hesab nizamlayıcı hesablara aid edilir, çünki onda mənfəət hesabına
həyata keçirilən ayınnalar göstərilir.
81 «Mənfəətin istifadəsi» hesabına mənfəətin istifadəsinin
istiqamətindən asılı olaraq aşağıdakı subhesablar açıla bilər: 1
.»Mənfəətdən büdcəyə ödəmələr» 2. «Mənfəətin başqa
məqsədlərə istifadəsi.»
1- ci subhesabda il ərzində hesablanmış, qanunvericiliklə
müəyyən edilmiş mənfəətdən vergirlər üzrə avans ödəmələri \ə faktiki
mənfəətdən həmin vergilər üzrə yenidən hesablamalardan olan
ödəmələr uçota alınır.
2- ci subhesabda ehtiyat fonduna , yığım, istehlak və müəssisənin
fəaliyyətini və kollektivin sosial inkişafını həyata keçirmək üçün digər
fondlara edilən ayınnalar əks olunur. Müəssisənin fondlarının
yaradılması və başqa məqsədlərə mənfəətin istifadəsi qaydası
qanunvericilikdə və təsis sənədləri ilə nizama salınır.
81 «Mənfəətin istifadəsi» hesabının debetində il ərzində büdcəyə
hesablanmış vergi ödəmələri (mənfəətə və əmlaka görə vergi),
müəssisələrin ehtiyat və digər fondlarına ayırmalar və mənfəət hesabına
digər məqsədli maliyyələşmə vəsaitlərinin yaradılması, kreditdə isə - bu
hesabın
debitində əks olunan, dekabrda silinən məbləğlər uçota alınır.
Qanunvericiliyə müvafiq olaraq büdcəyə vergilər ödənildikdən
sonra qalan mənfəət (xalis mənfəət) müəssisənin sərəncamına daxil
olur. Bu mənfəətin hesabına müəssisələr aşağıdakı fondları yarada
bilər; təsis sənədlərinə müvafq olaraq yığım, istehlak, istehsalın
inkişafı, sosial inkişaf, maddi yardım, ehtiyat və digər fondlar.
Müəssisənin sərəncamında qalan mənfəətin hesabına, lazım
gəldikdə əməyin ödənilməsinin ehtiyat fondu, ümumtəsərrüfat
ehtiyacları üçün ehtiyat fondu və b. yaradıla bilər. Göstərilən fondların
yaranması və istifadəsi qaydası qanunvericiliklə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi tərəfindən işlənib hazırlanmış və
təsdiq edilmiş və müəssisənin təsis sənədləri ilə nəzərdə tutulan
əsasnamələrlə müəyyən edilir. Misal üçün, əməyin ödənilməsi üçün
ehtiyat fondu, icarəyə götürənin ifasa uğraması və ya ödəmə
qabiliyyəfnin olmadığı halda, müəssisə ləğv edildikdə (sahibkarın
fəaliyyəf dayandırıldıqda) və
qanun vericiliklə nəzərdə
134
tutulan digər hallarda işçilərə hesablanmış əmək haqqının ödənilməsini
təminatlı və kompensasiya ödəmələrini təmin etmək üçün yaradılır.
Əməyin ödənilməsinin ehtiyat fondunun ölçüsü, onun yaradılmasının
əsası və qaydası kollektiv müqavilə və ya razılaşma ilə müəyyən edilir.
Müəssisənin sərancammda qalan mərfəət uzunmüddətli kreditlərə
görə faizlərin (xüsusi dövriyyə vəsaitlərinin tamamlanmasına yönldilən
kreditlərdən başqa, bir ildən yuxarı), habelə əsas vəsaitlərin və qeyri-
maddi aktivlərin əldə edilməsindən ötəri qısamüddətli kreditlərə görə də
faizlərin ödənilməsi üçün istifadə edilir.
Bir sıra hallarda müəssisələrə vergiyə cəlb olunmaq üçün
mənfəətin gizlədilməsi və ya azaldılmasına, qadağan edilmiş və ya
xüsusi icazəsiz (lisenziyasız) fəaliyyət növləri ilə məşğul olmağa,
məhsulun (işin, xidmətin) qiymətinin artırılmasına görə iqtisadi
sanksiyalar tədbiq edilə bilər. Məsələn, mənfəətin (gəlirin) və ya
müəssisədən verginin azaldılması və ya gizlədilməsi zamanı ikiqat
ölçüdə, il ərzinə təkrar olunan nöqsan zamanı isə - üçqat ölçüdə cərimə
tutulur. Qalan mənfəət hesabına qadağan olunmuş və ya xüsusi icazəsiz
(bu lazım olan yerdə) fəaliyyət növləri ilə məşğuliyyətdən əldə edilən
gəlirin ölçüsündə büdcəyə cərimə, normativdən artıq ətraf mühitə
zəhəıiəyici maddələrin tululmasına görə vergi və b. köçümlür.
Müəssisənin sərəncamında qalan mənfəəi hesabına müo^:;isə
rəhbərinin qərarı ilə müstəsnalıq qaydasında həyata keç -ilən ezamiyyət
zamanı qanunvericilikdə nəzərdə tutulan ödə' ''r, nomaalardan artıq
əlavə ödəmələr həyata keçirilir.
Beləliklə il ərzində 80 «Mənfəət və zərərlər»
hesa'
min kreditində
artan yekunla müəssisənin mənfəəti əmələ gə' 81 «Mənfəətin istifadəsi»
hesabının debetində isə mənfəət hesabına həyata keçirilən ayırmalar əks
olunur.
İl başa çatdıqdan sonra (dekabrda) balansın reformasiyası, daha
doğrusu, onun maddələrinin dəyişməsi həyata keçirilir.
88 «Bölüşdürülməmiş mənfət (örtülməmiş zərər)» hesabı
müəssisənin bölüşdürülməmiş mənfəətinin və ya örtülməmiş zərərin
məbləğlərinin mövcudluğu
və hərəkəti haqda
135
informasiyaları ümumiloşdirmok üçün ayrılmışdır. Bu hesab akti\-
passivdir, daha doğrusu, bölüşdürülməmiş mənfəətin qalığı balansın
passivində, örtülməmiş zərər isə-onun aktivində göstərilir.
88 «Bölüşdürülməmiş mənfəl (örtülməmiş zərər)» hesabının
aşağıdakı subhesabları açıla bilər:
l.»Hesabat ilinin
bölüşdürülməmiş mənfəəti (zərəri)»; 2.»Keçən
illərin bölüşdürülməmiş
mənfəəti (örtülməmiş zərər)»; və b.
Yuxarıda qeyd edildiyi kimi hesabat ilinin bölüşdürülməmiş
mənfətinin məbləği dekabrın yekun dövriyyəsi ilə 80 «Mənfəət və
zərərlər» hesabı ilə müxabirləşərək 88 «Bölüşdürülməmiş mənfəət
(örtülməmiş zərər) « hesabının kreditinə, hesabat ilinin zərərinin
məbləği isə - tərsinə yazılışla silinir (88 saylı hesabın debeti və 80 saylı
hesabın krediti).
Bölüşdürülməmiş mənfət müəssisə tərəfindən onun təsisçilərinə
gəlirlərinin ödənilməsi üçün istifadə edilə bilər.
Dostları ilə paylaş: