Bazar iqtisadiyyatına keçid şəraitində mənfəət istehsalın
inkişafının həvəsləndirilməsində böyük rol oynayır. Müəssisələr
təsərrüfat fəaliyyəti prosesində mənfəətlə yanaşı nəzərdə tutulmayan
itkilərə də malik ola bilərlər. Həm mənfəət, həm də zərərlər uçotda hər
bir maddə və bütövlükdə maliyyə nəticələri üzrə öz əksini tapmalıdır.
Hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə nəticəsinin
əmələ gəlməsi haqqında informaiyaları ümumiləşdirmək üçün 80
«Mənfəət və zərərlər» adlı aktiv-passiv sintetik hesabı ayrılmışdır.
Bu hesabın krediti üzrə müəssisələrin mənfəəti (gəlirləri), debeti
üzrə isə - zərərləri (itkiləri) əks olunur. Xüsusilə, hesabat dövrü ərzində
bu hesabda aşağıdakılar uçota alınır:
1. Hazır məhsulların (işlərin, xidmətlərin) satışından olan
mən
fəət
və ya zərərlər.
2. Təchizat-satış və ticarət təşkilatlarında malların və taıalann
satışından olan ümumi gəlir;
3. Əsas vəsaitlərin satışından olan mənfəət və ya zərər, sair
çıxmalardan
olan gəlirlər və itkilər;
4. Müəssisənin digər maddi qiymətlilərinin və sair aktivlərinin
(qeyri-maddi aktivlərin, qiymətli kağızların və b.) satışından olan
mənfəət və zərər.
5. Başqa müəssisələrdə pay iştirakından əldə edilən gəlirlər,
səhmlər üzrə dividendlər və müəssisənin sahib olduğu istiqrazlar və
digər qiymətli kağızlar üçün gəlirlər;
6. Əmlakın icarəyə verilməsindən
əldə edilən gəlirlər;
7. Alınması ümidsiz olduğu üçün əvvəllər zərərə silinən debitor
borclarının ödənilməsindən daxil olan məbləğlər;
8. Təsərrüfat müqavilələrinin şərtlərini pozmağa görə, habelə
vurulan zərərlərə görə məhkəmə tərəfindən hökm verilən və ya borclu
tərəfindən etiraf edilən cərimələr, peşiman pulları və
digər növdən olan
sanksiyalar;
9. Hesabat ilində aşkar edilən, keçən illərin mənfəəti (keçən ildə
alınmış və sərf edilmiş, xidmətlərə və maddi qiymətlilərə görə
hesablaşmalar üzrə malgöndərənlərdən, habelə keçən ildə satılmış
128
məhsula görə hesablaşmalar üzrə malalanlardan və sifarişçilərdən daxil
olan məbləğlər);
10.
Qiymətlilərin istifadəsi üçün yararlı olanların dəyərini
çıxmaqla, təbii fəlakətin qarşısının alınması və nəticələrinin ləğv
edilməsi üzrə məsrəfləri daxil etməklə, təbii fəlakətdən olan
kompensasiya edilməmiş itkilər (istehsalat ehtiyatlarının, hazır
məhsulların məhv olması və korlanması, istehsalın dayandırılmasından
olan itkilər və b.);
11.
Konservasiya edilmiş istehsalat güclərinin və
obyektlərinin saxlanmasına çəkilən məsrəflər (digər mənbələr hesabına
ödənilən məbləğlərdən başqa);
12.
İddia müddətinin vaxtı keçən debitor borclarının və
tutulması qeyri-real olan digər borcların silinməsindən olan itkilər;
13.
Günahkarları müəyyən edilməyən və ya cavabdehin
vəziyyətinin yaxşı olmaması və onun əmlakının tutulmasının mümkün
olmaması haqqında məhkəmə tərəfindən təsdiq edilən aktla birlikdə geri
qaytarılmış icra sənədləri üzrə ya da tutulması digər sənədlər üzrə etiraz
edilən və b. əsas vəsait obyektlərinin çatışmamasına və ya korlanmasına
görə müəyyən edilmiş qaydada əvvəllər müəyyən edilmiş borcların
silinməsindən
olan zərərlər;
14. Hesabat ilində aşkar edilən, keçən
illərin zərərləri;
15.
Ləğv edilmiş istehsalat sifarişləri üzrə məsrəflər, habelə
sərf edilmiş maddi qiymətlilərin dəyərini çıxmaqla məhsul verməyən
istehsala çəkilən məsrəflər (sifarişçilər tərəfindən ödənilən itkiləri
çıxmaqla);
16.
Başqa müəssisələrin, idarələrin və müəssisələrin xarici
valyutalarının satılması və alınması ilə əlaqədar olan xərclər (hərrac
rüsumu və i.a.);
17. Məhkəmə məsrəfləri və iqtisad məhkəməsij^in xərcləri;
18.
Vaxtı keçmiş qısamüddətli ssudalar üzrə, veksellərin
dis- kontundan və digər borc öhdəlik əməliyyatlarına, habelə
ortamüddətli və uzunmüddətli kreditlərə və b. bank kreditlərinə görə
faizlər.
Hesabat ili ərzində göstərilən gəlirlər və ilkilər 80 «Mənfəət və
zərərlər» hesabında ilin əvvəlindən olan yekunla toplanır (toplanma
prinsipi).
129