Bu və ya digər ehtiyatın məbləğlərinin yaradılmasının və istifadə
edilməsinin düzgünlüyü dövrü olaraq smetanın və hesablamaların
məlumatları üzrə yoxlanılır. Hesabat ilinin axırında yaradılmış
ehtiyatların məcburi inventarizasiyası həyata keçirilir. Xüsusi
hesablamalar yolu ilə hesabat ilindən sonrakı ilin yanvarın 1-də olan
ehtiyatların qalıqlarının düzgünlüyü yoxlanılır. Kənarlaşmalar aşkar
edilən halda növbəti ilə keçən ehtiyatların düzəlişi aparılır.
Məzuniyyətlərin ödənilməsi üçün ehtiyat müvafiq dövrdə
fəhlələrə faktiki hesablanmış əmək haqqından, sosial sığorta
ayırmalarından və müvəqqəti əmək qabiliyyətini itirməyə görə
müavinətlərin ödənilməsindən plan faizi ilə istehsalat və ya tədavül
məsrəflərinə hər ay ayrılması yolu ilə yaradılır.
Məzuniyyət üçün ehtiyatın plan faizi qarşıdakı ildə
məzuniyyətlərin ödənilməsi üçün lazım olan məbləğlərin, əmək
ödənişinin illik ümumi fonduna olan nisbəti kimi hesablanır.
Əsas vəsaitlərin təmirinə qarşıdakı xərclərə ehtiyat, hər bir
obyektə əsas vəsaitlərin təmirinə təsdiq edilmiş planlar əsasında
hesablanmış plan məbləğlərinin istehsal və ya tədavül məsrəflərinə hər
ay ayırmalar yolu ilə yaradılır.
Aparılmış təmir üzrə lüktiki məsrəflər, onun hansı üsulla yerinə
yetirilməsindən asılı olaraq uçota alınır.
Podrat üsulu zamanı bütün təmir işlərini podrat müqaviləsinə
müvafiq olaraq kənar təşkilat yerinə yetirir. Başa çatmış işləri podratçı
təmir edilmiş obyektlərin təhvil-qəbul aktı ilə sifarişçiyə təhvil verir,
onun əsasında da smeta (müqavilə) dəyəri ilə ödəməyə hesab təqdim
edir. Aksept edilmiş hesabın məbləğinə sifarişçi əsas vəsaitlərin təmiri
üçün yaradılmış ehtiyatı azaldır.
Təsərrüfat üsulu zamanı təmir işləri müəssisənin təmir sexi
(emalatxanası) tərəfindən yerinə yetirilir. Əsas vəsaitlərin aparılan
təmiri üzrə bütün faktiki məsrəflər 23 «Köməkçi istehsalat» hesabında
uçota alınır. Təmir başa çatdıqda akt tərtib olunur, onun əsasında faktiki
məsrəflərin məbləği, əsas vəsaitlərin təmirinə yaradılmış ehtiyatın
azaldılmasına 23 «Köməkçi istehsalat» hesabından silinir.
Podrat tikinti təşkilatı bütövlükdə hazır tikinti məhsullarına görə
sifarişçilərlə hesablaşmalar zamanı, obyekt smetalarında
nəzərdə
166
tutulan və tikinti-quraşdınua işlərinin smeta (müqavilə) dəyərinə daxil
edilən, müvəqqəti (titul üzrə) binaların və qurğuların tikilməsini
maliyyələşdirmək üçün işlərin yerinə yetirilməsi prosesində istehsalat
xərclərinin vəsaitləri hesabına ehtiyat yaradır.
Müvəqqəti (titul üzrə) binaların və qurğuların tikilməsi üzrə faktiki
məsrəflər 30 «Qeyri-əsaslı işlər» hesabının 1-ci «Müvəqqəti (titul üzrə)
tikililərin inşaası» subhesabında müstəqim (materiallar, istehsalat
fəhlələrinin əmək haqqı, inşaat maşınları və mexanizmlərinin istismarı
üzrə xərclər) və üstəlik xərclərin (müstəqim xərclərə mütənasib olaraq
obyektlər arasında bölüşdürülən) tərkibində uçota alınır.
Müvəqqəti (titul üzrə) qurğular istismara verildikcə onların
tikilməsinə çəkilən məsrəflər 30/1 «Qeyri-əsaslı işlər» hesabının
kreditindən 01 «Əsas vəsaitlər» (əgər əsas vəsaitlərə aid olan bina və
qurğu tikilibsə) və ya 12 «Azqiymətli və tez köhnələn əşyalar»
hesabının debetinə (əgər əsas vəsaitlərə aid edilməyən qurğu istismara
verilibsə) eyni zamanda bu obyektlər üzrə onların dəyərinin 100%
ölçüsündə köhnəlmə hesablanmaqla və onu yaradılmış ehtiyatın
azalmasına aid etməklə silirlər.
Dostları ilə paylaş: