Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


Müəssisənin   təsisçilərinin məqsədli



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   63
596 (1)

Müəssisənin
 
təsisçilərinin məqsədli
 
 
 
 
 
qoyuluşları
 
hesabına keçən illərin
 
 
 
 
 
örtülməmiş
 
zərərlərinin ödənilməsi
 
 
 
 
 
zamanı
 
 
75
 
88/2
 
139 


X. FƏSİL. KAPİTALLARIN, FONDLARIN, EHTİYATLARIN 
VƏ CƏLB EDİLMİŞ VƏSAİTLƏRİN UÇOTU 
§ 1. Nizumnamə kapitalının uçotu. 
Nizamnamə  kapitalı  -  yarandığı  və  müvafiq  orqanlarda 
qeydiyyatdan keçdiyi zaman müəssisəyə onun mülkiyyətçisi tərəfindən 
qoyulan  vəsaitlərin  məbləğidir.  Bazar  iqtisadiyyatına  keçənə  qədər 
müəssisəyə  lazım  olan  vəsaitlər  dövlət  tərəfindən  ayrılırdı.  Onların 
dəyəri  müəssisənin  nizamnaməsində  əks  olunurdu.  Fəaliyyət 
prosesində  nizamnamə  kapitalı  dövlət  orqanları  tərəfindən  müəyyən 
edilən  qaydalar  üzrə  artırdı  və  ya  azalırdı.  Öz  fəaliyyətini  bazar 
iqtisadiyyatında həyata keçirən müəssisələr kommersiya əsasında təşkil 
olunurlar.  Bunun  üçün  bir  neçə  hüquqi  və  fiziki  şəxslər,  əmanətçi- 
payçıların kollektivləri və ya səhmdarların korporasiyaları nizamnamə 
kapitalına pul məbləğlərini və ya qiymətliləri qoymaq yolu ilə kollektiv 
və  ya  koıporativ  mülkiyyət  yaradırlar.  Fəaliyyət  göstərən  dövlət 
müəssisələri  öz  nizamnamə  kapitalını  bazar  iqtisadiyyatını  tətbiq 
etməklə kommersiyaya oxşar olaraq yenidən yaradırlar. 
Nizamnamə kapitalı - istənilən təşkilati-hüquqi formalarında olan 
müəssisələrin  istehsalat-təsərrüfat  fəaliyyətinə  təkan  verən  kapitalın 
start  miqdarıdır.  O özündə  müəssisənin  mülkiyyətinə  sahib olmaq  və 
sərəncam vennək hüququnu, hüquqi cəhətdən möhkəmləndirilməsi və 
eyni  zamanda  müəssisənin  istehsalat-təsərrüfat  fəaliyyətinin  əsas 
mənbəini əlaqələndirir. 
Azərbaycan Respublikasının 24 mart 1995-ci il tarixli Mühasibat 
uçotu  haqqında  Qanuna  müvafiq  olaraq  nizamnamə  kapitalı  özündə, 
təsis  sənədlərində  müəyyən  edilmiş  ölçüdə,  müəssisənin  fəaliyyətini 
təmin  etmək  üçün  yaradıldığı  zaman  iştirakçıların  (mülkiyyətçilərin) 
əmlaka qoyduqları əmanətlərin (pul ifadəsində) məcmuunu əks etdirir. 
Bu kapital təsisçilər tərəfindən pul vəsaitləri, qeyri-maddi aktivlər, əsas 
və dövriyyə vəsaitləri şəklində keçirilməlidir. Onun məbləği müəssisə 
qeydiyyatdan  keçirilən  zaman  müəssisənin  nizamnaməsində  əks 
olunur.  Nizamnamə  kapitalı  sonra  əsas  vəsaitlərin,  qeyri-maddi 
aktivlərin,  onların  köhnəlməsinin,  dövriyyə  və  pul  vəsaitlərinin 
hərəkətinin təsiri altında dəyişməməlidir. Bu, əgər 
140 


müəssisə il ərzində öz təşkilati-hüquqi foiTnasım dəyişmirsə belə olur. 
Əgər  o  dəyişirsə,  misal  üçün,  özəlləşmə  ilə  əlaqədar  olaraq,  onda 
nizamnamə  kapitalının  həcmini  dəyişməyə  icazə  verilir.  Bu,  əmlakın 
qiymətləndirilməsi aktında, yeni təsis sənədlərində, nizamnamədə əks 
olunmalıdır. 
Yuxarıda  qeyd  olunanlarla  yanaşı  yenə  iki  halda  nizamnamə 
kapitalının həcmi dəyişilə bilər. Nizamnamə kapitalının artması və ya 
azalması  təsisçilərin  (iştirakçıların)  tərkibinə  yeni  üzvlərin  qəbul 
olunması  və  ya  təsisçilərin  (iştirakçıların)  çıxması  hesabına  baş  verə 
bilər.  Bu  zaman  nizamnamə  kapitalının  yeni  həcminin  qeydiyyatdan 
təzədən keçməsi məcburidir. 
Müəssisənin  illik  fəaliyyətinin  yekunlarına  baxılmasının 
nəticələrinə  görə  mülkiyyətin  iclası,  ümumi  iclası,  heyəti  nizamnamə 
kapitalının  həcminin  və  ya  onun  bölüşdümlməmiş  mənfəət,  fondların 
qalıqları hesabına artırılması yolu ilə və ya yeni səhmlərin buraxılması, 
köhnə səhmlərin nominalının artırılması, ya da əksinə, dövriyyədə olan 
səhmlərin  miqdarının  azalması  yolu  ilə  dəyişilməsi  haqqında  qərar 
qəbul edə bilər. 
Belə qərar qəbul edildiyi halda müəssisə təsis sənədlərinə müvafiq 
dəyişiklik  aparır.  Nizamnamədə  dəyişiklik  aparan,  müəssisəni 
qeydiyyatdan  keçirən  orqanın  təsdiqini  alan  mühasibat  nizamnamə 
kapitalının həcmini artırır və ya azaldır. 
15  dekabr  1992-ci  il  tarixli  Sahibkarlıq  fəaliyyəti  haqqında 
Azərbaycan  Respublikasının  Qanunu  və  01  iyul  1994-cü  il  tarixli 
«Müəssisələr  haqqında  Azərbaycan  Respublikasının  Qanunu» 
müəssisələrin  aşağıdakı  təşkilati-hüquqi  formalarını  nəzərdə  tutur: 
dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı) payçı və şərikli (azı 
bir şərik və bir payçı tərəfindən təşkil olunur) (kommandit or- taqlılar), 
məhdud  məsuliyyətli  müəssisələr  və  səhmdar  cəmiyyəti.  Hər  bir 
təşkilati-hüquqi fonna üçün Nizamnamə kapitalının yaradılması qaydası 
qanunvericilikdə və təsis sənədləri ilə nizama salınır, bunlar nizamnamə 
və təsisçilərin müqaviləsi hesab olunurlar. 
Dövlət  (bələdiyyə)  müəssisəsinin  Nizamnamə  kapitalı  müvafiq 
büdcənin  ayrılmış  məbləği  və  ya  başqa  formada  dövlətin  qoyduğu 
vəsaitlər  hesabına  yaradılır.  İstehsalat-təsərrüfat  fəaliyyətini  həyata 
keçirmək üçün müəssisə istismara başladığı vaxta ona əsas və döv 
141 


riyyə vəsaitləri ayrılır. Bu zaman müəssisə əsas vəsaitləri istehsalın illik 
həcmini yerinə yetirmək üçün tələb olunan ölçüdə, dövriyyə vəsaitlərini 
isə - minimum tələbat ölçüsündə müvafiq büdcədən alır. 
Fərdi  xüsusi  müəssisənin  Nizamnamə  kapitalı,  sahibkarlıq 
fəaliyyəti  həyata  keçirən  mülkiyyətçinin  qoyduğu  vəsait  hesabına 
yaradılır.  Ailə  xüsusi  müəssisəsinin  Nizamnamə  kapitalı,  ümumi  pay 
mülkiyyəti  hüququnda  ailə  üzvlərinin  qoyduqları  vəsaitin  hesabına 
yaradılır. 
.Qeyri-məhdud  cəmiyyət  hüquqi  şəxs  hesab  olunmur,  onun 
iştirakçıları  isə  müstəqilliyi  və  hüquqi  şəxs  hüququnu  saxlayırlar. 
Cəmiyyətin  nizamnamə  kapitalı  (qeyri-məhdud  cəmiyyət,  qarışıq 
cəmiyyət,  məhdud  məsuliyyətli  cəmiyyət)  ancaq  iştirakçıların 
qoyduqları  pulların  hesabına  yaradılır  və  ümumi  pay  mülkiyyəti 
hüququnda olan iştirakçılarına məxsus olur. 
Cəmiyyətin iştirakçısının qoyduğu vəsaitlər aşağıdakılar ola bilər: 
bina,  qurğu,  maşınlar  və  avadanlıqlar,  maddi  qiymətlilər,  qiymətli 
kağızlar,  toıpaqdan,  sudan  və  digər  təbii  ehtiyatlardan,  binalardan, 
qurğulardan  və  avadanlıqlardan  istifadə  hüququ,  habelə  digər  əmlak 
hüququ (o cümlədən əqli mülkiyyət), manatlarla pul vəsaiti və xarici 
valyuta. 
Keçirilən  əmlakın  dəyəri  cəmiyyətin  iştirakçılarının  birgə  qərarı 
ilə  müəyyən  edilir.  Manatlarla  qiymətləndirilərək  qoyulan  vəsait. 
Nizamnamə kapitalında iştirakçının payını təşkil edir. 
Əgər  əmlak  cəmiyyət  iştirakçılarına  ancaq  istifadə  etmək  üçün 
(icarəyə)  verilibsə,  qoyulan  vəsaitin  ölçüsü  və  müvafiq  olaraq 
iştirakçının payı, bu əmlakdan istifadə etməyə görə icarə ödəməsindən 
asılı olaraq müəyyən edilir, bu zaman əmlakın istifadə edilməsinə görə 
icarə haqqı, təsis sənədlərində göstərilən cəmiyyətin fəaliyyətinin bütün 
dövıainə  görə  və  ya  əgər  təsis  sənədlərində  başqası  nəzərdə 
tutulmayıbsa,  iştirakçılar  tərəfindən  müəyyən  edilmiş  başqa  müddətə 
görə hesablanır. 
Məhdud  məsuliyyətli  cəmiyyətin  nizamnamə  kapitalı  paylara 
bölünməlidir. Ona görə təsis sənədləri Səhmdar cəmiyyətləri haqqında 
AR-nın  12  iyul  1994-cü  il  tarixli  dəyişikliyi  ilə  nəzərdə  tutulan 
məlumatlar hər bir iştirakçının payının ölçüsü, tərkibi, müddətlə 
142 


ri  və  onların  qoyduqları  vəsaitin  keçirilməsi  qaydası  haqqında 
məlumatları  əks  etdirməlidir.  Məhdud  məsuliyyətli  cəmiyyətin 
iştirakçıları  ancaq  onların  qoyduqları  vəsait  hüququnda  məsuliyyət 
daşıyırlar. Təsis sənədləri ilə nəzərdə tutulan hallarda vəsait qoyuluşunu 
tam  keçirməyən  iştirakçılar,  cəmiyyətin  öhdəliyi  üzrə  vəsait 
qoyuluşunun keçirilməyən hissəsində cavabdh olurlar. 
Qoyulan  vəsait  kimi  keçirilən  əmlakın  dəyərinin  dəyişilməsi  və 
iştirakçıların əlavə qoyduqları haqqlar, nizamnamə kapitalında onların 
payının, məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində göstərilən 
ölçüsünə təsir göstəiTnir. Bununla yanaşı əgər təsis sənədlərində başqa 
qaydalara  yer  verilirsə,  onda  iştirakçıların  Nizamnamə  kapitalında 
payının dəyəri, təsis sənədlərində qəbul edilmiş şərtlərdən asılı olaraq 
müəyyən ediləcəkdir. 
Açıq tipli səhmdar cəmiyyətinin Nizamnamə kapitalı, səhmdarlar 
tərəfindən  keçirilən  vəsaitlər  hesabına  yaradılır.  O  səhmdarların 
kollektiv  mülkiyyəti  və  eyni  zamanda  hüquqi  şəxs  kimi  səhmdar 
cəmiyyətinin  mülkiyyəti  hesab  olunur.  Hər  bir  səhmdarın  payı  ona 
məxsus  olan  səhmlərin  dəyəri  ilə  müəyyən  edilir.  Yeni  yaradılan 
müəssisənin  Nizamnamə  kapitalı,  onun  təsisçiləri  (iştirakçıları) 
tərəfindən  keçirilən  vəsaitlərdən  toplanır.  O,  təsisçilərin  kollektiv 
mülkiyyəti və eyni zamanda hüquqi şəxs kimi müəssisənin mülkiyyəti 
hesab  olunur.  Bu  baxımdan  o,  müəssisənin  xüsusi  vəsait  fondu  kimi 
çıxış edir. Digər tərəfdən, o, hər bir təsisçinin mülkiyyəti hesab olunur. 
Hər birinin payı keçirilmiş məbləğlərdə və ya verilmiş vəsaitlərin dəyəri 
ilə müəyyən edilir. 
Müəssisənin maliyyə-təsəiTÜfat fəaliyyətinin mühasibat uçotunun 
hesablar planında. Nizamnamə kapitalı mühasibat uçotunun metodikası 
ilə bünövrəsi qoyulmuş iki amillə əvvəlcədən müəyyən edilib: birincisi, 
nizamnamə  kapitalı  -  ilk  başlanğıcda  investisiya  edilmiş  vəsaitlərin 
miqdan  deməkdir;  ikincisi,  nizamnamə  kapitalı  -  təsis  sənədlərində 
nəzərdə tutulan, fəaliyyətin bütün növlərində, müəssisənin fəaliyyətinin 
maliyyələşdirmə  mənbəi  deməkdir  (əsas  fəaliyyət,  kapital  qoyuluşu, 
qiymətli kağızlara investisiyalar, ixracat- idxalat əməliyyatları və i.a.). 
Yuxarıda  qeyd  olunanlardan  asılı  olaraq  uçota  qəbul  edilən  və 
balansda əks etdirilən nizamnamə kapitalının miqdarı, mütləq müəs- 
14.3 


sisoııiıı  təsis  sənədlərinə  (bir  qayda  olaraq  nizamnaməyə)  müvatiq 
olmalıdır. 
Nizamnamə  kapitalının  vəziyyəti  və  hərəkətinin  sintetik  uçotu 
üçün  85  ((Nizamnamə  kapitalı»  passiv  hesabı  ayrılmışdır,  onun 
kreditində investorlardan alınan xüsusi vəsaitlərin mənbələrinin əmələ 
gəlməsi əks olunur. 
Səhmdar  cəmiyyətlərində  85  ((Nizamnamə  kapitalı»  hesabına 
aşağıdakı  subhesablar  açıla  bilər:  ((Sadə  səhmlər»  və  ((İmtiyazlı 
səhmləD). 
Qeydiyyatdan keçmiş səhmdar cəmiyyətinin kapitalı, səhmdarlar 
üzrə  borcların  vəziyyətindən  asılı  olaraq  85  ((Nizamnamə  kapitalın 
hesabının aşağıdakı subhesablarında uçota alınır: 
85/1  -((Elan  edilmiş  kapital»  -  səhmdar  cəmiyyətinin 
nizamnaməsində yazılmış məbləğdə; 
85/2  -((Abunə  kapitalın  -  abunəsi  həyata  keçirilmiş  səhmlərin 
dəyərinə; 
85/3  -((Ödənilmiş  kapitaln  -  abunə  vaxtında  və  bir  az  sonra 
iştirakçılar tərəfindən keçirilən vəsaitlər ölçüsündə
85/4-((Götürülmüş kapitaln  - səhmdarlardan cəmiyyət tərəfindən 
onların satın alınması yolu ilə dövriyyədən götürülən səhmlərin dəyəri. 
Səhmdar cəmiyyətinin qeydiyyatdan keçdiyi bütün səhmlər 85 
((Nizamnamə  kapitalın  hesabının  1-ci  subhesabında  uçota  alınır. 
Səhmlərə  abunə  başa  çatdıqda  onların  nominal  dəyərinə  vəsaitlərin 
azalmasına  görə  85  saylı  hesabın  1-ci  subhesabında  və  vəsaitlərin 
artmasına  görə  85  saylı  hesabı  2-ci  subhesabında  yazılış  aparılır. 
Səhmlər  ödənildikdən  və  səhmlərə  səhmdarların  mülkiyyət  hüququ 
rəsmiləşdirildikdən  sonra  (iştirakçıların  səhmdarların  reyestrinə 
yazılması) səhmlərin nominal dəyəri 85 saylı hesabın 2-ci subhesabın- 
dan 85 saylı hesabın 3-cü subhesabma keçirilir. 
Dövlət  və  mülkiyyətin  bələdiyyə  fonnalı  müəssisələrində, 
məhdud  məsuliyyətli  cəmiyyətlərdə,  kooperativ  müəssisələrində 
nizamnamə  kapitalının  həcmi  85  ((Nizamnamə  kapitalı»  hesabının 
kreditində  əks  etdirilən  zaman  elan  edilmiş  və  ya  ödənilmiş  kapital 
adlanır. Elan edilmiş kapital - təsis sənədlərində əks etdirilmiş 
144 


məbləğ  deməkdir.  Ödənilmiş  kapital  -  təsisçilərdən  (iştirakçılardan) 
taktiki daxil olmuş məbləğ deməkdir. 
Açıq  tipli  səhmdar  cəmiyyətlərində  nizamnamə  kapitalının 
həcmini 85 «Nizamnamə kapitalı» hesabın kreditində əks etdirən zaman 
abunə  kapitalı  adlanır.  Abunə  kapitalı  -  səhmdar  cəmiyyətinin 
səhmlərinə abunə həyata keçirilən sadə və imtiyazlı səhmlərin, onların 
nominal dəyəri üzrə məbləğini özündə əks etdirir. 
Müəssisə  dövlət  qeydiyyatından  keçdikdən  sonra  onun  elan 
edilmiş  və  ya  abunə  kapitalı,  təsis  sənədlərində  nəzərdə  tutulan, 
iştirakçıların  qoyduqları  vəsaitlərin  məbləğində  (səhmlərə  edilmiş 
abunə məbləğində) mühasibat yazılışı ilə əks etdirilir. 
Ödənilmiş  kapital,  daha  doğmsu,  təsisçilərin  qoyduqları 
vəsaitlərin  məbləğlərinin  faktiki  daxil  olması,  habelə  səhmlərə  abunə 
olan  şəxslərin  borc  məbləğlərinin  ödənilməsi  pul  formasında 
(manatlarla  və  xarici  valyutada)  maddi-cismi  formada  (əsas  vəsaitlər, 
maddi  qiymətlilər,  azqiymətli  və  tez  köhnələn  əşyalar),  qeyri-maddi 
aktivlər formasında (toıpağın, suyun və digər təbii ehtiyatların istifadə 
hüququ,  əmlak  hüququ,  əqli  mülkiyyət  hüququ  şəklində)  əks  etdirilə 
bilər. 
Xarici valyutada vəsaitlər müəssisənin nizamnamə kapitalına 
vəsait  qoyuluşu  hesabına  keçirilən  zaman  kurs  fərqlərinin  məbləğləri 
meydana  çıxır,  bunlar  özündə  onun  təsis  sənədlərində  əks  olunduğu 
tarixə  və  qoyulan  vəsaitin  faktiki  keçirildiyi  günə,  qoyulan  vəsaitin 
manatla qiyməti arasındakı fərqləri əks etdirir. Kurs fərqi 80 «Mənfəət 
və  zərərlər»  hesabına  aid  edilir.  Müsbət  kurs  fərqi  mənfəət  yaradır, 
mənfi kurs fərqi isə zərər yaradır. 
Maddi-cismi  formada  ödənilmiş  kapital,  vəsait  qoyuluşu 
hesabına  nizamnamə  kapitalına  iştirakçıların  razılığı  üzrə  müəyyən 
edilən qiymətdə (razılaşdırılmış qiymətlə) daxil edilir. 
Əgər  nizamnamə  kapitalına  vəsait  qoyuluşu  hesabına  əmlak 
ancaq  müvəqqəti  istifadə  etmək  üçün  verilirsə,  onda  uçot  üçün  belə 
əmlakın  qiymətləndirilməsi  onların  istifadə  edilməsinə  görə  icarə 
ödəməsindən asılı olaraq həyata keçirilir. 
İcarə  ödəməsinin  həcmi  müəssisənin  fəaliyyətinin  təsis 
sənədlərində göstərilən bütün müddətə və ya təsisçilərin müəyyən 
145 


eldiyi  digər  müddətə  (əgər  təsis  sənədlərində  nəzərdə  tutulmayıbsa) 
görə hesablanır. 
İştirakçılar tərəfindən müəssisənin mülkiyyətinə verilən əsas 
vəsaitlər  (binalar,  qurğular,  iş  maşınları  və  avadanlıqları,  nəqliyyat 
vasitələri  və  b.)  razılaşma  və  ya  qalıq  dəyəri  ilə  qiymətləndirilir  Ü1 
«Əsas vəsaitlər» hesabında ilk dəyərlə uçota alınır. Belə əməliyyat eyni 
zamanda iki yazılışın tərtib olunmasını tələb edir. 
İştirakçıların  (təsisçilərin)  xammal  və  materiallar,  ehtiyat 
hissələri,  yanacaq,  laralar  və  tara  materialları  və  materialların  digər 
növləri şəklində, habelə, alətlər, istehsalat inventarları və azqiymətli və 
tez köhnələn əşyaların digər növləri şəklində vəsait qoyuluşları həyata 
keçirilir. 
İştirakçıların (təsisçilərin) lisenziyalar, patentlər, nou-hau, 
torpaqdan, sudan və təbii ehtiyatların digər növlərindən istifadə 
hüququ, əqli mülkiyyət hüququ və b. şəklində vəsait qoyuluşu həyala 
keçirilir. 
Qeyri-maddi aktivlərin dəyəri onların cari bazar qiymətlərini 
nəzərə  almaqla  müəssisənin  təsisçilərinin  razılığı  ilə  müəyyən  edilir. 
«Nou-hau» tipli patentləşdirilmiş əqli mülkiyyət həmçinin təsisçilərin 
razılığı üzrə qiymətləndirilir. 
Ayrı-ayrı  təsisçilər  əmlaklarım,  çox  vaxt  əsas  vəsaitlərini 
istifadə  etmək  üçün  ona  mülkiyyət  hüququ  verilmədən  müəssisəyə 
verilə bilər. Belə halda nizamnamə kapitalına vəsait qoyuluşu əmlaka 
görə kapitallaşdırılmış icarə ödəməsi həcmi üzrə qiymətləndiriləcəkdir. 
Əmlakın  material  obyektlərinin  özlərini,  onların  ilk  dəyəri  ilə  balans 
arxasında 001 «İcarə edilmiş əsas vəsaitlər» hesabının debetində uçota 
almaq lazımdır. 
İştirakçıların (təsisçilərin) qiymətli kağızlar və digər maliyyə 
qoyuluşları şəklində vəsait qoyurlar. Təsisçilərin əldə etdikləri səhmdar 
cəmiyyətinin  səhmləri,  daha  doğrusu,  səhmlərə  abunə  olan  şəxslərin 
borcları  ödənilən  zaman,  ödəmə  üzrə  səhmdarlarla  hesablaşmalar 
mühasibat  uçotunda  oxşar  qaydada  əks  olunur.  Bu  zaman  səhmdar 
cəmiyyətinin nizamnamə kapitalının əmələ gəlməsi, səhmlərə mükafat 
məbləğlərinin, daha doğrusu, emissiya gəlirinin yaranması ilə müşaiyəl 
oluna bilər. Bu gəlir, səhmlər nominal dəyə- 
146 


nndən  artıq  qiymətə  satılan  hallarda  meydana  gəlir.  Emissiya  gəliri 
ehtiyat kapitalına hesablanır. 
Toplanmış  emissiya  gəlirinin  məbləği  emissiya  və  səhmləri 
onların  nominal  dəyərindən  aşağı  qiymətlərlə  satan  zaman  fərqləri 
ödəmək  üçün  istifadə  edilir.  Belə  əməlliyyatlar  zamanı  87  «Əlavə 
kapital»  hesabının  2-ci  «Emissiya  gəliri»  subhesabı  kreditləşir  və  51 
«Hesablaşma hesabı» hesabı debetləşir. 
Səhmdar cəmiyyəti sonradan baha satmaq üçün xüsusi səhmlər 
əldə edə bilər. Bu zaman nizamnamə kapitalının həcmi dəyişilməz qalır. 
Səhmdarlardan  satın  alınmış  xüsusi  səhmlərin  əldə edilməsinə  xərclər 
çəkilir. 
Səhmdar  cəmiyyətinin  idarə  heyəti  səhmdarlardan  satın 
alınmış  səhmlərin  tamamilə  ləğv  edilməsi  haqqında  qərar  qəbul  edə 
bilər.  Belə  halda  idarə  heyətinin  qərarı  olan  protokola  və  nizamnamə 
kapitalının yenidən qeydiyyatdan keçirilməsi haqqında sənədlərə əsasən 
iki mühasibat köçürməsi ilə rəsmiləşdirmək lazımdır. 
Müəssisənin fəaliyyəti prosesində onun nizamnamə kapitalının 
artırılmasının və ya azaldılmasının vacibliyi meydana çıxır. Nizamnamə 
kapitalının  istənilən  dəyişikliyi  nizamnamə  kapitalının  yeni  həcminin 
dövlət  orqanlarında  qeydiyyatından  sonra  müəssisənin  təsisçilərinin 
qərarı  ilə  həyata  keçirilir.  Müəssisənin  mühasibat-  lığı  nizamnamə 
kapitalının  dəyişilməsi  ilə  əlaqədar  olan  əməliyyatları,  təsisçilərin 
müvafiq qərarını dövlət orqanlarında qeydiyyatı təsdiq olunmadan əks 
etdirə bilməz. 
Müəssisənin  illik  fəaliyyətinin  yekunlarının  nəticələrinə 
baxıldıqdan  sonra  ümumi  iclas,  idarə  heyəti,  mülkiyyətçilərin  iclası 
nizamnamə  kapitalının  həcmini  artırılması  istiqamətində  və  ya 
azaldılması itsiqamətində dəyişilməsi haqqında qərar qəbul edə bilər. 
Nizamnamə  kapitalının  artması  bölüşdürülməmiş  mənfəət, 
xüsusi  fondların  qalığı  hesabına,  səhmdar  cəmiyyətlərində  isə  bundan 
başqa  -  hələ  həmçinin  yeni  səhmlərin  buraxılması,  köhnə  səhmlərin 
nominalının artırılması hesabına həyata keçirilə bilər. 
Nizamnamə  kapitalının  azalması  dövriyyədə  olan  səhmlərin 
miqdarının  azaldığı  və  ya  səhmlərin  nominal  dəyərinin  azaldığı  halda 
baş verə bilər. 
147 


Əgər  belə  qərar  qəbul  edilərsə,  onda  müəssisə  təsis  sənədlərinə 
müvafiq dəyişiklik aparır. 
Nizamnaməyə dəyişiklik aparan müəssisəni qeydiyyatdan keçirən 
orqanın  təsdiqini  alaraq,  nizamnamə  kapitalının  artırılması  və  ya 
azaldılması üzrə mühasibat yazılışı tərtib edirlər. 
Nizamnamə  kapitalının  artması.  Nizamnamə  kapitalına  keçən 
illərin mənfəətinin toplanmış məbləğlərini birləşdirmək yolu ilə həyata 
keçirilir,  bu  88  «Bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zə-  rər)» 
hesabının  ayrıca  subhesabmda  uçota  alınır.  Nizamnamə  kapitalına 
əvvəllər mənfəətdən yaradılmış yığım fondları birləşdirilə bilər, onların 
uçotu 88 «Bölüşdürülməmiş mənfəət (örtülməmiş zə- rər)» hesabının 
ayrı-ayn subhesablarmda həyata keçirilir. 
Nizamnamə  kapitalının  azalması  müəssisənin  ümumi  zərərinin 
ödənilməsi üçün həyata keçirilə bilər. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin