nominal dəyəri (misal üçün, 700 mln. manat) arasındakı fərqin
məbləğini uçota alırlar.
Sözü gedən hesabın 2-ci subhesabını səhmdar cəmiyyətlərində
nizamnamə kapitalı səhmlərinin əlavə emissiyası və ya onların nominal
dəyərinin artırılması yolu ilə artırılan hallarda istifadə edirlər.
87 «Əlavə kapital» hesabının 2-ci «Emissiya gəliri» subhesabını
nominal dəyərdən yuxan qiymətə satışı zamanı səhmlərin nominal və
satış dəyəri arasındakı satışdan əldə edilən fərqin məbləğinə kre-
ditləşdirirlər. Bu zaman pul vəsaitlərinin və
ya səhmlərin ödənilməsinə
təşkilatlara verilmiş digər qiymətlilərin uçotu hesablarını de-
betləşdirirlər.
87 «Əlavə kapitab) hesabının 3-cü «Əvəzsiz alınmış qiymətliləri)
subhesabında təşkilat tərəfindən hüquqi və fiziki şəxslərdən, əvəzsiz
alınmış əmlakın hərəkətini uçota alırlar.
87 «Əlavə kapitab) hesabı üzrə kredit məbləğlərini, bir qayda
olaraq, silmirlər. Debet üzrə qeydlər ancaq aşağıdakı hallarda ola bilər:
1) Əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onun
dəyərinin aşağı salınan məbləğinin ödənilməsinə (dəyərinin aşağı
salınması müəyyən edilən əmlakın uçotu hesabları kreditləşirlər);
2) 87 «Əlavə kapitab) hesabının 1-ci «Yenidən qiymətləndirmə
üzrə əmlakın dəyərinin artması)) subhesabında alman vəsaitlərin,
hüquqi və fiziki şəxslərə əmlakın əvəzsiz verilməsi nəticəsində əmələ
gələn zərərin ödənilməsinə yönəldilməsi (bu zaman 47 «Əsas
vəsaitlərin satışı və sair xaric olmalar» və 48 «Sair aktivlərin satışD)
hesablarını kreditləşdirirlər);
3) nizamnamə kapitalının artırılmasına
vəsaitlərin yönəldilməsi;
4) hesabat ilinin
zərərinin ödənilməsinə;
5) təşkilatın təsisçiləri arasında məbləğlərin bölüşdürülməsi.
87 saylı hesabın 3-cü «Əvəzsiz alınmış qiymətlilər» subhesabın-
da müəssisə tərəfindən əvəzsiz alınmış qiymətlilər; əsas vəsaitlər;
qeyri-maddi aktivlər; quraşdırılası avadanlıqlar; tikintisi başa çatmamış
obyektlər; materiallar; azqiymətli və tez köhnələn əşyalar; pul vəsaitləri
və uzunmüddətli və qısamüddətli qiymətli kağızlar əks olunurlar.
156
87 «Əlavə kapital» hesabının 3-cü subhesabının debetində əmlakın
hüquqi və fiziki şəxslərə əvəzsiz verilməsi zamanı eyni zamanda
onların; əsas vəsaitlərin; istehsalat ehtiyatlarının; hazır məhsulların,
işlərin, xidmətlərin və malların silinməsini əks etdinnəklə müəssisənin
itkiləri uçota almır.
Müəssisələr ayrıca subhesabda təsis sənədlərində nəzərdə tutulan
kursla müqayisədə təsis sənədlərində sərbəst dönərli valyutada
qiymətləndirilən nizamnamə kapitalına qoyuluş hesabına daxil olan
əmlakın müsbət kurs fərqini uçota alırlar.
Əlavə kapitalın vəsaitləri nizamnamə kapitalının artırılmasına,
hesabat ilinin balans zərərinin örtülməsinə, təsisçilər arasında
bölüşdürülməsinə istifadə edilə bilər, lakin müəssisə tərəfindən is-
tehlak məqsədlərinə yönəldilə bilməz.
Dostları ilə paylaş: