«Məhsullann (işlərin, xidmətlərin) buraxılışı» hesabında aşkar edilmiş
kənarlaşmanın müvafiq hissəsini, həmçinin anbarda olan məhsul
qalığına və göndərilmiş məhsula aid etmək məqsədəuyğundur. Yoxsa,
bəzi aylarda kənarlaşmanın satılan məhsulun dəyərindən olduqca
yüksək olması hallan baş verə bilər.
Mühasibat məhsulların kəmiyyət və keyfiyyət şərtlərinə müvafiq
qəbuluna riayət olunmasına nəzarət etməyə, seçmə üsulu ilə naturada
məmulatları yoxlamağa borcludur. Bu zaman ayın axırıncı günləri
qəbul-təhvil qaimələrinin laboratoriya tədqiqatı jumalındakı qeydlərlə
üzləşdirilməsi məqsədə uyğundur. Əgər məhsul təhvil verilmiş hesab
olunursa, lakin laboratoriya tədqiqatından keçməyibsə (bu tələb olunan
hallarda) və yaxud da ki, təhvil qaimələri tərtib edildikdən sonra belə
yoxlamadan keçirsə, onda ona başa çatmayan kimi baxmaq lazımdır.
Yoxlama həmçinin ayın axırıncı günləri fəhlələrin məhsul istehsalı
haqqında (növbə raportları, marşrut vərəqələri, naryadları və b). ilkin
sənədləri üzrə də aparıla bilər. Bu zaman istehsaldan buraxılmış hesab
olunan, məmulatların hazırlanmasının axırıncı əməliyyatlarının
sənədlərdə əks olunması dəqiqləşdirilir.
Dostları ilə paylaş: