların səbəblərini və
günahkarları aşkara çıxarmaq mümkün olsun. Bu məqsədlə, bəzi
istehsalat itkiləri və hər şeydən əvvəl çıxdaşdan olan itkilər, bir sıra
sahələrdə
isə
boşdayanmadan
olan
itkilər
maya
dəyəri
kalkulyasiyalarmda müstəqil maddəyə ayrılır.
Müəyyən edilmiş tələbata cavab verməyən və öz təyinatı üzrə
istifadə edilmək üçün yaramayan, ya da düzəltmək üçün əlavə olaraq
yenidən işlənmək tələb edən məmulat və ya işlər istehsalat çıxdaşı hesab
olunur.
Çıxdaşların aşağıdakı əlamətlərinə görə təsnifləşdirilməsi qəbul
edilmişdir:
1) Aşkara çıxarılmış qüsurların xarakterinə görə;
a) düzəldilə bilən çıxdaşlar;
b) büzəldilə bilməyən çıxdaşlar
2) Baş verdiyi yerinə görə:
a) daxili, yəni məhsul malalan təşkilatlara (müəssisələrə
göndərilənə qədər aşkara çıxarılan çıxdaşlar;
b) xarici, yəni məmulatın yığılması, quraşdırılması və ya istismarı
prosesində sifarişçidə və ya alıcıda aşkara çıxarılan çıxdaşlar.
3) Çıxdaşın baş venuəsi səbəblərinə və günahkarlara görə.
Bu cür təsnifata uyğun olaraq məhsul çıxdaşının uçotu qurulur.
41
Düzəldilə bilən çıxdaşlara, əlavə məsrəflər edildikdən sonra, öz
təyinatı üzrə istifadə edilməsi mümkün olan çıxdaş edilmiş məmulat və
ya işlər aid edilir.
Düzəldilə bilməyən çıxdaşlara, texniki cəhətdən düzəldilməsi
mümkün olmayan və ya iqtisadi cəhətdən düzəldilməsi məqsədəuyğun
hesab edilməyən çıxdaş edilmiş məmulat və ya işlər aiddir.
Çıxdaşın uçotu üçün 28 «İstehsalatda olan çıxdaşlan> adlı hesab
nəzərdə tutulmuşdur. Bu hesab aktivdir, kalkulyasiya hesabıdır.
Düzəldilə bilən çıxdaş üzrə bu hesabın debetinə onun düzəldilməsi
ilə əlaqədar olan ümumistehsalat xərclərinin müvafiq hissəsini də daxil
etməklə bütün xərclər aid edilir. Bu halda 28 «İstehsalatda olan çıxdaş»
hesabının debeti çıxdaşın düzəldilməsinə sərf edilmiş materialların
maya dəyərinə görə 10 «Materiallar» hesabının krediti ilə, çıxdaşın
düzəldilməsinə hesablanmış əmək haqqına görə 70 «Əməyin
ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar)) hesabının krediti ilə, 69,
25 və b. hesabların kreditləri ilə müxabirləşir.
Düzəldilə bilməyən çıxdaş üzrə 28 «İstehsalatda olan çıxdaş))
hesabının debetinə 20 «Əsas istehsalat)) və ya 23 «Köməkçi istehsalat))
hesabından çıxdaş edilmiş məmulatın (kalkulyasiya maddələri üzrə
bölünməklə) istehsalat maya dəyəri silinir. Yararlı məhsulların maya
dəyərindən fərqli olaraq, qəti çıxdaş edilmiş məhsulların maya dəyərinə
ümumtəsərrüfat xərcləri, habelə yeni növ istehsalın mənisənilməsi
xərcləri, xüsusi alət və cihazların köhnəlməsinin ödənilməsi və başqa
xüsusi xərclər aid edilmir.
28 «İstehsalatda olan çıxdaş)) hesabının kreditində qəti çıxdaşdan
əldə edilən tullantıların və ya materialların dəyəri, çıxdaşın
günahkarlarının
əmək
haqqından
tutulmalar,
əgər
çıxdaş
malgöndərənin günahı üzündən baş veribsə, çıxdaşdan olan itkinin 63
«İddialar üzrə hesablaşmalar)) hesabına silinməsi əks olunur. Bundan
sonra çıxdaşdan olan itkilərin qalan ödənilməmiş məbləği (28 saylı
hesabın debet qalığı) 20 «Əsas istehsalat)) hesabına silinir və
«Çıxdaşdan olan itkilər)) maddəsi üzrə müvafiq məmulatın maya
dəyərinə daxil edilir. Beləliklə, 28 «İstehsalatda olan çıxdaş» hesabı hər
ay bağlanır.
42
Çıxdaşın operativ uçotu texniki-nəzarət şöbəsinin işçiləri
tərəfindən aparılır. İstehsalatda olan çıxdaş, çıxdaşa aid bildirişlə və ya
aktla rəsmiləşdirilir, həmçinin istehsal haqqında sənədlərdə (növbə
raportlarında, marşrut vərəqələrində, naryadlarda və b.) qeyd edilir. Hər
bir qəti çıxdaşa, çıxdaş haqqında akt (və ya bildiriş) tərtib edilir. Onda
çıxdaş aşkar edilmiş detalın adı və əməliyyatlar, onun əmələ gəlməsinin
səbəbi və günahkar, istifadəsinin mümkün olan qiyməti ilə çıxdaş
edilmiş məhsulların dəyəri, müstəqim məsrəf maddələri üzrə
(materiallar və əmək haqqı) çıxdaş edilmiş məhsullar, habelə
günahkardan tutulası itkinin məbləği əks olunarsa, aktlardan imtina
etmək olar.
Düzəldilə bilən çıxdaşa akt yazılmır, eyni zamanda əgər onun
düzəldilməsi günahkar olmayan fəhləyə tapşırılmışsa, onda
normativdən artıq əmək haqqı məsrəfinə siqnal sənədi kimi xüsusi
naryad yazılır. Günahkar-fəhlə tərəfindən çıxdaşın düzəldilməsi,
sənədlə rəsmiləşdirilmədən həyata keçirilir.
Texniki nəzarət şöbəsi tərəfindən, həmçinin alıcılardan
məhsulların keyfiyyəti üzrə daxil olmuş reklamasiyaların (malın pis
olması üzrə edilən tələb) operativ uçotu aparılır. Daxili və xarici
çıxdaşlann operativ uçotunun məlumatları üzrə, bu şöbə, gündəlik
səbəbləri təhlil edir və çıxdaşı aradan qaldırmaq üzrə tədbirlər müəyyən
edir.
Daxili qəti çıxdaşlann maya dəyəri bütün kalkulyasiya maddələri
üzrə faktiki istehsal xərcləri ilə müəyyən edilir (birinci əməliyyatdan
çıxdaş aşkar edilənə qədər). Bura yuxarıda deyildiyi kimi, istehsalın
hazırlanmasına və mənimsənilməsinə çəkilən xərclər, ümumtəsərrüfat
xərcləri, çıxdaşdan olan itkilər, məqsədli təyinatlı.alətlərin
köhnəlməsinin ödənilməsi və sair xüsusi xərclər, ancaq hazır
məhsulların maya dəyərinə aid edilən sair istehsal xərcləri daxil
edilmir. Çoxlu nomenklaturalı məmulat və yarımfabrikat istehsal edən
ayrı-ayrı sənaye sahələrində çıxdaş edilmiş məhsulların plan və ya
nonnativ maya dəyəri üzrə qiymətləndirməyə icazə verilir.
Xarici qəti çıxdaşların maya dəyərinə məmulatın faktiki istehsalat
maya dəyəri, habelə onun dəyişilməsinə və daşınmasına edilən xərclər
də daxildir. Xarici çıxdaşın dəyəri qədər çıxdaşa görə
43
iddia qəbul olunan ayda, məhsul buraxılışının həcmi azaldılır. Müəssisə
bundan başqa çıxdaş məhsul göndərməyə görə sifarişçiyə müəyyən
məbləğdə cərimə ödəyir.
Müəssisənin qəti çıxdaşdan olan itkisi istehlak edilmiş
materialların dəyərindən və onların emalına çəkilən xərclərindən (xarici
qəti çıxdaşa isə, bundan başqa məmulatlann dəyişdirilməsi və
daşınmasına çəkilən xərclər və ödənilmiş cərimələrin məbləği aid
edilir) ibarətdir. Bundan, əldə edilmiş materiallann və ya tullantıların
dəyəri və çıxdaşın günahkarından tutulan məbləğ çıxılır.
Düzəldilə bilən çıxdaşdan olan müəssisənin itkiləri, çıxdaşın
günahkarlarından tutulmaları çıxmaqla, detalların (məmulatların) əlavə
və ya təkrar olaraq emal xərcləri ilə müəyyən edilir.
Çıxdaşdan olan itkilərə həmçinin təminatla satılmış məhsullann
təmirinə çəkilən xərclər aid edilir. Bu təmirlərin dəyəri müəyyən
edilmiş təminat müddətində həyata keçirilirsə, o zaman çıxdaşdan olan
itkilərə aid edilir.
Çıxdaşdan olan itkilər, bir qayda olaraq, əmtəəlik məhsulların
maya dəyərinə tamamilə daxil edilir və onlar hazırlanan zaman çıxdaş
alman məmulat növlərinə aid edilir. Fərdi və kiçik seriyalı istehsallarda
belə itkiləri, hesabat dövrünün axınna qurtarmamış qalan müəyyən
sifarişin yerinə yetirilməsi ilə əlaqələri olduğuna görə bitməmiş
istehsalın tərkibinə daxil edilir.
Çıxdaşdan olan itkinin analitik uçotu ayrı-ayrı sexlər, məmulat
növləri və məsrəf maddələri üzrə aparılır. Texniki nəzarət şöbəsi
bundan başqa istehsalda olan çıxdaşı onun əmələ gəlməsi səbəbi və
günahkarı üzrə aparır.
Maşmqayınna və metal emalı müəssisələrində materiallann dəyəri,
sərf edilm.'si normasından asılı olaraq və topdansatış qiyməti ilə
dəyərinin u.suinə nəqliyyat-tədarükat xərclərini gəlməklə hesablanır,
əmək haqqı isə çıxdaş aşkar ediləndən əvvəlki axınncı əməliyyatı da
daxil etməklə normalar üzrə hesablanır. Ümumistehsalat xərcləri və
avadanlıqların saxlanması və istismarı üzrə xərcləri normativ üzrə, ya
da həmin ayın istehsalat fəhlələrinin əmək haqqı üzrə faktiki faizinə
görə götürülür.
Qəti çıxdaşın məbləğinə bu cür mühasibat köçürməsi tərtib edilir;
44
DT 28 «İstehsalatda olan çıxdaş» hesabı
K.T 20 «Əsas istehsalat» hesabı
Köçürmə 10 saylı jurnal-orderdə əks etdirilir. Qismən (düzəldilə
bilən) çıxdaş istehsaldan çıxarılmır, onun düzəldilməsi üzrə məsrəflər
isə müxtəlif hesabların kreditindən 28 «İstehsalatda olan çıxdaş»
hesabının debetinə aid edilir.
Çıxdaşın baş verməsinə səbəb olan müəssisənin işçisindən
düzəlişin dəyəri tutulur, düzəldilməyən çıxdaş üzrə sərf edilən
materialların dəyəri (mllantıları çıxmaqla) və verilmiş əmək haqqı
tutulur. Çıxdaşa görə tutulmanın miqdarının həddi, çıxdaş edilən ayda
günahkarın əmək haqqının 2/3 hissəsindən artıq olmamalıdır.
Çıxdaşa yol verənin əmək haqqından tutulmalann məbləği belə
yazılışla əks etdirilir;
DT 70 «Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmaları)
hesabı
KT 28 «Çıxdaşdan olan itkilər» hesabı
İstifadəsinin mümkün olan qiyməti ilə anbara mədaxil edilmiş
qınntılar hesablar üzrə belə yazılır:
DT 10 «Materiallar» hesabı
KT 28 «Çıxdaşdan olan itkilər» hesabı
Keyfiyyətsiz materiallann göndərilməsi və ya elektrik enerjisinin,
qazın, suyun, buxann və s. öz vaxtında verilməməsi ilə əlaqədar olaraq
əmələ gələn, çıxdaşdan olan itkinin ödənilməsinə müəssisə və
təşkilatdan tutulmalı olan məbləğlər (razılaşdırılmış məbləğlər də) belə
köçünnə ilə əks etdirilir:
DT 63 «İddialar üzrə hesablaşmalar)) hesabı
KT 28 «İstehsalatda olan çıxdaş)) hesabı
Malgöndərənlərdən bu məbləğlərin daxil olmasına belə köçürmə
verilir:
DT 51 «Hesablaşma hesabı)) hesabı KT 63 «İddialar üzrə
hesablaşmalar)) hesabı Çıxdaşdan olan axırıncı itkilər, düzəldilə
bilməyən çıxdaşın və düzəldilə bilən çıxdaşın düzəldilə bilməsi üzrə
xərclərin məbləğlərilə (28 «İstehsalatda olan çıxdaş)) hesabının debet
dövri})yəsi), əmək haqqından tutulmaların, istifadəsinin mümkün olan
qiyməti ilə anbara mədaxil edilən qırıntıların dəyərinin
45
məbləği və kefıyyətsiz materialların göndərilməsi və ya elektrik
enerjisinin, qazın, suyun, buxarın və s. öz vaxtında verilməməsi
nəticəsində əmələ gələn çıxdaşdan olan itkinin ödənilməsinə müəssisə
və təşkilatlardan tumimalı olan məbləğlər (28 «İstelısalatda olan
çıxdaş» hesabının kredit dövriyyəsi) arasındakı fərq kimi aşkar edilir.
istehsalda olan çıxdaşdan əmələ gələn axırıncı itkinin məbləğinə
mühasibat köçürməsi belə tərtib edilir;
DT 20 «Əsas istehsalat» hesabı
KT 28 «İstehsalatda olan çıxdaş» hesabı
Xarici çıxdaşın uçotunun bəzi xüsusiyyətləri vardır.
Birincisi, o məhsul hazırlanan ayda deyil, ondan sonrakı aylarda
aşkar edilir. Buna görə bu çıxdaş faktiki istehsalat maya dəyəri üzrə
(.|iymətləndirilir, yəni ümumtəsəndifat xərcləri də daxil edilir.
İkincisi, çıxdaşdan olan itkilərə həmçinin, əgər göndərmə üzrə
xərclər malalan tərəfindən ödənilmək üçün hesaba daxil edilmişsə,
çıxdaş edilmiş məhsulların göndərilməsi, sökülmə və qaytarma üzrə
nəqliyyat xərcləri aid edilir.
Qaytarılan çıxdaş, çıxdaş edilmiş məhsul malalanlar tərəfindən
hesab-fakturalar ödənilincəyə qədər faktiki maya dəyəri ilə stomo-
laşdırıcı yazı ilə əks etdirilir:
1) DT 45 «Göndərilmiş mallar»
hesabı KT 40 «Hazır məhsul»
hesabı DT 40 «Hazır məhsul»
hesabı KT 20 «Əsas istehsalat»
hesabı
Malalanlar tərəfindən hesab-fakturalar ödənildikdən sonra
qaytarılan məhsul da həmçinin stomolaşdıncı yazı ilə əks etdirilir.
Beləliklə, malalanlar tərəfindən çıxdaş edilmiş hazır məmulatın
dəyəri 20 «Əsas istehsalat» hesabına bərpa edilir. Bundan sonra çıxdaş
edilmiş məmulatlar 28 «İstehsalatda olan çıxdaş» hesabına silinir.
Malalanlardan qaytarılan məhsullara görə daxil olan məbləğlər
stomolaşdıncı köçümıə ilə pulun hansı hesaba köçürülməsindən asılı
olaraq 51 «Hesablaşma hesabı»nın və ya 90 «Bankların qısamüddətli
ki‘editləri» hesabının debeti üzrə və 46 «Məhsulların (işlərin,
xidmətlərin) satışı» hesabının krediti üzrə əks etdirilir.
46
Bu məbləğlər, eyni zamanda kreditor borcu kimi stomo köçürməsi
ilə deyil, adi köçürmə ilə 51 «Hesablaşma hesabı» hesabının (90> debeti
üzrə və 62 «Malalanlar və sifarişçilərlə hesablaşmalar» hesabının krediti
üzrə əks etdirilir.
Malalanlarm hesabına hesaba daxil edilən və məhsulların
qaytarılması ilə əlaqədar olaraq onlar tərəfindən ödənilməyən nəqliyyat-
tədarükat xərcləri «İstehsalatda olan çıxdaş» hesabının debeti üzrə və 45
«Gönədirlmiş mallar» hesabının krediti üzrə əks etdirilir. Əgər
nəqliyyat-tədarükat xərcləri malalanlar tərəfindən ödənilibsə, onda 28
«İstehsalatda olan çıxdaş» hesabının debeti üzrə və 62 «Malalan- lar və
sifarişçilərlə hesablaşmalar» hesabının krediti üzrə əks etdirilir.
Xarici çıxdaşdan olan itkilər, daxili çıxdaşdan olan itkilər kimi 28
«İstehsalatda olan çıxdaş» hesabının kreditindən 20 «Əsas istehsalat))
hesabının debetinə silinir və çıxdaş aşkar edilən həmin məmulatın maya
dəyərinə daxil edilir.
Əgər hesabat dövründə belə məmulatlar istehsal edilmirsə, onda
xarici çıxdaşdan olan itkilər, əmtəəlik məhsullar arasında ümumtə-
sərrüfat xərclərinin bölüşdürülməsi üsulu ilə bölüşdürülür.
Təminatla satılan məmulatların təmir xərcləri, mənfəət hesabına bu
məqsədə yaradılmış ehtiyat uçota alınan 89 «Qarşıdakı xərclər və
ödəmələr üçün ehtiyatlar)) hesabına silinir, təminatlı təmir xərclərinin
müəyyən edilmiş normalarını ötüb keçən məbləğlər isə 28 «İs-
tehsalatda olan çıxdaş)) hesabına aid edilir.
Müəssisələrdə boşdayanmalar avadanlıqdan və işçi qüvvəsindən
natamam istifadə edilməsi ilə əlaqədar olaraq vəsaitin səmərəsiz itkisi
və bu səbəbdən də məhsulun əldə edilməməsi deməkdir.
Boşdayanma xarici və daxili səbəblər nəticəsində baş verir.
Daxili səbəblərdən baş verən boşdayanmalar sexlərdə müxtəlif
istehsalat qüsurlarının (alətlərin, cizgilərin olmaması, avadanlığın saz
olmaması və b.), təchizatda olan çatışmamazlıqların və başqa səbəblərin
nəticəsində müəssisənin özünün günahı üzündən baş verir.
Xarici səbəblərdən boşdayanmalar üzrə itkilərin ümumi həcmi
aşağıdakı xərclərin məcmuu ilə müəyyən edilir:
47
a) boşdayanma dövründə istehsalat fəhlələrinin əsas əmək haqqı
(əgər fəhlələr başqa işdə istifadə edilməyibsə, müvafiq ixtisaslann
vaxtamuzd əmək haqqının tarif dərəcəsinin 50%-i hesabı ilə);
b) istehsalat fəhlələrinin əlavə əmək haqqı;
v) boşdayanma dövründəki əmək haqqına müəyyən edilmiş faizlə
sosial ehtiyaclara ayırmalar;
q) boşdayanmadan sonra aqreqatların işə salınmasına və peçlərin
qızdırılmasına yanacaq sərfi, habelə əgər heç olmasa tam gücü ilə
olmasa da, avadanlıq fəaliyyətini davam etdirmişsə, fəhlələrin boş
dayanması vaxtı yanacaq və elektrik enerjisi sərfi;
d) avadanlıqların işi ilə əlaqədar olan ümumistehsalat və
ümumtəsərrüfat xərclərinin müəyyən hissəsi (onların plan
səviyyəsindən asılı olaraq).
Xarici səbəblərdən boşdayanmalar, onun başlanması və qurtarması
vaxtı, itkinin hesablanması (fəhlələrin əmək haqqının məbləği və sosial
ehtiyaclara ayınuaları, boşdayanma dövründə sərf edilən yanacaq və
elektrik enerjisinin dəyəri), səbəblər və günahkarlar göstərilən aktla
rəsmiləşdirilir. Akta əsasən mühasibat köçürməsi tərtib edilir:
DT-26 «Ümumtəsərrüfat xərcləri» hesabı («Boşdayanmadan it-
kilər» maddəsi)
KT-10,12,70, 69 və b. hesablar.
Sonra bu xərclərə maşın və avadanlıqların saxlanılması və
istismarı üzrə xərclər əlavə edilir və boşdayanmanın bütün məbləğinə
günahkara qarşı iddia qaldırılır.
Qarşılıqlı razılıq və ya İqtisad məhkəməsinin qərarı əsasında xarici
səbəbdən boşdayanmaya görə itkilərin ödənilməsi məbləğinə 10 saylı
jumal-orderdə köçürmə tərtib edilir.
DT 63 «lddialar üzrə hesablaşmalar» hesabı
KT 26 «Ümumtəsərrüfat xərcləri» hesabı
Daxili səbəblərdən boşdayanmalardan olan xərclər istehsalın
dayandırılması nəticəsində korlanmış materiallann dəyərindən, əsas
əmək haqqından və sosial ehtiyaclara ayırmalardan, sərf edilmiş
yanacaq və enerjinin dəyərindən və s. ibarətdir. Onlar 25 «Ümum-
istehsalat xərclərin hesabının debetində və 70, 69, 10 və b. hesabların
kreditində əks olunur.
48
Təbii fəlakət nəticəsində boşdayanmadan olan itkilər məhsulun
maya dəyərinə daxil edilmir və 80 «Mənfəət və zərərlər» hesabına aid
edilir. Yerdə qalan itkilər hər ay 26 «Ümumtəsərrüfat xərcləri»
hesabının kreditindən 20 «Əsas istehsalat» hesabının debetinə silinir və
kalkulyasiyalarda ayrıca maddədə göstərilir.
Davametmə müddətinə görə boşdayanmalar növbədaxili (növbə
müddətinin bir hissəsi ərzində) və tam növbəli (bir, yaxud bir neçə
növbə ərzində) boşdayanmalara bölünür.
Dostları ilə paylaş: |