Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   63
596 (1)

çei}hl dövriyyə cədvəli tərtib edilir. 
İstehsalatdan  alınmış  hazır  məhsullar  eyni  adlı  40  saylı  sintetik 
hesabda uçota alınır. Bu hesabda hər bir nomenklatura nömrəsinə anbar 
uçotunun  kartoçkaları  açılır,  onlarda  hazır  məmulatların  saxlandığı 
yerlər üzrə analitik uçotu aparılır. 
Hazır  məhsul,  adətən,  anbarda  saxlanılır.  İri  məmulatlar 
(ekskavatorlar,  dəzgahlar,  avtomobillər  və  i.a.)  onlar  malalanlara 
göndərilənə qədər sexdə və yaxud da xüsusi meydançada qalırlar. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  hazır  məhsullar  müəssisənin 
mühasibatında çeşid dövriyyə cədvəlinin köməkliyi ilə və ya operativ 
mühasibat (saldo) metodu ilə uçota alınır. Bu metod daha qabaqcıldır. 
Bu metod zamanı anbarda miqdar-çeşid uçotu aparılır, mühasibatda isə 
taksirovka  edilmiş  (qiymət  qoyulmuş)  sənədlərin  kartotekası  dəyər 
ifadəsində  hazır  məmulatların  hərəkəti  cədvəli  və  illik  qalıq  (saldo) 
cədvəli aparılır, bu cədvəl anbar uçotunun kartoçkalarındakı qeydlərin, 
mühasibatda  məhsulların  hərəkətinin  qrup  uçotu  qeydləri  ilə 
düzgünlüyünü üzləşdirmək üçün istifadə edilir. 
İllik  qalıq  (saldo)  cədvəlinə  (kitabına)  anbar  müdiri  və  ya 
mühasibat işçisi tərəfindən ayın 1-i tarixə anbar kartoçkalarında hazır 
məhsulların qalıqları yazılır. Məhsul qalıqlarını uçot qiymətinə vurub, 
hesabat tarixinə anbarda hazır məhsulların dəyəri aparılır. Uçot qiyməti 
ilə bu məhsulların qalığı, dəyər ifadəsində hazır məhsulların hərəkəti 
cədvəlində əks etdirilmiş onun qalığı ilə üzləşdirilir. 
Qalıqların düz olması hazır məhsulun anbarda və mühasibatda 
86 


uçotunun düzgünlüyünü göstərir. Səhv olan zaman yazılışları yoxlamaq 
və  səhvləri  düzəltmək  lazımdır.  Məhsulun  anbarda  uçotu,  onun 
mühasibatdakı uçotu ilə belə qarşılıqlı əlaqədə olur. 
Bundan  başqa  mühasibatda  natural  və  məbləğ  ifadəsində  hazır 
məhsulların  buraxılışı  cədvəlini  aparırlar,  həmçinin  16  saylı  «hazır 
məmulatların hərkəti, onların göndərilməsi və satışı» cədvəli apanlır. 
16  saylı  cədvəlin  1  «Dəyər  ifadəsində  hazır  məmulatların 
hərəkəti))  bölməsinin  A  ((Ümumiləşdirilmiş  məlumatlar))  yarımböl- 
məsində məhsulların bircinsli qrupları (yarımqaıpları) üzrə uçot qiyməti 
ilə və faktiki maya dəyəri ilə anbarda hazır məmulatların hərəkəti əks 
olunur. 
Burada qalığın və istehsaldan daxil olan məhsulların faktiki maya 
dəyərinin məmulatların qrup (yarımqınp) çərçivəsində uçot qiyməti ilə 
onların dəyərində xüsusi çəkisi müəyyən edilir. Bizim misalımızda faiz 
95-ə bərabərdir ki, bu da müəssisənin məhsulun maya dəyərinin aşağı 
salınmasında  müvəffəqiyyətidir.  Göstərilən  faiz  nisbəti  mühasibat 
tərəfindən hesabat ayında göndərilən, mala- lanlar tərəfindən qaytarılan 
məhsulların  və  ayın  axırına  onun  qalığının  faktiki  maya  dəyərini 
hesablamaq üçün istifadə olunur. 
Anbarda  məhsulların  qalıqlarının  uçotu  cədvəlinə  (maddi  məsul 
şəxsin hesabatına) əsasən, ayın axırına (hesabat dövmnün) uçot qiyməti 
ilə  məhsulların  qalığı,  16  saylı  (dıazır  məmulatların  hərəkəti,  onların 
göndərilməsi  və  satışı))  cədvəlinin  1  bölməsində  əks  olunan  oxşar 
qalıqları  ilə  üzləşdirilir.  Qalıqların  düz  gəlməsi  uçotun  düzgün 
olmasından xəbər verir, düz gəlməməsi isə səhvlərin mövcudluğundan 
xəbər verir ki, onu da aradan qaldırmaq lazımdıı. 
87 



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin