Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§5. Şiih/ı^li borclar iizr^ ehtiyatın uçotu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   63
596 (1)

§5. Şiih/ı^li borclar iizr^ ehtiyatın uçotu 
Məhsulların göndərilməsi üzrə satışdan olan vəsaitlərin müəyyən 
edilməsi metodunu tətbiq edən təşkilatlara, hüquqi və fiziki təşkilatlara 
hesablaşmalar  üzrə  şübhəli  borcların  kompensasiya  ehtiyatlarını 
yaratmağa  icazə  verilir.  Vaxtında  ödənilməyən  və  müvafiq  zəmanətlə 
təmin  olunmayan  təşkilatların  və  vətəndaşların  debitor  borcu,  şübhəli 
borc hesab olunur (misal üçün, girov öhdəliyi). Belə borcların ehtiyatını, 
təşkilatların debitor borclarının in-  ventarizasiyası aparıldıqdan və hər 
bir şübhəli borc üzrə onun ödənilməsi ehtimalını əks etdirdikdən sonra 
ilin axırına yaratmaq məsləhət görülür. Əgər belə borcun tutulması üzrə 
bütün tədbirlər, kreditorun fikrinə görə istifadə olunubsa və səmərəsiz 
olubsa,  təşkilatın  ümidsiz  borcların  yaradılmış  ehtiyatların  hesabına 
gələn  ildə  silinməsi  mümkünlüyünə  mənfəətin  müəyyən  məbləğini 
ehtiyatlandır- maq hüququ vardır. 
Ümidsiz  debitorlar  öz  borcunu  ödədiyi  halda  kreditor  -  təşkilat 
növbəti  ilin  axırında  geri  qaytarılan  məbləğlər  həcmində  borcun  eh- 
tiyatlandırılmış hissəsini bərpa etməlidir. 
Şübhəli  borcların  ehtiyatı  hesabat  ilinin  axırında  yaradılır.  Bu 
məqsədlə  debitor  borclarının  inventarizasiyası  aparılır.  Debitorla 
hesablaşmaların  inventarizasiyası  gedişində  konkret  müəssisələrlə, 
təşkilatlarla  və  ayrı-ayrı  şəxslərlə  məlumatların  qarşılıqlı  üzləşdi- 
rilməsi həyata keçirilir. 
Hesablaşmaların  üzləşməsi  məktub  və  debitor  hesab  olunan 
müəssisəyə  mühasibat  işçisinin  getməsi  vasitəsi  ilə  həyata  keçirilir. 
Axırıncı halda hesablaşmaların qarşılıqlı üzləşdirilmənin nəticələri üzrə 
akt  tərtib  edilir.  Hesablaşmaların  bütün  yoxlamalarının  nəticələri  üzrə 
hər bir şübhəli borcun həcmi müəyyən edilir və daimi fəaliyyətdə olan 
inventarizasiya  komissiyasına  baxmaq  üçün  təqdim  edilir,  həmin 
komissiya  borclunun  maliyyə  vəziyyətini  (ödəmə  qabiliyyətini) 
müəyyən edir və borciın tamamilə və qismən ödənilmə 


si  ehtimalını  qiymətləndirir.  Komissiyanın  qərarı  şübhəli  borcların 
yaradılan  ehtiyatının  həcmi  haqqında  nəticə  ilə  protokolla 
rəsmiləşdirilir. 
Debitorlarla hesablaşmalar üzrə şübhəli borcun müəyyən edildiyi 
məbləğ,  hesabat  ili  başa  çatdıqda  balans  mənfəətinin  azaldılması 
hesabına ehtiyatlandırılır. 
Hesabat  ilindən  sonrakı  il  ərzində  şübhəli  borclar  üzrə  ehtiyat, 
ümidsiz borclar üçün müəyyən edilmiş vaxt ərzində alınması ümidsiz 
borclar  üçün  müəyyən  edilmiş  vaxt  ərzində  alınması  ümidsiz  olan 
debitor borclarının silinməsi üçün istifadə edilir. 
Əgər  şübhəli  borclar  üzrə  ehtiyat  yaradıldığı  ildən  sonrakı  ilin 
axırına  qədər  bu  ehtiyat  istifadə  edilməzsə,  onda  sərf  edilməmiş 
məbləğlər müvafiq ilin balans mənfəətinə birləşdirilir. 
Yaradılmış  ehtiyatın  uçotu  82  «Qiymətli  ehtiyatlar»  adlı  passiv 
hesabda apanhr. 
Uçot  siyasəti  ilə  satışı  hesablaşma  sənədlərinin  təqdim  edilməsi 
(göndərilməsi üzrə) üzrə qəbul edilən müəssisələrdə, mənfəət hesabına 
şübhəli borcların ödənilməsinə ehtiyat yaradıla bilər. 
Müqavilə  ilə  nəzərdə  tutulan  ödəmə  müddətinin  keçməsi  ilə 
əlaqədar  olaraq  müvafiq  zəmanətlə  təmin  olunmayan  debitor  borcu, 
şübhəli borc kimi qəbul edilir. 
Şübhəli  borcların  ödənilməsi  üçün  ehtiyat,  hər  il  illik  hesabatı 
tərtib etməzdən əvvəl debitor borclarının apanlan inventarizasiyası- nın 
nəticələri  üzrə  inventarizasiya  komissiyasının  qəran,  rəsmiləşdirilmiş 
və  müəssisənin  rəhbəri  tərəfindən  təsdin  edilmişş  protokol  əsasında 
yaradılır. 
Tələb olunmayan, balansdan silinən borcları müəssisə, borcluların 
əmlak vəziyyətinin dəyişildiyi halda onun tutulması imkanına nəzarət 
etmək  üçün  silindiyi  vaxtdan  5  il  ərzində  007  «Ödəmə  qabiliyyəti 
olmayan debitorların zərərə silinmiş borcları» balans arxası hesabının 
debetində  uçota  alır.  Əgər  şübhəli  borclar  üzrə  ehtiyat,  onların 
yaradıldığı  ildən  sonrakı  ilin  axırına  kimi  sərf  edilməzsə,  onda  o, 
müəssisənin mənfəətinə birləşdirilir 82 «Qiymətli ehtiyatları) hesabının 
analitik uçotunu ödənilməsi üçün ehtiyat yaradılan şübhəli borcun hər 
bir məbləği üzrə ayrıca aparırlar. 
162 


Əgər  müəssisələr  satış  və  mənfəətin  əmələ  gəlməsi  prosesinin 
uçotunu ödənilmiş hesablaşma sənədləri üzrə (ödəmə üzrə) aparırlarsa, 
onda onlar 82 «Qiymətli ehtiyatlar» hesabını istifadə etmirlər. Axırıncı 
halda  iddia  müddətinin  vaxtı  keçmiş  borclarının  məbləğini  onlar 
satışdankənar itkilər kimi silirlər. 
82  «Qiymətli  ehtiyatlan)  hesabının  2-ci  «Qiymətli  kağızlara 
qoyuluşların  qiymətdən  salınmasına  görə  ehtiyatlan)  subhesabmda 
başqa müəssisələrin qiymətli kağızlarına - səhmlərinə, istiqrazlarına və 
digər  borc  öhdəliyinə  xüsusi  vəsait  qoyuluşunun  mümkün  olan 
qiymətdən  salınmasına  görə  müəssisə  tərəfindən  ehtiyat  yaradılır.  82 
«Qiymətli ehtiyatlan) hesabının 2-ci subhesabı üzrə analitik uçot hər bir 
qiymətli kağız üzrə aparılır. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin