saylı formada), əsas vəsaitlərin və onların amortizasiya fondunun
mövcud olması və hərəkəti haqqında hesabatda (II-ƏV saylı fomıa),
müəssisənin (birliyin) təsərrüfat fəaliyyətini kompleks xarakterizə edən
əsas göstəricilərin müstəqil cədvəlində (22 saylı forma) əks olunur.
Balansda «Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər»
bölməsində hesabat dövrünün əvvəlinə və axırına müəssisəyə aid olan
və uzun müddətə icarə edilən əsas vəsaitlərin qalıq dəyəri göstərilir.
Həmin bölmədə qeyri-maddi aktivlərin qalıq dəyəri və məlumat üçün
onların ilkin və qalıq dəyəri əks olunur.
Müəssisənin balansına əlavədə (5 saylı forma) V «Əsas vəsaitlərin
hərəkəti» bölməsində hesabat dövrünün əvvəlinə və axırına qalıqlarını,
təsnifat qrupları çərçivəsində onların daxil olmasını və çıxmasını
göstərirlər. Bu formanın 4 «Oeyri-maddi aktivlərin tərki- bi»
bölməsində qeyri-maddi aktivlərin növləri üzrə məlumatlar ona oxşar
şəkildə verilir.
Əsas vəsaitlər haqqında daha tam infomıasiya əsas vəsaitlərin
mövcudluğu və hərəkəti haqqında illik hesabatda əks olunur (II-ƏV
saylı fonna). O, dörd bölmədən ibarətdir:
I. Əsas vəsaitlərin mövcud olması və
hərəkəti;
II. Əsas vəsaitlərin tərkibi və amortizasiyası;
III. Əsas
vəsaitlərin təmiri;
IV. Digər qeyri-maliyyə
aktivləri;
Həmin hesabatın 1 bölməsində ilin əvvəlinə və axırına əsas
vəsaitlərin mövcud olması, il ərzində bütün və o cümlədən fəaliyyətin
əsas növünün əsas istehsalat vəsaitlərinin (axırıncıdan oiraf mühitin
mühafizəsi üzrə əsas vəsaitlər ayrıca olaraq göstərilir), ötürücü
qurğuların, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, alətlərin,
istehsalat inventarlarının və digər növ əsas vəsaitlərin (onlardan maşın
və avadanlıqlar), digər sahələrin əsas istehsalat N'əsaitləri,
qeyri-istehsal əsas vəsaitlərinin (onlardan yaşayış təsərrüfalmm
vəsaitləri) daxil olması və çıxması haqqında məlumatlar verilir.
II «Əsas vəsaitlərin tərkibi və amortizasiyası» bölməsi ilin axırına
olan müəssisənin əsas vəsaitlərinin tərikibi haqqında: yəni qruplar üzrə
(binalar,
qurğular, keçirici qurğular və i.a.) əsas
219
fəaliyyət növlərinin əsas istehsalat vəsaitləri, hər bir sahə üzrə (tikinti,
kənd təsərrüfatı, ticarət və ictimai iaşə və b.) ayrıca olaraq digər
sahələrin əsas istehsalat vəsaitləri; əsas vəsaitlərin istifadə edildiyi
fəaliyyət sahəsi üzrə (kommunal təsərrüfatı və məişət xidməti, maarif,
mədəniyyət və incəsənət və i.a.) qeyri-istehsal əsas vəsaitləri haqqında
məlumatları əks etdirir. Bu bölmədə həmçinin icarə edilən və icarəyə
verilmiş əsas vəsaitlər haqqında məlumatlar verilir. Bu məlumatlar əsas
vəsaitlərin quruluşunu hesablamaq, onun dəyişilməsini təhlil etmək,
əsas vəsaitlərin təkrar istehsalı haqqında qərar qəbul etmək üçün
lazımdır. Buradaca əsas fəaliyyət növünün əsas
istehsalat vəsaitlərinin
(o cümlədən maşın və avadanlıqların), digər sahələrin əsas istehsalat
vəsaitlərinin, qeyri-istehsal əsas vəsaitlərinin faktiki hesablanmış
köhnəlməsinin qədəri verilir. Bu bölməyə arayışda əvvəlki və hesabat
illərində əsas fəaliyyət növünün bütün əsas vəsaitlərinin və o cümlədən
əsas istehsalat vəsaitlərinin, digər sahələrin əsas istehsalat vəsaitlərinin
orta illik dəyəri əks etdirilir.
111 «Müəssisənin əsas vəsaitlərinin təmiri» bölməsində müəssisə
üzrə təmirə çəkilən məsrəfləri (o cümlədən əsas fəaliyyət növünün əsas
istehsalat vəsaitlərinin məsrəfləri, ondan - maşın və avadanlıqların
təmirinə çəkilən məsrəllər) göstərirlər.
Mövcud olması və hərəkəti haqqında məlumatlar ƏV-8 saylı
formada əsas vəsaitlərin hərəkəti haqqında kartoçkalarda hesabat üçün
toplanır, hesablanmış köhnəlmə haqqında məlumatlar isə 10/1 saylı
jurnal orderdən götürülür.
22 saylı «Müəssisənin (birliyin) təsərrüfat fəaliyyətini kompleks
xarakterizə edən, əsas göstəricilərin geniş cədvəli» formalı illik
hesabatda, hesabat ilində və əvvəlki ildə əsas hesabat fondları və
dövriyyə vəsaitlərinin orta illik dəyəri, onlardan sənaye-istehsalat əsas
fondlarının orta illik dəyəri haqqında məlumatlar verilir. Həmçinin
hesabat ilinin əvvəlinə və axırına əvvəlki ildə əsas fondların qalıqları
haqqında məlumatlar verilir.
Hesabat məlumatlarından istifadə edərək, əsas vəsaitlərin tətbiqini
xarakterizə edən çox mühüm göstəriciləri müəyyən etmək olar, (tnların
arasında fondverimi, növbəlik əmsalını və avadanİK|l.ınn yüksəlməsini
göstərmək olar.
Əsas vəsaitlərin
220
istifadəsinin ümumiləşdirici dəyər göstəricisi kimi fondverimi xidmət
edir. Həmin göstərici dəyər ifadəsində istehsal edilmiş əmtəəlik
məhsulun əsas fəaliyyət növünün əsas istehsalat vəsaitlərinin orta illik
dəyərinə olan nisbəti kimi hesablanır. Fondveriminə tərs mütənasib olan
göstərici, istehsal edilən məhsulun vahidinə düşən əsas vəsaitlərin
dəyərini göstəriən məhsulların fondtutumundan ibarətdir. Fondverimini
daha da dəqiqləşdinnək məqsədi ilə əsas vəsaitlərin fəal hissəsinin bir
manatına və əsas avadanlıqların dəyərinin bir manatına məhsul
buraxılışı göstəricilərini müəyyən edirlər.
Əsas vəsaitlər üzrə hesabatı təhlil edərək onların texniki vəziyyəti
haqqında məlumat əldə etmək mümkündür. Əsas vəsaitlərin köhnəlmə
məbləğlərini ilk dəyərinə bölməklə, bütün əsas vəsaitlər, əsas fəaliyyət
növünün əsas istehsalat vəsaitləri, maşın və avadanlıqlar və i.a. üzrə
Dostları ilə paylaş: