narlaşma faizini tapmaq üçün ilin əvvəlinə hazır məhsul qalığının plan
istehsalat maya dəyəri haqqında, il ərzində daxil olmuş hazır
məhsulların plan istehsalat maya dəyəri haqqında və hazır məhsulların
qalığına düşən, plan istehsalat maya dəyərindən kənarlaşma (qənaət və
ya artıq xərc) məbləğləri haqqında məlumatlar lazım olur. Bu
məlumatlar olduqdan sonra kənarlaşma faizini tapmaq olur. Kənarlaşma
məbləğini hesablaşmaq üçün satılmış məhsulların plan istehsalat maya
dəyəri üzrə məbləğ haqqında məlumat olmalıdır.
Kommersiya xərcləri isə 43 "Kommersiya xərcləri" hesabının
kreditindən köçüriilür.
Əlavə dəyər vergisi pərakəndə satış qiymətindən ticarət güzəştini
və müəssisənin topdan satış qiymətini çıxmaqla hesablanır.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 46 "Məhsulların
(işlərin, xidmətlərin) satışı hesabının debet dövriyyəsi öz xarakterinə və
məzmununa görə müxtəlif məbləğlərdən ibarətdir və olduqca mürəkkəb
hesablama yolu ilə tapılır.
46 «Məhsullarm (işlərin, xidmətlərin) satışı» hesabının debeti, 45
«Göndərilmiş mallar», 43 "Kommersiya xərcləri" və 68 "Büdcə ilə
hesablaşmalar" hesablarının krediti ilə müxabirləşir.
Nəhayət, satış prosesinə aid olan bütün əməliyyatlar 46 «Məh-
sullarm (işlərin, xidmətlərin) satışı» hesabında yekunlaşdırılır. Əgər
hesabın kredit dövriyyəsi onun debet dövriyyəsindən çoxdursa, yəni
satılmış məhsulun satış qiymətləri ilə dəyəri ona çəkilən xərclərdən
artıqdırsa, satışın son maliyyə nəticəsi - mənfəət müəyyən edilir. Bu
barədə aşağıdakı yazılış tərtib olunur;
DT 46 «Məhsulların (işlərin, xidmətlərin) satışı» hesabı
KT 80 «Mənfəət və zərərlər» hesabı
Satışdan təyin edilən zərər tərsinə köçürmə ilə əks etdirilir:
DT 80 «Mənfəət və zərərlər» hesabı KT 46 «Məhsullarm (işlərin,
xidmətlərin) satışı» hesabı Satış və mənfəət planlarının yerinə
yetirilməsi üzərində nəzarət yuxarıda adı çəkilən uçot registrlərinin və
onları müəyyən analitik tərzdə daha da genişləndirmək üçün
mühasibatda və müəssisənin maliyyə şöbəsində tətbiq edilən əlavə
registlərin köməyi ilə həyata keçirilir.
Dostları ilə paylaş: