liyə müvafiq olaraq mənfəət və zərərlər hesabına aid edilən sair gəlirlər
(itkilər, xərclər).
Balans mənfəətinin əsas hissəsini məhsulların, işlərin və
xidmətlərin satışından əldə edilən mənfəət (90%-ə yaxın) təşkil edir.
Müəssisə tərəfindən sair satışdan və satışdan kənar əməliyyatlar üzrə
yol verilən zərərlər onun balans mənfəətini azaldır.
Birgə müəssisələrdə də mənfəətin əsas hissəsi həmçinin daxili və
xarici bazarlarda məhsulların, işlərin və xidmətlərin satışı prosesində
əldə edilir və özündə məhsulların (işlərin, xidmətlərin) satışından əldə
edilən ümumi gəlir və onun hazırlanmasına (işlərin yerinə
yetirilməsinə, xidmətlərin göstərilməsinə) və satışına çəkilən faktiki
məsrəflər arasındakı fərq kimi əks etdirir.
Müəssisənin sərəncamında qalan mənfəət (xalis mənfəət),
özündə
balans mənfəəti və onun hesabına həyata keçirilən vergi ödəmələri
arasındakı fərqi əks etdirir. Göstərilən mənfəət müəssisənin
sərəncamında qalır və əməyin ödənilməsi üçün ehtiyat fondunun,
ictimai ehtiyaclar üçün ehtiyat fondunun, yığını fondunun, istehlak
fondunun və təsis sənədlərinə əsasən müəssisənin məsləhət bildiyi
digər xüsusi fondların yaradılmasına yönəldilir.
Beləliklə, müəssisənin işinin maliyyə nəticələri (mənfəət, zərər)
məhsulların (işlərin, xidmətlərin), əsas vəsaitlərin, mal-material
qiymətlilərinin, qeyri-maddi və sair aktivlərin satışı, habelə satışdan
kənar gəlirlər və xərclər nəticəsində əmələ gəlir.
Bazar münasibətləri şəraitində iqtisadi (xalis) mənfəət və
gözlənilən mənfəət kimi kateqoriyalar istifadə olunur.
İqtisadi (xalis) mənfəət - müəssisənin ümumi gəliri və onun
ümumi xərcləri arasındakı fərqdən ibarətdir, ümumi xərclərə, tərkib
hissəsi sahibkarlıq gəlirinin hissəsi kimi normal mənfəət hesab olunan
planlaşdırılan xərcləri daxıl edirlər.
Normal mənfəət - istehsalın hər hansı müəyyən sferasında
sahibkarı saxlamaq üçün lazım olan minimum gəlir və ya ödəmə
deməkdir. Sahibkarlarda mənfəət iqtisadi resursların və innovasiyala-
rın təşkili və idarə edilməsi ilə əlaqədar olan sığortalanmış cəsarət
hesabına arta bilər. Mənfəəti həmçinin səlahiyyətin inhisarçılığı
nəticəsində də əldə edirlər.
126
Gözlənilən mənfəət - bu mənfəət nəticəsində əldə edilə bilər. Onun
əldə edilməsinə cəhd firmam yeniliyi həyata keçirməyə maraqlandırır
(daha yeni məhsuldar texnikanı, texnologiyam tətbiq etməyə və
istehsalın təşkilinə), onlar investisiyanı, məhsulların artırılmasını və
məşğulluğun təmin olunmasını həvəsləndirir.
Bu zaman yeniliklər, iqtisadi artımın əsas amili hesab olunur, çünki
mənfəəti əldə etmək arzusu texniki tərəqqinin inkişafının əsasını təşkil
edir. Lakin gözlənilən mənfəət bir çox amillərdən: investisiyalardan,
məşğulluqdan, artım templərindən və b. asılıdır. Bu zaman nəzərə
almaq lazımdır ki, mənfəət yeniliklərin tətbiqinin vahid həvəsləndiricisi
hesab olunmur.
Dostları ilə paylaş: