§8. Bank krediti,irinin nçotn
Elmi-texniki tərəqqinin sürətləndirilməsində, məhsulun texniki-
iqtisadi göstəricilərinin yaxşılaşdırılmasında, sənayenin strukturunun
təkmiləşdirilməsində
kreditin
stimullaşdırıcı
rolu
bankların
fəaliyyətində getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Sənayenin dövriyyə vəsaitinin yaradılmasında bankın krediti
böyük rol oynayır. Mal-material vəsaiti ehtiyatlarının ödənilməsində
177
bank vəsaitinin iştirakı böyükdür. Ayrı-ayrı təsərrüfat sahələri və
kreditləşdirilən obyektlər üzrə isə bank vəsaitinin iştirakı daha artıqdır.
Bankın kredit planında kreditlərin miqdarı mövsümi və digər
normativdən artıq xammal, material və yanacaq ehtiyatlarının layi-
hələşdirilən miqdarından, habelə istehsal məsrəflərinin hazır məhsul,
mal qalıqlarının miqdarından və digər göstəricilərdən asılı olaraq təyin
edilir.
Təsərrüfatın kreditləşdirilməsinin həcmi təsərrüfat orqanlanmn
dövriyyə vəsaitinin yaradılması qaydasından, istehsal şərtlərindən,
texnoloji prosesin səmərələşdirilməsindən və vəsaitin dövriyyə
sürətinin artırılmasından asılıdır. Əgər müəssisə pay iştirakı qaydasında
dövriyyənin kreditləşdirilməsi üsuluna keçmişsə və bununla əlaqədar
olaraq normativlərin bir hissəsi kredit hesabına yaradılmağa
başlamışsa, yaxud xammal tədarükünün və təchizatının mövsümi
şəraitinə görə vəsait ehtiyatı artışsa, o zaman təsərrüfata qoyulan bank
vəsaiti çaxalacaqdır. Dövriyyə vəsaitinin sürəti artırsa və mal-material
vəsaiti ehtiyatının nisbi kəmiyyəti azalırsa, bu vəziyyət bank
kreditlərinin miqdarına təsir göstərməmiş olmaz.
Təsərrüfata kredit qoyuluşunun genişlənməsi bank passivlərinin,
hər şeydən əvvəl müəssisələrin hesablaşma hesablanndakı vəsaitin
keçici qalıqlannm vəsaitinin artması hesabına aparılır.
Kredit planında nəzərdə tutulmuş artımın əsasını məhsul istehsalı
və satışının, habelə yığımların həcminin getdikcə artması təşkil edir.
Bank krediti plan üzrə məqsədli, qaytarılan, müddətli və təminatlı
olmalıdır. Bu prinsiplərdən birinin belə pozulması istehsalın təşkilində
və ictimai məhsulun bölüşdürülməsində kreditin rolunu zəiflədir, banka
və malgöndərənlərə çatası vaxtı keçmiş tədiyyələ- rin baş verməsinə
səbəb olur.
Bankın qaydaları müəssisə və təşkilatlara həqiqətən lazım olan
miqdarda kreditlərin verilməsi vəzifəsinə, mal istehsalı və tədavülü
üzərində manatla müntəzəm nəzarət tələbinə tabe edilmişdir.
Müəssisələr kreditlərin təyin edilmiş müddətlərdə ödənilməsi üçün
yalnız istehlakçılara lazım olan məhsulları istehsal etməli, məhsul
buraxılışının plan həcmini və qrafıklərini gözləməli, məh
178
sulun maya dəyərini aşağı salmalı, tələbatdan artıq material
gətirilməsinə yol verməməli və müəssisələrin özünə lazım olmayan
materialları vaxtında satmalıdır. Beləliklə, manatla bank nəzarətinin
fay- dalılığı və təsiri təzahür edir. Kredit təsərrüfata yardım göstərməklə
bərabər, eyni zamanda müəssisələr tərəfindən istehsal və maliyyə
planlarının yerinə yetirilməsinə, təsəmifat hesabının məhkəmləndi-
rilməsində dövlət tərəfindən fəal təsir vasitəsi rolunu oynayır.
Bank, kredit intizamını pozanlar haqqında cəza tədbirləri tətbiq
edir, verilən kreditləri vaxtından qabaq onlardan alır, maliyyə
intizamının nizama salınması üçün tədbirlər görülməsini tələb edir,
dövriyyə vəsaitindən istifadə işini yaxşılaşdırmaq və rentibelliyi
yüksəltmək barədə təkliflər verir və bu təkliflərin həyata keçirilməsinə
nail olmağa çalışır.
Müəssisələr təsərrüfat əməliyyatlarını yerinə yetirmək üçün pul
vəsaitlərindən istifadə edirlər. Müəssisələr onları xammal və materiallar
əldə etmək, fəhlə və qulluqçuların əmək haqqını vermək, sosial müdafiə
üzrə ödəmələri ödəmək, vergiləri ödəmək üçün və digər məqsədlərdən
ötəri sərf edir. Lazım olan hallarda müəssisə tapşınğın yerinə yetirilməsi
gedişində meydana çıxan müvəqqəti tələbatı ödəmək üçün bank
kreditləri şəklində pul vəsaitləri alır. Təsərrüfat fəaliyyəti prosesində
müəssisə başqa təşkilatlarla, idarələrlə, müəssisələrlə, habelə ayrı-ayrı
şəxslərlə müxtəlif hesablaşma münasibətlərinə girir. Belə qarşılıqlı
münasibətlər nəticəsində çox vaxt debitor borcları meydana gəlir,
həmçinin kreditorlar qarşısında öhdəliklər yaranır.
Kreditləşmənin mühasibat uçotunun əsas vəzifələrinə bank
kreditlərinin düzgün və təsirli uçotu və onların alınmasına, təyinatları
üzrə istifadə edilməsinə, öz vaxtında ödənilməsinə nəzarət edilməsi
daxildir.
Müəssisələrdə bank kreditlərinin böyük əhəmiyyətə malik olması
kreditləşmənin uçotunun vəzifələrini və əhəmiyyətini təyin edir. Bu uçot
bankın müəssisənin dövriyyə vəsaitlərinin yaradılmasında iştirak
dərəcəsini əks etdirməli, alınmış kreditlərin öz vaxtında geri
qaytarılmasında və hər bir hesabat dövrünə kreditlər üzrə borcların
vəziyyətinin göstəricilərinə nəzarəti təmin etməlidir. Bu vəzifələrin
yerinə yetirilməsi şəraitində uçot-kıedit intizamının və
179
ziyyətinə sistematik müşahidə aparılmasına müəssisənin maliyyə
vəziyyətinin yaxşılaşdırılması ehtiyatlarını öz vaxtında açmağa və
operativ qaydada açılmış ehtiyatların səfərbər edilməsi üzrə tədbirlər
göıiilməsinə imkan verir.
Son illərdə tədiyyə krediti verilməsi qaydası təkmilləşdirilmiş,
haqq-hesabların vaxtlı-vaxtında aparılmasına, tədiyyə intizamının
möhkəmlənməsinə, dövriyyə vəsaiti dövriyyəsinin sürətləndirilməsinə,
tapşırıqların yerinə yetirilməsinə onun təsiri artmışdır.
Bazar iqtisadiyyatına keçid dövılində haqq-hesablann vəziyyətini
yaxşılaşdırmaq, iqtisadi vəsaitlərin və stimulların, o cümlədən kreditin
makroiqtisadiyyatda son nəticələr qazanılmasına təsirini artınnaq üçün
bank idarələri kreditlə haqq-hesab mexanizmindən daha fəal istifadə
etməyə başlamışlar.
Kreditlərin vaxtında geri qaytarılması onun nə dərəcədə təminatlı
olmasından asılıdır. Verilmiş kreditlər, ya maddi qiymətlilərə, ya da
göndərilmiş mallara görə hesablaşma sənədləri ilə təmin olunmalıdır.
Kreditin maddi qiymətlilərlə və ya hesablaşma sənədləri ilə təmin
olunması həmin təsəiTÜfat əməliyyatı başa çatdıqdan sonra onun
ödənilməsinə zəmanət verir. Bu prinsipə riayət olunmasını təmin elmək
məqsədilə kreditlərin təminatı dövrü olaraq yoxlanılır və təminatsız
borc dərhal müəssisənin hesabından silinir.
Sadə ssııda hesabından kredit almaq üçün müəssisə banka ərizə,
müddətli öhdəlik və bankın təlimatı ilə müəyyən edilmiş formada
mal-material qalıqları haqqında məlumat təqdim edir. Mal-material
qalıqları haqqında məlumat tərtib ediləndən sonra üç iş günü ərzində
banka təqdim edilir.
Mal-material qiymətliləri qalığının ödənilməyən hissəsinə də
sərbəst limit daxilində kredit verilir və bu məqsədə verilən kredit bir və
iki nömrəli kartotekada olan sənədlərin ödənilməsinə yönəldilir.
Verilmiş kreditlərin vaxtında ödənilməsi qəbul edilmiş
öhdəliklərlə təmin edilir. Verilən kreditlərin ödənilməsi müddətləri
təminata götüıülmüş mal-materialların azalması müqabilində
müəyyənləşdirilir. Kreditlərin ödənilməsinə verildiyi rübdə nəzərdə
tutulmuşdursa, bank müəssisədən ödənilmə müddətləri dəqiq müəyyən
edilmiş öhdəliklər qəbul edir. Çıxış limiti üzrə verilən kreditlərin
ödənilmə müddəti şərti olaraq qarşıdakı rübün birinci
180
ayının 25-i tarixinə müəyyən edilir və sonradan dəqiq müddətlərə
yenidən
rəsmiləşdirilir.
Kreditlərin
ödənilmə
müddətlərinin
dəqiqləşdirilməsi növbəti liibdə kreditləşən mal-maleriallann hərəkətinə
əsasən aparılır.
Bitməmiş istehsal və öz istehsalının yanmlabrikatlanna görə kredit,
hesabat balansı və balans əsasında tərtib olunmuş arayışa görə cari ayın
1-i vəziyyətinə, lazım olduqda isə cari məlumatlar əsasında ara
müddətllərə də verilir.
Verilmiş bank kreditlərinin təminatı banka təqdim olunur, balans
əsasında yoxlanılır. Balans məlumatları ayın l-nə təqdim olunmuş cari
məlumatla tutuşdurulur. I3alans məlumatlarının cari məlumatlardan az
olması üzündən yaranan təminat çatışmazlığı bank tərəfindən bankın
aldadılması halı kimi qiymətləndirilir.
Verilmiş kreditin təminatını bank bilavasitə müəssisənin özündə də
yoxlayır.
Uçot, hesabat və malların saxlanması şəraiti qənaətbəxş olmayan
müəssisələrdə kreditlərin təminatı bank şöbəsi müdirinin sərəncamına
əsasən kredit verilməmişdən əvvəl yoxlanılır.
Yoxlama zamanı təqdim olunmuş məlumat mühasibat və anbar
uçotu məlumatları bir birilə tutuşdurulur. Yaranan fərqə artıq alınmış
kredit bank tərəfindən geri alınır.
Yoxlamanın nəticələri aktla ro .ni’əşdiıY' Bank şöbəsinin
müdirinin sərəncamına əsasən kreditin təminatı natural lorm'd;!. da
yoxlanılır. Natural formada yoxlamaq seçmə qaydada ınal-nıatv;ial
qiymətlilərinin ölçülməsi, sayılması və ya çəkilməsi yolu ilə a, arılır.
Bankların kreditləri həm manatlarla, həm də xarici valyı N verilə bilər,
xarici valyutad. olan hesablaşmalar hesablaşma nədlərinin yazıldığı
tarixə qüvvədə olan kurs ü/.rə xai ci vaivı ,aı hesablamaq yolu ilə
müəyyən edilən məbləğlərdə maıiai!. la fOia alınır. Eyni zanaanda bu
hesablaşmalar, valyutada hesablaşnu.. , və ödəmələrlə əks olunur.
