§7. Xüsusi Oyinatlı fondların uçotu
Təşkilatın sərəncamında qalan mənfətdən yaradılan və ya
əvvəlcədən müəyyən edilmiş məqsədlərə istifadə edilmək üçün fondun
təsisçilərinin əvəzsiz qoyuluşları hesabına yaradılan vəsaitlərin
məcmuu xüsusi təyinatlı fond hesab olunur. Öz iqtisadi təyinatına və
məzmununa görə fondların çoxu ya istehlak, ya da yığım fondlarına aid
edilir.
Bazar iqtisadiyyatı şəraitində müəssisələr ehtiyatlarla yanaşı
xüsusi təyinatlı fondlar da yarada bilərlər. Belə fondların tərkibi, onların
yaradılması və sərf edilməsi qaydasını onların qarşısında duran
problemlərdən asılı olaraq müəssisələrin əmək kollektivi müəyyən edir.
Onlardan ən çox yayılanları: istehsalın inkişafı, elm və texnika, sosial
inkişaf, maddi maraq kimi fondlardır. Bir çox müəssisələr yığım və
istehlak fondları yaradırlar və istifadə edirlər.
Bu fondlara hesablamaların əsas mənbələri, hər bir fondun
vəsaitlərə olan tələbatından və özlərinin maliyyə imkanlanndan asılı
olaraq müəssisələr tərəfindən müstəqil olaraq müəyyən edilən
normativlər üzrə kollektivin sərəncamında qalan mənfəət hesab olunur.
Bir qayda olaraq, ayınualar ilin əvvəlindən artan yekunla hər rübdə
həyata keçirilir. Müvafiq fonda ayımıaların ölçüsü kollektivin
sərəncamında qalan mənfəətin məbləğini, müəyyən edilmiş normativə
\aiiTnaqla müəyyən edilir.
İstehlak fondlarını təşkilatın sosial inkişafını, maddi həvəslən-
dirməni və onun işçi heyətinin sosial müdafiəsini maliyyələşdinnək
üçün yaradırlar. Bu fondlardan qismən təşkilatın balansında olan
səhiyyə, xalq təhsili, mədəniyyət və idman müəssisələrinin, məktəbə
qədər uşaq müəssisələrinin, istirahət düşərgələrinin, ahıllar və əlillər
evinin, mənzil fondunun saxlanmasına xərcləri, habelə təşkilatın pay
iştirakı zamanı bu məqsədlərə çəkilən məsrəfləri örtürlər.
169
Istehlak fondunun vəsaitlərindən bilavasitə təşkilatın işçilərinə maddi
yardım göstərən zaman, gediş biletləri, sanatoriyalara putyev- kalar
əldə edilən, birdəfəlik mükafat verilən zaman və i.a. ödəmələri həyata
keçirirlər.
İstehlak fondlarının fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki,
onlardan maliyyələşdirilən tədbirlər və xərclər təşkilatın yeni əmlakının
yaradılmasına səbəb olmur. Fondların özü xalis adlanan mənfəət, daha
doğrusu, vergilər ödənildikdən və digər məcburi ödənişlər həyata
keçirildikdən sonra təşkilatın sərəncamında qalan mənfəət hesabına
yaradılır. İstehlak fondlarının müxtəlif nö\’lülüyü. onların yaradılması
və istifadə edilməsi istiqamətləri üçün normativlərin həcmi təsis
sənədləri ilə müəyyən edilir.
İstehlak fondu dedikdə, kollektivin işçilərinin maddi maraqlandı-
rılmasma, yeni əmlakın əldə edilməsinə və yaradılmasına gətirib
çıxarmayan, sosial inkişaf üzrə tədbirlərin və digər oxşar tədbirlərin və
işlərin həyata keçirilməsinə yönəldilən vəsaitləri başa düşürlər.
Yığım fondlarının vəsaitləri fəaliyyətdə olan təşkilatlarda texniki
yenidən silahlanmaya, rekonstruksiyaya, genişlənməyə, yeni
məhsulların istehsalının mənimsənilməsinə, elmi-tədqiqat işlərinin
aparılmasına, əsas istehsalat fondlarının inşaasına və yenidənləşdi-
rilməsinə, yeni texnikanın və texnologiyanın mənimsənilməsinə
istifadə olunur. Bu fondların vəsaitlərinin bir hissəsi birgə
müəssisələrin, səhmdar cəmiyyətlərinin və assosiasiyalann investisiya
fondlarının yaradılmasında qoyuluşlar kimi istifadə edilir.
Yığım fondları vəsaitləri hesabına əsas etibarı ilə istehsalın
inkişafına, təbiəti mühafizə tədbirlərinə və i.a. kapital qoyuluşunu
maliyyələşdirirlər. Bu zaman xüsusi mənfəət hesabına kapital
qoyuluşunun həyata keçirilməsi yığım fondunun həcmini azaltmır.
Əmlak qiymətlilərində maliyyə vəsaitlərinin transformasiyası,
kökündən dəyişməsi baş verir. Yığım fondu ancaq onun vəsaitləri
hesabat ilinin zərərlərinin ödənilməsinə istifadə edilən zaman, habelə
istismara verilən əsas vəsait obyektəlirinin ilkin dəyərinə daxil
edilməyən xərclərin yığım fondları hesabına silinməsi nəticəsində
azalır.
Yığım fondları dedikdə istehsalın inkişafına və təşkilatın maddi-
texniki bazasının inkişafına yönəldilən vəsaitlər başa düşülür. Bu
170
vəsaitlərin istifadə edilməsinin son nəticəsi, təşkilatın yeni əmlakı, daha
doğrusu, onun artması hesab olunur.
Xüsusi təyinatlı fondların siyahısı və yaradılması qaydası təsis
sənədləri ilə nizama salınır. Bu fondlar mənfəətdən ayıraıalar hesabına.
təsisçilərin məqsədli vəsait qoyuluşları hesabına və digər mənbələrdən
yaradıla bilər.
Xüsusi təyinatlı fondların əmələ gəlməsini və istifadə edilməsini
əks etdirən təsərrüfat əməliyyatlarının uçotu, mühasibat uçotunun
qü\'vədə olan hesablar planına əsasən 88 «Bölüşdürülməmiş mənfəət
(örtülməmiş zərər)» hesabında hər bir fond üzrə müstəqil subhe-
sablarda aparılır. Bu subhesablar əgər yaradılmaları təsis sənədləri ilə
nəzərdə tutulubsa, yığım və istehlak fondlarının vəziyyəti və hərəkəti
haqqında informasiyaları ümümiləşdinnək üçün ayrılmışdır. Bundan
başqa, mövcud olan təcrübədə onların köməkliyi ilə həmçinin sosial
sferaların vəsaitləri fondunun hərəkəti uçota alınır.
Yığım və istehlak fondlarını 88 «Bölüşdürülməmiş mənfəət
(örtülməmiş zərər)» hesabına açılmış passiv subhesablarda uçota alırlar.
Sözü gedən hesab aktiv-passiv hesabdır, çünki onda hesabat ilinin
axırına örtülməyən zərər (aktiv), habelə il ərzində əldə edilən mənfəət
(passiv) göstərilə bilər.
Xüsusi təyinatlı fondların yaradılması və istifadə edilməsi üzrə
əməliyyatların uçotunun 88 «Bölüşdürülməmiş mənfəət (örtülməmiş
zərər)» adlı aktiv-passiv hesabda aşağıdakı subhesablarda həyata
keçirirlər:
3. «Yığım fondları».
4. «Sosial sferanın fondu».
5. «İstehlak fondları».
Yuxarıda göstərildiyi kimi təsis sənədlərinə əsasən müəssisələr
yığım və istehlak fondlarım yarada bilərlər. Bu zaman yığım fondları
dedikdə, müəssisənin istehsalının inkişafına və təsis sənədləri ilə
nəzərdə tutulan (müəssisənin yeni əmlakının yaradılmasına) digər oxşar
məqsədlərlə yönəldilən vəsaitlər (mənfəət və b.) başa düşülür. İstehlak
fondları dedikdə sosial inkişaf üzrə tədbirlərin (kapital qoyuluşlarından
başqa) və müəssisənin kollektivinin maddi ma- raqlandırılmasına və
müəssisənin yeni əmlakının yaradılmasına gətirib çıxarmayan digər
oxşar tədbirlərin və işlərin həyata keçirilməsi
n i
nə yönəldilən (ehtiyatlandırılan) vəsaitlər (mənfəət və b.) başa düşülür.
Bu fondlar smetalara əsasən sərf edilir. Xüsusi ilə, yığım fondu
vəsaitlərinin hesabına əsas vəsaitlərin tikilməsinə, rekonstruksiyasına,
aidə edilməsinə çəkilən məsrəflər maliyyələşdirilir.
Məsrəfləri əsas vəsaitlərin tikilən obyektlərinin ilk dəyərinə daxil
edilən, kapital qoyuluşlarının maliyyələşdirilməsinə istifadə edilən
yığım fondunun vəsaitləri 88 «Bölüşdürülməmiş mənfəət (örtülməmiş
zərər)» hesabın qalığında qalmaqla davam edirlər.
88 «Bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)» hesabı yığım
fondları hissəsində müəssisənin yeni əmlakının yaradılmasına ayrılmış
vəsaitlərin toplanması rolunu yerinə yetirir.
İnvestisiyanı maliyyələşdirən, indiki halda yığım fondlarının
vəsaitlərinin istifadə edilməsinə nəzarət etmək üçün 88
«Bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)» hesabının 3-cü
subhesabına iki yarım bölmənin açılması məsləhət görülür:
a) «Yaradılmış yığım fondları» və
b) «İstifadə edilmiş yığım fondları».
Maddi-texniki bazaya məsrəflər həyata keçirilən zaman uçotda
yaradılmış yığım fondlarının azalmasını və istifadə edilmiş yığım
fondlarının artmasını əks etdirirlər.
Əsas vəsaitlərin obyektləri istismara verildikcə 3-cü «Yığım
fondları» subhesabında uçota alman vəsaitlərin mənbələri azalmır.
İstehlak və yığım fondlarının vəsaitlərinin istifadə edilməsi ayrıca
uçota alınır. İstehlak fondu hissəsində subhesabı aşağıdakı: işçilərə
birdəfəlik yardım göstərilməsi qaydasında verilmiş, istirahət evlərinə,
sanatoriyalara putyovkalara, əldə edilmiş bəxşişlərə görə ödənilmiş
məbləğlərə - pul vəsaitlərinin uçotu; müəssisələrin xalis mənfəətindən
ödənilən, hesablanmış mükafatların və təltifatların məbləğinə - əməyin
ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar və i.a. hesablarla
müxabirləşməklə debetləşir.
5-ci «İstehlak fondları» subhesabı üzrə kredit qalığı hesabat
dövrünün əvvəlinə və axırına fondun vəsaitlərinin qalığını, debet üzrə
dövriyyə - məqsədli tədbirlərə sərf edilmiş məbləğləri, kredit üzrə
dövriyyə - hesabat dövrü ərzində mövcud olan mənbələr hesa-
172
bina fondun tamamlanmasını göstərir. İstehlak fondunun vəsaitiləri
təsdiq edilmiş smetaya müvafiq olaraq sərf olunurlar.
İstehlak fondunun vəsaitləri işçilərin maddi mükafatlandırılma-
sına, smeta ilə nəzərdə tutulan sosial və digər tədbirlərə (kapital
qoyuluşlarından başqa) sərf olunur.
İstehlak fondu əsasən illik işin yekununa görə təltifatlann
verilməsinə, əlavə (qanunla müəyyən edilmiş dövrdən artıq)
məzuniyyətlərin, səhmlər üzrə və müəssisənin əmlakına əmək kollektivi
üzvlərinin qoyduqları vəsaitlərə görə dividendlərin ödənilməsinə;
istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilən baxışların və
konkurslarm yekunlarına görə mükafatların ödənilməsinə; müəssisənin
sərəncamında qalan mənfəət hesabına sərf edilən əməyin ödənilməsinə
çəkilən xərclərin müvafiq pay hissəsində hər illik məzuniyyətlirin
ödənilməsinə yaradılır və sərf edilir.
İstehlak fondunun vəsaitləri həmçinin müəssisənin balasında
dayanan məktəbə qədər uşaq müəssisələrinin, məktəbli düşərgələrinin,
müalicə,
mədəni-maarif
müəssisələrinin
məsrəflərinin,
mən-
zil-kommunal təsərrüfatının zərərlərinin örtülməsinə sərf olunur.
Müəssisələr
bu
fonddan
aşağıdakıları
ödəyə
bilərlər:
ekskursiyalara putyovkalar; zavod yeməkxanalarında işçilərin
yeməyinin ucuzlaşdırılmasına xərclər; iş yerinə və geriyə gediş üçün
ictimai nəqliyyatdan istifadə olunmasına görə gediş biletlərinin
dəyərini; güzəştli şərtlərlə təqaüdlərin ödənilməsini örtmək üçün
əhalinin sosial müdafiəsi fonduna vəsait qoyuluşu; kollektiv bağçılığın
abadlığı üzrə xərcləri, fondun hesabına kooperativ və fərdi tikintiyə və
b. işçilərə əvəzsiz maddi yardım verilə bilər.
Beləliklə, istehlak fondu aşağıdakı xərclərin ödənilməsi üçün
istifadə edilir:
a) işçilərin iş yerinə ümumi istifadədə olan nəqliyyatla, şəhər ətrafı
elektrik vaqonlan ilə gediş-gəlişinin ödənilməsi üzrə;
b) əlavə
(qanunla müəyyən edilmiş müddətdən artıq)
məzuniyyətlərin, işçilərə maddi yardımın göstərilməsinin ödənilməsi
üzrə, təqaüdə gedən əmək veteranlarının birdəfəlik yardımın
ödənilməsinə, təqaüdə əlavələrin ödənilməsinə, əmək kollektivləri
üzvlərinin səhmləri və qoyduqları vəsaitə görə dividendlərin ödənilməsi
üzrə;
173
v) yeməkxanalarda (bufetlərdə) pulsuz və ya güzəştli qiymətlərlə
yeməyin verilməsi üzrə;
q) yeməkxanalarda (bufetlərdə) yeməyin artan dəyərinin
kompensasiyasına;
d) sağlamlıq tədbirlərinin və istirahətin təşkilinin həyata
keçirilməsinə, o cümlədən müəssisənin müalicə müəssisələri üçün
dərman ləvazimatlarının, istirahət və müalicə üçün, ekskursiya və digər
mədəni-maarif və bədən tərbiyəsi tədbirləri üçün putyovkaların əldə
edilməsinə;
e) kollektiv bağçılığın abadlığı üzrə, kooperativ mənzil tikintisinə
ilkin vəsait qoyuluşu üçün işçilərə əvəzsiz maddi yardım verilməsinə,
kooperativ və fərdi tikintiyə verilmiş kreditin qismən ödənilməsinə,
mənzil
şəraitinin
yaxşılaşdınimasına,
ev
təsərrüfatının
genişləndirilməsinə və digər xüsusi tələbat üçün gənc ailələrə faizsiz
ssudalarm verilməsinə görə.
İstehsalat təyinatlı vəsaitlərin mənbələri ilə əlaqədar olmayan
sosial sferanın fondu ayrılmışdır.
88/4 ((Bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)» hesabının
4-cü ((Sosial sferanın fondu» subhesabmda qeyri-istehsalaı loymallı
obyektlərin inkişafının maliyyə təyinatının hərəkətini əks etdirirlər.
Onda həmçinin sosial sferaya aid olan əvəzsiz alınmış əmlakın
dəyişilməsini uçota alırlar. Sosial sferanın fondu sosial sferanın
inkiı^afı- nm (kapital qoyuluşlarının) maliyyə təyinatı kimi
ehtiyatlandınlmış (yönəldilmiş) məbləğləri özündə əks etdirir.
Sosial sferanın istehlak fondları, təsis sənədlərində müəyyən
edilmiş normativlər hüdudunda müəssisənin sərəncamında qalan
mənfəət hesabına yaradılır.
Yuxarıda göstərildiyi kimi müəssisə sosial sferanın fonduna
mənfəətdən ayırmalarla yanaşı sosial sferanın bölmələrində istifadə
edilmək üçün ayrılmış, əvəzsiz olaraq alınan əmlakı və pul vəsaitlərini
yönəldir. Həmin fondun vəsaitləri hesabına müəssisə mənzillər,
kotedcIər, yaşayış evləri və digər sosial əhəmiyyətli obyektlər əldə edə
bilər və ya onların inşaasınm maliyyələşdirilməsini təmin edə bilər.
Sosial sferanın fondu hesabına müəssisənin balansında dayanan
mənzil-kommunal təsərrüfatının, səhiyyənin, mədəniyyətin, idma
174
nın, uşaq sağlamlıq müəssisələrinin, istirahət evlərinin obyektlərinin
saxlanması maliyyələşdirilir.
Müəssisə fondun vəsaitlərinin bir hissəsini ərazinin büdcə
təşkilatlarına: xəstəxanalara, kitabxanalara, məktəblərə və b. qəbul edə
bilər.
Hesabdarhğın tam jumal-order forması zamanı xüsusi təyinatlı
fondlar 12 saylı jurnal-orderdə, ixtisar olunmuş jumal-order forması
zamanı 7 saylı jumaj-ordendə, sadələşdirilmiş formalar şəraitində isə
C-5 cədvəlində uçota alınır. Analitik uçot fondların hər biri üzrə
yaradılma mənbələri və istifadə olunma istiqamətləri çərçivəsində
aparılır.
Qüvvədə olan qanunvericilik kiçik müəssisələrə xüsusi təyinatlı
fondları yaratmamağa icazə verir. Belə halda müəssisənin istehsal və
sosial inkişafına və onun işçilərinin maddi yardımına faktiki məsrəfləri
smeta xərclərinə müvafiq olaraq bilavasitə 81 «Mənfəətin istifadəsi))
hesabında və ya birbaşa 80 «Mənfəət və zərərlər)) hesabında 20, 50, 51,
52, 60, 70, 71, 75, 76 və b. Hesablarla müxabirləş- məklə uçota almaq
məsləhət görülür. Belə variant zamanı 80 «Mən- fəət və zərərlən) hesabı
iki subhesaba: 1-ci «Mənfəətin istifadəsi)) və 2-ci «Mənfəət və
zərərlən)ə bölünür.
İl ərzində mənfəətin və onun istifadə edilən məbləğləri 80
«Mənfəət və zərərlər)) hesabında açıq halda - 2-ci subhesabın krediti
üzrə mənfəət artan yekunla, 1-ci subhesabın debeti üzrə isə - onun
istifadə edilməsi göstərilir. İlin axınnda hesabat ilindən sonrakı ilin
yanvarın 1-nə olan vəziyyətə istifadə edilmiş mənfəətin məbləğlərinə
onun azalması əks etdirilir və hesabatda mənfəətin istifadə edilməmiş
məbləği əks etdirilir.
İstehlak və yığım fondlarının analitik uçotu onların hər birinin
növü üzrə ayrıca aparılır ona görə ki, müvafiq vəsaitlərin yaradılması və
sərf edilməsinin istiqamətləri haqqında informasiyanın yaranmasını
təmin etsin.
Bazar iqtisadiyyatı şəraitində işləyən təşkilatların uçot
təcrübəsində, xüsusi təyinatlı fondların tərkibində özəlləşmə və
xeyriyyə fondları uçota alına bilər. Adətən onlar konkret proqramların
məqsədli maliyyələşdirilməsi üçün istifadə edilir və vergiyə cəlb
olunmanın güzəştli rejiminə malikdirlər.
175
|