^
115
§6. Kommersiya xərclərinin uçotu
Məhsul satışı, satış üzrə xərclərlə əlaqədardır. Onlar bilavasitə
istehsal xərclərinə aid edilmir, məhsulun istehsalat maya dəyərinə daxil
edilmir və kommersiya (istehsaldan kənar) xərclərin qrupunu
yaradırlar. İstehsalat maya dəyəri ilə birlikdə kommersiya xərcləri,
məhsulun istehsalına və satışına müəssisənin pul ifadəsində bütün
xərclərini ifadə edən məhsulun tam maya dəyərini yaradır. Məhsul
istehsalı ilə əlaqədar olmayan, ancaq onun satışına aid olan məsrəflər,
kommersiya (istehsaldan kənar) xərclər adlanır.
Kommersiya xərclərinin tərkibinə aşağıdakılar daxildir:
a) satışın təşkili (marketinq əməliyyatları) üzrə xərclər;
b) hazır məhsul anbarlarında məmulatların tara və qablaşdırma
xərcləri (qablaşdırmaya sərf edilən kağız, ağac materialı, pirəc, taranın
hazırlanması və qablaşdıniması üzrə özünün köməkçi istehsalat
sexlərinin xidmətləri, taralaşdırmaya ödəmələr və b.). Onlara taranın
hazırlanması və qablaşdırma ilə əlaqədar olan köməkçi istehsalat
sexlərinin xidmətlərinin dəyəri, kənardan satın alınmış taraların dəyəri,
kənar təşkilatlara məmulatın taralaşdırılmasına, qablaşdırılma- sına
görə ödəmələr aid edilir.
Hazır məhsullar ümumzavod anbarlarına təhvil verildikdən sonra
onların taralaşdınİması və qablaşdırılması həyata keçirilirsə, yəni hazır
məhsul anbarında yerinə yetirilirsə, taraya çəkilən xərclər kommersiya
xərclərinə daxil edilir. Əgər dövlət standartları və texniki şərtlərlə
taralaşdırma və qablaşdırma, məhsullar anbara təhvil verilənə qədər
sexlərdə həyata keçirilməsi nəzərdə tutulubsa, onda onun dəyəri
istehsalat maya dəyərinə aid edilir.
v) topdansatış qiymətləri franko-göndərmə stansiya ilə müəyyən
edilən zaman, malgöndərənin hesabına həyata keçirilən məhsulların
satışı ilə əlaqədar onların daşınması (göndərilməsi) xərcləri. Bura
məhsulların göndərən stansiyaya və ya tərsanəyə daşınması, onun
vaqonlara, gəmilərə, avtomaşınlara və digər nəqliyyat növlərinə
yüklənməsi,
ixtisalaşdırılmış
nəqliyyat-ekspedisiya
idarəsinin
xidmətinin ödənilməsi xərcləri daxil edilir.
Qablaşdırma və göndərmə xərcləri, məhsulun müvafiq növlərinin
maya dəyərinə müstəqim yolla daxil edilir. Əgər bu mümkün de
116
yildirsə, onlar məhsulun ayrı-ayn növləri arasında, onların çəkisinə,
həcminə və ya istehsalat maya dəyərinə görə bölüşdürülə bilər. Bu cür
bölüşdünnə qaydası sahə təlimatı ilə müəyyən edilir.
q) satış və digər vasitəçi təşkilatlara ödənilən komission haqları
(ayınnaları). Onlara müəyyən edilmiş normalara və müqavilələrə
müvafiq olaraq, satış təşkilatlarına ödənilən ayırmalar, təchizat-satış
təşkilatlanna, onlar tərəfindən hesablaşmalarda iştirak etmədən tranzitlə
məhsul satışına görə malgöndərən müəssisədən təşkil edilən dövriyyə
üçün çatası olan güzəştlər, habelə müəyyən edilmiş qaydada müəssisə
tərəfindən satıla bilməyən, lakin ticarət, təchizat və ya satış təşkilatları
tərəfindən satılan məhsula görə onlara ödənilən komission haqları aid
edilir.
d) məhsullar satılan yerlərdə onların saxlanması üçün binaların
saxlanması və kənd təsəmifatı müəssisələrində satıcıların əməyinin
ödənilməsi xərcləri.
e) reklam xərcləri.
j) məhsul satışı ilə əlaqədar olan sair xərclər. Bura məhsulun
buraxılışı zamanı aparılan xüsusi analizlərə çəkilən xərclər,
müəssisədən kənar anbarlarda məhsullann yüklənməsinə və
boşaldılmasına çəkilən xərclər aiddir.
Müəssisənin hazır məhsul anbarlarının və onun satış şöbəsinin
saxlanmasına çəkilən xərclər burada əks olunmur, onlar 26
«Ümumtəsərrüfat xərcləri» hesabında uçota alınır.
Malalanlar tərəfindən ödənilən, məhsulun qablaşdırılmasına və
göndərilməsinə çəkilən xərclər, habelə məhsulun qiymətinə daxil edilən
və malalanlar tərəfindən göndərilmiş məhsulların dəyərini ödəmək yolu
ilə malgöndərənlərə ödənilən məhsulların təyin olunmuş stansiyaya və
ya tərsanəyə (malalanın olduğu yer üzrə) qııdər çatdırılmasına çəkilən
xərclər, kommersiya xərclərinə aid edih ıir.
Qeyd olunan xərclər 45 «Göndərilmiş mallar» hesabında əks
olunur. 45 «Göndərilmiş mallar» hesabında (43 hesabına toxunmadan)
həmçinin əgər qiymətlər franko-göndərmə stansiyasına qədər
müəyyənləşdirilibsə, təyinat stansiyasına və ya tərsanəsinə qədər
məhsulların çatdırılmasına görə ödəmələr uçota alınır. Göstərilən
xərclər malların dəyərindən əlavə hesablaşma ödəmə sənədlərinə daxil
edilir.
117
Yuxanda qeyd olunduğu kimi kommersiya xərcləri məhsulların
satışı üzrə məsrəflərdən ibarətdir və ona görə də satılmış məhsulların
maya dəyərinə daxil edilir. Onlar ona görə kommersiya xərcləri
adlanırlar ki, məhsulların istehsalı ilə bilavasitə əlaqədar deyillər və
istehsal xərclərinin hüdudundan çıxırlar. Bu xərclər əsas etibarı ilə satış
fəaliyyəti ilə əlaqədə olur.
Yuxarıda qeyd edildiyi kimi, kommersiya xərclərinə məhsulların
qablaşdırılması üzrə, taraların təmiri və saxlanması üzrə xərclər,
məhsulların göndərən stansiyaya qədər daşınması və vaqonlara
yüklənməsi üzrə xərclər, dəmir yol tariflnin ödənilməsi, elmi-tədqiqat
işlərinə və təcrübə işlərinə ayırmalar, kadrların hazırlanmasına edilən
xərclər və s. daxildir.
Kommersiya xərclərinin analitik uçotu 15 saylı cədvəldə aparılır.
Həmin cədvəldə ilin əvvəlindən məsrəflərin yığılmış yekunu yazılır.
Məsrəflərə nəzarət elmək üçün isə təsdiq edilmiş smetanın məlumatları
da bu cədvəldə əks olunur.
Kommersiya xərcləri satılan məmulatların növləri üzrə ayrı-ayrı
məhsul növlərinin müstəqim uçotunun məlumatlarına əsasən bölünür.
Bu xərcləri əgər müstəqim olaraq məmulata aid etmək mümkün
deyilsə, onda onlar məmulatlar arasında məmulatların istehsalat maya
dəyərinə mütənasib olaraq bölüşdürülür.
Tam maya dəyəri ancaq əmtəəlik məhsullar üzrə müəyyən edilir.
Bunun üçün istehsalat maya dəyərinin üzərinə kommersiya xərclərinin
məbləğini gəlmək lazımdır.
Kommersiya xərcləri müəssisənin özünün əsaslı tikintisi, mən-
zil-kommunal təsərrüfatı və başqa qeyri-sənaye təsərrüfatları üçün
yerinə yetirilmi iş və xidmətlərə də aid edilmir.
Geniş istehlak mallarının satılmış məmulatlarına da kommersiya
xərcləri əlavə edilir. Bu xərclərin ancaq həmin məmulatların satışına
aid olan hissəsi, yəni onların göndərilməsi üzrə nəqliyyat xərcləri aid
edilir.
Məhsulların satışı ilə əlaqədar olan xərclər haqqında
informasiyaları ümumiləşdirmək üçün 43 "Kommersiya xərcləri" adlı
aktiv, toplayıcı-bölüşdürücü sintetik hesab nəzərdə tutulmuşdur. Bu
hesabın debetinə qeyd olunan nomenklaturaya müvafiq olaraq
məhsulların göndərilməsi və satışı üzrə bütün xərclər aid edilirlər,
kreditində
isə - hesabat ayında satılmış məhsullara silinən məbləğlər əks olunurlar.
Kommersiya xərclərinin göndərilmiş mallara aid olan hissəsi qalıq
kimi 43 "Kommersiya xərcləri" hesabda qalır. Bu xərclərin qalığı balans
tərtib edilən zaman ayın 1-nə 45 «Göndərilmiş mallar» hesabında olan
qalıq məbləğinə birləşdirilir (43 "Kommersiya xərcləri" hesabı hər hansı
bir toplayıcı-bölüşdüriicii hesab kimi, balansın cədvəlində öz əksini
tapmır).
43 "Kommersiya xərcləri" hesabında müəssisə həm malalanlar
tərəfindən ödənilən (45 «Göndəriimiş mallar» hesabının debetinə aid
edilən), həm də müəssisənin hesabına aid edilən (46 «Məhsulla- rm
(işlərin, xidmətlərin) satışı» hesabının debetinə aid edilən) kommersiya
xərclərinin bütün məbləğləri uçota alınır. Bu, kim tərəfindən, yəni istər
malalanlar, istərsə də müəssisə tərəfindən həyata keçirilməsindən asılı
olmayaraq kommersiya xərclərinin bütün məc- muunu müəyyən etmək
üçün belə edilir.
43 "Kommersiya xərcləri" hesabının analitik uçotu sənaye
məhsullarının maya dəyərinin planlaşdırılması, uçotu və kalkulyasiyası
üzrə sahə təlimatı ilə müəyyən edilmiş maddələr üzrə aparılır. Bu uçot
müəssisədə elə təşkil edilir ki, məhsul satışı haqqında lazım olan
göstəriciləri əldə etmək mümkün olur.
Kommersiya xərclərinin analitik uçoıunun registri, onların
maddələri və müxabirləşən hesablar üzrə aparılan "Kommersiya
xərclərinin analitik uçotunun cədvəlindən" ibarətdir.
Müəssisədə cədvəli tərtib etmək üçün əsas, müxtəlif jurnal-or-
derlərin yekun məlumatları, materialların, əmək haqqınan, xidmrüə- rin,
pul ödəmələrinin və başqa xərclərin bölüşdüıiilməsi cədvəli xidmət edir.
Onda məlumatlar təhlil üçün lazım olan çərçivədə qnı- plaşdınhr və
smeta məlumatları verilir ki, bu da planla müqay'sədə vəsaitlərin
xərclənməsinin hansı vəziyyətdə olmasını göstərir. Cədvəlin yekunu
məhsul satışı haqqında hesabat tərtib edilən zaman asanca istifadə
olunur.
43 "Kommersiya xərcləri" hesabının debeti üzrə dövriyyənin
məbləğləri 1,2,7, 10/1 saylı jurnal-orderlərdə, kredit üzro dövriyyə isə
11 saylı Jurnal-orderdə əks olunur.
Satılmış məhsullara görə məbləğlər banklarda olan hesablara da
.19
xil olduqca məlisullar satılmış hesab olunan müəssisələrdə kommersiya
xərclərinin müvatiq payı 45 «Göndərilmiş mallar» hesabına mühasibat
yazılışı tərtib etmədən aid edilə bilər. Hazır məmulatlar anbarda
qablaşdırılan zaman, qablaşdırılmış, lakin göndərilməmiş məhsullara
aid olmayan kommersiya xərcləri, həmin məhsulların anbardakı
qalığına birləşdirilir.
Satılmış məhsulların ayrı-ayrı növlərinin tam maya dəyərinə
kommersiya
xərclərinin
daxil
edilməsi
qaydası
istehsalın
xüsusiyyətlərindən və buraxılan məhsulların xarakterindən asılıdır və
sahə təlimatlarında nəzənlə tutulur. Bu zaman tara və qablaşdırma
xərcləri məhsulların ayrı-ayrı növlərinə müvafiq ilkin sənədlər əsasında
müstəqim təyinatına görə aid edilə bilər. Qalan hallarda kommersiya
xərcləri məmulatların ayrı-ayrı növləri arasında onların kütləsinə və ya
həcminə mütənasib olaraq, komission haqqları, təşkil edilən dövriyyəyə
görə qiymətlərə güzəştlər və satış üzrə sair xərclər isə - satılmış
məhsulların istehsalat maya dəyərinə mütənasib olaraq bölüşdürülür.
Sənayenin bəzi sahələrində kommersiya xərclərinin ümumi
məbləğini məmulatlar arasında satılmış əıntəəlik məhsulların plan və ya
faktiki istehsalat maya dəyərinə və yaxud da buraxılış qiymətləri ilə
(topdan) onun həcminə mütənasib olaraq bölüşdürülür.
Beləliklə, kommersiya xərcləri müstəqim və qeyri-müstəqim xərc
kimi çıxış edirlər.
Əgər hesabat ayında bütün məhsullar göndərilmirsə, buraxılan
məhsulların tam maya dəyərini müəyyən etmək üçün buraxılan
məhsulların tam maya dəyərini müəyyən etmək üçün buraxılan
məhsulların maya dəyərinə aid edilən istehsaldan kənar xərclərin
məbləğini hesablama yolu ilə müəyyən edirlər. Bu hesablama hesabat
ayında əmtəəlik məhsul buraxılışının həcmi və qeyd olunan xərclərin
faktiki səviyyəsi əsasında yerinə yetirilir.
Malgöndərən müəssisənin hesabına həyata keçirilən, məhsulun
daşınması və göndərilməsi üzrə xidmətlərə görə nəqliyyat təşkilatları ilə
(dəmir yol və su yolu) limitləşdirilmiş və liınitləşdirilməmiş çekləıiə
hesablaşmalar zamanı 43 "Kommersiya xərcləri" hesabı de- betləşir və
76 "Müxtəlif debitorlar və kreditorlala hesablaşmalar", hesabı
kreditləşir.
120
Məhsulların tam maya dəyərinin düzgün müəyyən edilməsi,
kommersiya xərclərinin ayrı-ayrı məmulatlar arasında bölüşdürülməsi
olduqca vacibdir.
Yuxanda qeyd edildiyi kimi kommersiya xərcləri satılmış
məhsulların maya dəyərinə, onların ay ərzindəki məbləğini, məhsulun
buraxılış (topdansatış) qiymətləri ilə və ya istehsalat plan maya dəyəri
ilə dəyərinə mütənasib olaraq bölüşdürmək yolu ilə daxil edilir.
Bunu aşağıdakı misalda göstərək.
Göstəricilər
Buraxılış qiyməti
(topdansatış) ilə min
man.
Kommersiya xərcləri
min man.
Ayın
əvvəlinə
göndərilmiş malların
qalığı
70000
700
hesabat
ayında
göndərilib
157500
1575
Qalıqla
birlikdə
göndərilənin yekunu
227500
2275
Buraxılış qiyməti ilə
qalığın və göndərilmiş
məhsulun
dəyərinə
kommersiya
xərclərinin faiz nisbəti
(2275x100: 27500)
1,0
Ayın
axırına
göndərilmiş malların
qalığı
77500
775
Hesabat ayında satılıb
150000
1500
121
|