Xarici valyutada kreditlər üzrə kurs fəıqləri, o cümlədən balans tərtib
edilən tarixə borcların yenidən qiymətləndirilməsindən olan fərqlər, 80
«Mənfəət və zərəıiər» hesabına aid edilir. Kurs fərqi onun alındığı günə
kurs üzrə alınmış kreditin məbləği və ödənilən günə kurs üzrə həmin
kreditin məbləği arasındakı fərq kimi müəyyən edilir.
181
Təsərrüfat fəaliyyəti prosesində müəssisənin vəsaitlərinin
müvəqqəti çatışmamazlığım ödəmək tələbatı meydana çıxır. Belə halda
müəssisə bank kreditlərindən istifadə edir. Müəssisənin əsas və
dövriyyə vəsaitlərinin meydana gəlməsi mənbələrindən biri bank
kreditləri hesab olunur. Qısamüddətli bank kreditləri müəssisələrin,
idarələrin və təşkilatların azad pul vəsaitləri, dövlət büdcəsinin, sığorta
orqanlarının, əhalinin əmanətlərinin azad ehtiyatları və i.a.
cəmləşdirilmək və geri qaytarılmaq şərti ilə müəssisə və təsərrüfat
təşkilatlarının sərəncamına verilmək vasitəsi ilə iqtisadi münasibət
deməkdir.
Qısamüdətli kreditləşmə bank vasitəsi ilə həyata keçirilir.
Kreditlər növlərinə görə planlı (bankın kredit planı ilə nəzərdə tutulan)
və plandan kənar olmaqla (müvəqqəti ehtiyaclara) iki yerə bölünürlər.
Kreditləşmə obyektlərinə görə kreditlər maddi qiymətlilərin
nomadan artıq ehtiyatlarına görə kreditlərə və hesablaşma kreditlərinə
bölünürlər. Ki'editlər aşağıdakı maddi qiymətlilərə görə verilir:
a) xammal və materiallar;
b) yanacaq;
v) bitməmiş istehsalat və gələcək dövrlərin xərcləri.
Hesablaşma kreditləri aşağıdakılara görə verilir:
a) yolda olan hesablaşma sənədlərinə görə;
b) yük dövriyyəsi üzrə xüsusi hesablara və akkreditivlərə görə;
v) limitləşdirilmiş çek kitabçalarının alınmasına görə;
q) qarşılıqlı təlblərin ödənilməsinə görə və s.
Bank kreditləri təcili və geri qaytarılan, məqsədli, ödəndi (bank
faizlər tutur) olur. Onlar mal-material qiymətliləri ilə təmin olunmalıdır.
Qısamüddətli kreditlər müəssisələrə bir il müddətinə verilir.
Planlı kreditlər bank tərəfindən yığım planında nəzərdə tutulan
normalaşdırılmış dövriyyə vəsaitlərinin mövsümi və mövsümi olmayan
normativdən artıq qalıqlarına görə verilir, habelə mövsümi azalma
dövründə və ya istehsal tamamilə dayandırıldıqda istehsal xərclərinə
görə verilir. Onlar banka kredit planı ilə nəzərdə tutulur, elə bununla da
onların adları aydın olur.
182
Xammalın, materialların, yarımfabrikatların, bitməmiş istehsalın
normativdən artıq ehtiyatlarına və gələcək dövrün xərclərinə görə
kreditlər bir ilə qədər müddətə verilir.
Yeni məhsul buraxılışı, keyfiyyətin artırılması, məmulatın lazımi
və möhkəm olması üzrə tədbirlərin həyata keçirilməsinə də kreditlər
həmin müddətə verilir.
Materialların normativdən artıq ehtiyatlarını kreditlə təmin etmək
üçün bank, bir qayda olaraq, onların faktiki maya dəyəri ilə qəbul edir.
Bitməmiş istehsalın qalıqlan və öz istehsalının yarımfabri- katları faktiki
maya dəyəri ilə və ya faktiki maya dəyərindən aşağı olduqda plan maya
dəyəri ilə qəbul edilir. Normativdən artıq hazır məhsul qalığı isə plan
istehsalat maya dəyəri ilə qəbul edilir.
Kreditlər bank tərəfindən ancaq müəssisə tərəfindən ödənilmiş
ehtiyatlara görə verilir. Ssuda kreditinin qədərini müəj^ən edən zaman
kreditləşən qiymətlilərin normativdən artıq qalığının ümumi dəyərində
onlara aid malgöndərənlərə olan kreditor bordan çıxılır.
Bəzi hallarda isə kreditlər ödənilməmiş normativdən artıq qalıqlara
görə də verilir və bu zaman onlar müəssisənin hesablaşma hesabına
daxil olmadan kreditləşən qiymətlilərin ödənilməsinə dövr edirlər.
Yolda olan hesablaşma sənədlərinə görə hesablaşma kreditləri
daha çox yayılmışdır. Onlar yüklənmiş və buraxılmış mallara, yerinə
yetirilmiş işlərə və göstərilmiş xidmətlərə görə sənəd dövri)^əsi
müddətinə daha doğrusu alıcılardan ödəmə daxil oluncaya qədər
malgöndərən müəssisələrə verilir.
Kreditlə təmin etmək üçün özgə şəhərli hesablaşmalar üzrə in-
kassaya təhvil verilmiş ödəmə tələbnamələrinin və eyni şəhərli
hesablaşmalar üzrə təhvil verilmiş tələbnamələrinin reyestrlərini qəbul
edir.
Kredit, ancaq o hesablaşma sənədlərinə verilir ki, mallar
yükləndikcə və işlər qurtardıqdan sonra üç iş günündən gec olmayaraq,
ya da müəyyən edilmiş hesablaşma dövründə həmin sənədlər banka
təhvil verilmiş olsun.
Bank krediti, göndərilmiş məhsulların və ya yerinə yetirilmiş
işlərin və göstərilmiş xidmətlərin buraxılış qiymətləri ilə dəyərindən
nəzərdə tutulan mənfəəti çıxmaqla, müəssisənin hesabına daxil
183
olan və malalanlar tərəfindən buraxılış qiymətindən artıq ödənilən,
qablaşdırma, tara və nəqliyyat xərcləri üzrə məsrəfiəri üstünə gəlməklə
verir.
3-4 gündən bir dövrü olaraq bank müəssisənin kredit üzrə borcunu
nizama salır, lazım olan hallarda 51 «Hesablaşma hesabı» hesabına
əlavə olaraq kredit keçirilir və ya bu hesabdan təmin olunmamış
kreditlər silinir. Əgər malalan ödəmə tələbnaməsinin aksep- lindən
etiraz etmişdirsə və ya vəsaitlərin olmaması üzündən ödəməmişdirsə,
onda bank bu sənədləri təmin olunma məbləğlərindən çıxır və onlara
görə verilmiş kreditləri müəssisədən tutur.
Akkreditivlərin açılmasına kreditlərin akkreditivlərin fəaliyyət
müddətinə verilir. Həmin kreditlər bank tərəfindən limitsiz verilir. Bu
kredit banktərəfındən müəsisənin hesabları faktiki olaraq ödənildikcə
tutulur. Göstərilən xidmətlərə görə nəqliyyat təşkilatları ilə hesablaşmaq
üçün limitləşdirilmiş çek kitabçalarının açılmasına kreditlər 15 gün
müddətinə verilir. Bu kreditlər bank tərəfindən təcili öhdəliyə əsasən
müəssisənin 51 «Hesablaşma hesabı» hesabından tutulur. Planlı
kreditlərdən başqa müəssisə maddi qiymətlilərin artıq ehtiyaclarına görə
kreditlər alır. Bu kreditləri bank istehsalın artıqlaması ilə yerinə
yetirilməsi nəticəsində ya da onlardan asılı olmayan səbəblər
nəticəsində müəssisəyə meydana çıxan maliyyə çətinliyi olan hallarda
verir.
Nəzərdə tutulandan artıq kreditləri almaq üçün müəssisə banka
kreditin vacib olması səbəbini göstərən ərizə verir. Ərizəyə kreditin
təminatının ödənilməsinə xidmət edə biləsi ehtiyatların vəziyyətləri
haqqında arayış əlavə olunur.
Sənaye müəssisələrində bankların qısamüddətli kreditlərinin uçotu
üçün 90 «Banklarm qısamüddətli kreditləri» adlı passiv hesab xidmət
edir.
Qısamüddətli kreditlərin analitik uçotu kreditlərin növləri, onları
verən banklar və ayrı-ayrı kreditlər üzrə aparılır. 90 «Banklarm
qısamüddətli kreditlərin hesabına ayrıca subhesabda ödəmə müddəti bir
ildən çox olmayan veksellərin uçotu (diskontu) və digər borc öhdəliyi
əməliyyatları üzrə bankla hesablaşmalar uçota alınır.
Veksellərin uçotu (diskontu) və digər borc öhdəlikləri
əməliyyatları veksel saxlayan müəssisələr tərəfindən 90 «Banklarm qı-
184
samüddətli kreditləri» hesabının krediti (veksellərin nominal dəyəri) və
51 «Hesablaşma hesabı» və ya 52 «Valyuta hesabı» (faktiki alınmış pul
vəsaitlərinin məbləği) və 80 «Mənfəət və zərərlər» (banka ödənilən uçot
faizi) hesablarının debeti üzrə əks etdirilir.
Veksellərin uçotu (diskontu) və digər borc öhdəlikləri əməliyyatı
ödəmə haqqında bankın bildirişi əsasında 90 «Banklann qısamüddətli
kreditləri)) hesabının debeti və 62 «Malalanlar və sifarişçilərlə
hesablaşmalar)) hesabının krediti üzrə vekselin məbləğlərinin əks
etdirilməsi yolu ilə bağlanır.
Veksel verənlər və ya digər ödəyicilər üzrə vekselə görə öz
öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetinnədikdə,
veksellərin uçotu (diskontu) və ya digər bankdan alınmış pul vəsaitləri
veksel saxlayan müəssisə tərəfindən geri qaytarılan zaman 90
wBankların qısamüddətli kreditləri)) hesabının debetini pul
vəsaitlərinin uçotu hesabları ilə müxabirləşdirməklə yazılış aparılır. Bu
zaman vaxtı keçmiş veksellərlə təmin olunan malalanlarla
hesablaşmalar üzrə borc 62 «Malalanlarla və sifarişçilərlə
hesablaşmalar)) hesabında uçota alınmaqda davam edir.
Diskont edilmiş veksellərin analitik uçotu, veksellərin uçotunu və
ya digər borc öhdəliyini həyata keçirən banklar, vekselverənlər və
ayrı-ayrı veksellər üzrə aparılır.
Məqsədli təyinatlarından və verilmə müddətlərindən asılı olaraq
qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditləri fərqləndirirlər.
Ortamüddətli və uzunmüddətli kreditlər müəssisənin istehsalat və
sosial inkişaf məqsədlərinə istifadə olunur. Ortamüddətli kreditlər bir
ildən üç ilə qədər olan müddətə, uzunmüddətlilər isə - üç ildən artıq
müddətə verilir.
Kreditin təminatı məsələsinə olduqca böyük əhəmiyyət verilir.
Kredit təminatının əsas növləri zaminlik, təminathq, qiymətli
kağızlarla, mallarla, əmlakla girov qoymaqdan ibarətdir.
Kredit almaq üçün müəssisə banka aşağıdakıları əlavə etməklə
kredit verilməsi haqqında ərizə təqdim edir.
1.Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazım olan
əmək haqqı məbləğini, materialların dəyərini və layihə-smeta
sənədlərini göstərməklə icmal smeta-maliyyə haqq-hesabını;
185
2.işin başlanma və qurtarma vaxtını, obyektin istismara verilməsi
vaxtını və kreditin geri qaytarılması müddətini göstərməklə məsrəflərin
faydalılığmm və qoyulan xərclərin ödənilməsinin haqq- hesabı.
Bu sənədlər müəyyən edilmiş formalar üzrə təqdim edilir.
Uzunmüddətli kredit verən banklar maliyyələşdirmə prosesində
qanunsuz olaraq hər cür vəsait verilməsinin qarşısını almalı, yerinə
yetirilən işlərin həcmini, əmək haqqı məbləğinin xərclənməsini, habelə
tikintinin digər məsrəflərini yoxlamalıdırlar.
Təsərrüfat üsulu ilə aparılan tikintilər maliyyələşdinnə metoduna
görə iki kateqoriyaya bölünür. Birinci kateqoriya material,
konstruksiya və avadanlıq almaq, əmək haqqı vermək, tədiyyə
tapşınqla- rını ödəmək və tikintinin başqa ehtiyacları üçün bank
tərəfindən he- sabnamələrin ödənilməsi yolu ilə maliyyələşdirilir. Bu
qaydaya məsrəfin ünsürlərə görə maliyyələşdirilməsi deyilir.
Bu metodun başlıca nöqsanı ondan ibarətdir ki, vəsait verilməsi
yerinə yetirilən tikinti montaj işlərinin həcmindən bilavasitə asılı
edilmir. Həmin maliyyələşdinnə metodu işlərin həcmi nisbətən kiçik
olan tikintilər üçün tətbiq edilir.
Uzunmüddətli kredit buraxan bank maliyyələşdirmə hesabından
tikintiyə avanslar verir. İkitərəfli aktlar üzrə işlərin, tikinti
mexanizmlərinin və nəqliyyat vasitələrinin dəyərini, kadrlar
hazırlanması xərclərini ödəyir, tikilən müəssisə müdiriyyətinin
saxlanması üçün vəsait verir. Yeni tikintinin yaxud əsaslı tikinti
şöbəsinin rəisi hər bir başqa podratçı kimi hesablaşma hesabından
material, konstruksiya və hissələrin dəyərini ödəyir, əmək haqqı,
inzibati və sair üstəlik xərclər üçün vəsait alır.
İlin axınnadək istifadə edilməmiş olan maliyyələşdirmə limitləri
bağlanır, vəsait qalığı isə büdcə gəlirinə keçirilir.
Öz dövriyyə vəsaiti olan podrat təşkilatlarından fərqli olaraq
işlərin qəbul edilməsi aktlarına görə maliyyələşdirilən tikintilərə
müəssisələrin müdiriyyətindən alınan avans şəklində ehtiyatlar verilir.
Müəssisə krediti rəsmiləşdiımək üçün banka aşağıdakı sənədləri
təqdim edir:
- kredit verilməsi haqqında məktub;
186
- kreditləşən tədbirlər üçün lazım olan əmək haqqı məbləğini
göstərməklə icmal-smeta maliyyə haqq-hesabını;
- istismara verilmənin müddətlərini və kreditin ödənilməsi
müddətini göstənnəklə məsrəflərin ödənilməsinin haqq-hesabını;
- müəssisədə yığım fondunun vəsaitlərinin kifayət qədər
olmaması zamanı kreditin qədərinin haqq-hesabını;
- işlərin tikinti materialları ilə, avadanlıqlar ilə təmin olunmasını
təsdiq edən sənədlər və işlərin görülməsinin təqvimini.
Sənaye müəssisələrində bankın uzunmüddətli kreditlərinin uçotu
üçün 92 «Banklarm uzunmüddətli kreditləri» adlı passiv hesab
ayrılmışdır. Analitik uçot kreditlərin növləri üzrə aparılır. Bu hesab üzrə
qeydlər bankın çıxarışına əsasən həyata keçirilir. Lakin, bir qayda
olaraq, alınmış kredit 51 «Hesablaşma hesabı» hesabına keçirilmir.
Malgöndərənlərin borclarının ödənilməsinə dövr edilir.
Yuxarıda göstərilən tədbirlər üzrə məsrəflər, əgər həmin məsrəflər
kapital qoyuluşu ilə əlaqədar deyilsə 96 «Məqsədli maliyyələşmələr və
daxil olmalar» hesabında uçota alınır. Əgər onlar kapital qoyuluşu
xarakteri daşıyırsa 08 «Kapital qoyuIuşları» hesabında uçota alınır.
Beləliklə, alınmış uzunmüddətli kreditlərin məbləğləri təkcə bankla
hesablaşmalar üzrə deyil, həmçinin müvafiq xərclərin maliyyələşmə
mənbələri kimi də öz əksini tapmalıdır.
Yeni texnikanın tətbiqinə, habelə xalq istehlakı malları istehsalının
inkişafına alınmış kreditlər üzrə borclar yığım fondu vəsaitləri
saxlanılan ayrıca hesabından ödənilir. Bu hesabda vəsaitlər olmadı- qda
isə müəssisənin hesablaşma hesabından ödənilir.
^'uxarıda adları sadalanan ssudalardan başqa fəhlə və qulluqçular
üçün fərdi yaşayış evlərinin inşaasına, bağ evlərinin inşaasma verilən və
fəhlə və qulluqçulara kreditə satılmış mallara görə ticarət təşkilatları ilə
hesablaşmalar aparmaq üçün hazırki vaxtda bank ssu- daları geniş yer
tutmuşdur. Qeyd olunan ssudalar 93 «İşçilər üçün bankların kreditləri»
hesabında uçota alınır. Hesab passivdir, onun qalığı fəhlə və
qulluqçulara verilmiş ssudalar üzrə müəssisənin banka borcunu
göstərir.
Debet üzrə dövriyyə - hesabat ayında ödənilmiş borclann
məbləğini göstərir, kredit üzrə dövriyyə yeni alınmış və verilmiş ssuda-
lan göstərir.
93 «İşçilər üçün bankların kreditləri» hesabı yuxarıda qeyd
edildiyi kimi fərdi yaşayış evlərinin tikintisinə, bağ evlərinin tikintisinə
və digər məqsədlərə görə işçilərə verilmiş borclar üçün müəssisə
187
tərəfindən banklardan alınmış kreditlərin vəziyyəti haqqında
informasiyanı ümumiləşdinnək üçün ayrılmışdır.
Kreditləşmə qaydası, kreditlərin rəsmiləşdirilməsi və onların
ödənilməsi bankların əsasnamələri və kredit müqavilələri əsasında
nizama salınır.
Bu əməliyyatların uçotu zamanı 73 «Sair əməliyyatlar üzrə işçi
heyəti ilə hesablaşmalar)) hesabı 93 «İşçilər üçün bankların kreditləri))
hesabının eyni adlı subhesabları ilə birlikdə geniş tətbiq edilir. Bu
hesabın aşağıdakı subhesabları vardır:
93/1 «Kreditə satılmış mallara görə)) subhesabı;
93/2 «Fərdi yaşayış evlərinin tikintisi üçün)) subhesabı.
93/3 «Bağ evlərinin tikintisi üçün)) subhesabı.
Uçot bankın ssuda hesablarından çıxarışlar və ssudaların
ödənilməsi üzrə tutulmalar haqqında mühasibatın arayışlarına əsasən 4
saylı jurnal-orderdə aparılır.
Qeyd olunan ssudalardan başqa fəhlə və qulluqçulara (gənc
ailələrə) faizsiz ssudalar verilə bilər. Onlar yaşayış fondunun inşaası-
na, əsaslı təmirinə, genişləndirilməsinə və ya ev təsərrüfatının
yaradılmasına sosial inkişaf fondunun vəsaitləri hesabına verilir.
Dostları ilə paylaş: |