Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


  §6. Kommersiya xərclərinin uçotu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   63
596 (1)

^ 
115 


§6. Kommersiya xərclərinin uçotu 
Məhsul  satışı,  satış  üzrə  xərclərlə  əlaqədardır.  Onlar  bilavasitə 
istehsal xərclərinə aid edilmir, məhsulun istehsalat maya dəyərinə daxil 
edilmir  və  kommersiya  (istehsaldan  kənar)  xərclərin  qrupunu 
yaradırlar.  İstehsalat  maya  dəyəri  ilə  birlikdə  kommersiya  xərcləri, 
məhsulun  istehsalına  və  satışına  müəssisənin  pul  ifadəsində  bütün 
xərclərini  ifadə  edən  məhsulun  tam  maya  dəyərini  yaradır.  Məhsul 
istehsalı ilə əlaqədar olmayan, ancaq onun satışına aid olan məsrəflər, 
kommersiya (istehsaldan kənar) xərclər adlanır. 
Kommersiya xərclərinin tərkibinə aşağıdakılar daxildir: 
a)  satışın təşkili (marketinq əməliyyatları) üzrə xərclər; 
b) hazır  məhsul  anbarlarında  məmulatların  tara  və  qablaşdırma 
xərcləri (qablaşdırmaya sərf edilən kağız, ağac materialı, pirəc, taranın 
hazırlanması  və  qablaşdıniması  üzrə  özünün  köməkçi  istehsalat 
sexlərinin  xidmətləri,  taralaşdırmaya  ödəmələr  və  b.).  Onlara  taranın 
hazırlanması  və  qablaşdırma  ilə  əlaqədar  olan  köməkçi  istehsalat 
sexlərinin xidmətlərinin dəyəri, kənardan satın alınmış taraların dəyəri, 
kənar  təşkilatlara  məmulatın  taralaşdırılmasına,  qablaşdırılma-  sına 
görə ödəmələr aid edilir. 
Hazır məhsullar ümumzavod anbarlarına təhvil verildikdən sonra 
onların taralaşdınİması və qablaşdırılması həyata keçirilirsə, yəni hazır 
məhsul anbarında yerinə yetirilirsə, taraya çəkilən xərclər kommersiya 
xərclərinə  daxil  edilir.  Əgər  dövlət  standartları  və  texniki  şərtlərlə 
taralaşdırma  və  qablaşdırma,  məhsullar  anbara  təhvil  verilənə  qədər 
sexlərdə  həyata  keçirilməsi  nəzərdə  tutulubsa,  onda  onun  dəyəri 
istehsalat maya dəyərinə aid edilir. 
v) topdansatış qiymətləri franko-göndərmə stansiya ilə müəyyən 
edilən  zaman,  malgöndərənin  hesabına  həyata  keçirilən  məhsulların 
satışı  ilə  əlaqədar  onların  daşınması  (göndərilməsi)  xərcləri.  Bura 
məhsulların  göndərən  stansiyaya  və  ya  tərsanəyə  daşınması,  onun 
vaqonlara,  gəmilərə,  avtomaşınlara  və  digər  nəqliyyat  növlərinə 
yüklənməsi, 
ixtisalaşdırılmış 
nəqliyyat-ekspedisiya 
idarəsinin 
xidmətinin ödənilməsi xərcləri daxil edilir. 
Qablaşdırma və göndərmə xərcləri, məhsulun müvafiq növlərinin 
maya dəyərinə müstəqim yolla daxil edilir. Əgər bu mümkün de 
116 


yildirsə,  onlar  məhsulun  ayrı-ayn  növləri  arasında,  onların  çəkisinə, 
həcminə və ya istehsalat maya dəyərinə görə bölüşdürülə bilər. Bu cür 
bölüşdünnə qaydası sahə təlimatı ilə müəyyən edilir. 
q)  satış  və  digər  vasitəçi  təşkilatlara  ödənilən  komission  haqları 
(ayınnaları).  Onlara  müəyyən  edilmiş  normalara  və  müqavilələrə 
müvafiq  olaraq,  satış  təşkilatlarına  ödənilən  ayırmalar,  təchizat-satış 
təşkilatlanna, onlar tərəfindən hesablaşmalarda iştirak etmədən tranzitlə 
məhsul satışına görə malgöndərən müəssisədən təşkil edilən dövriyyə 
üçün çatası olan güzəştlər, habelə müəyyən edilmiş qaydada müəssisə 
tərəfindən satıla bilməyən, lakin ticarət, təchizat və ya satış təşkilatları 
tərəfindən satılan məhsula görə onlara ödənilən komission haqları aid 
edilir. 
d) məhsullar  satılan  yerlərdə  onların  saxlanması  üçün  binaların 
saxlanması  və  kənd  təsəmifatı  müəssisələrində  satıcıların  əməyinin 
ödənilməsi xərcləri. 
e)  reklam xərcləri. 
j)  məhsul  satışı  ilə  əlaqədar  olan  sair  xərclər.  Bura  məhsulun 
buraxılışı  zamanı  aparılan  xüsusi  analizlərə  çəkilən  xərclər, 
müəssisədən  kənar  anbarlarda  məhsullann  yüklənməsinə  və 
boşaldılmasına çəkilən xərclər aiddir. 
Müəssisənin  hazır  məhsul  anbarlarının  və  onun  satış  şöbəsinin 
saxlanmasına  çəkilən  xərclər  burada  əks  olunmur,  onlar  26 
«Ümumtəsərrüfat xərcləri» hesabında uçota alınır. 
Malalanlar  tərəfindən  ödənilən,  məhsulun  qablaşdırılmasına  və 
göndərilməsinə çəkilən xərclər, habelə məhsulun qiymətinə daxil edilən 
və malalanlar tərəfindən göndərilmiş məhsulların dəyərini ödəmək yolu 
ilə malgöndərənlərə ödənilən məhsulların təyin olunmuş stansiyaya və 
ya tərsanəyə (malalanın olduğu yer üzrə) qııdər çatdırılmasına çəkilən 
xərclər, kommersiya xərclərinə aid edih ıir. 
Qeyd  olunan  xərclər  45  «Göndərilmiş  mallar»  hesabında  əks 
olunur. 45 «Göndərilmiş mallar» hesabında (43 hesabına toxunmadan) 
həmçinin  əgər  qiymətlər  franko-göndərmə  stansiyasına  qədər 
müəyyənləşdirilibsə,  təyinat  stansiyasına  və  ya  tərsanəsinə  qədər 
məhsulların  çatdırılmasına  görə  ödəmələr  uçota  alınır.  Göstərilən 
xərclər malların dəyərindən əlavə hesablaşma ödəmə sənədlərinə daxil 
edilir. 
117 


Yuxanda  qeyd  olunduğu  kimi  kommersiya  xərcləri  məhsulların 
satışı üzrə məsrəflərdən ibarətdir və ona görə də satılmış məhsulların 
maya  dəyərinə  daxil  edilir.  Onlar  ona  görə  kommersiya  xərcləri 
adlanırlar  ki,  məhsulların  istehsalı  ilə  bilavasitə  əlaqədar  deyillər  və 
istehsal xərclərinin hüdudundan çıxırlar. Bu xərclər əsas etibarı ilə satış 
fəaliyyəti ilə əlaqədə olur. 
Yuxarıda qeyd edildiyi kimi, kommersiya xərclərinə məhsulların 
qablaşdırılması  üzrə,  taraların  təmiri  və  saxlanması  üzrə  xərclər, 
məhsulların  göndərən  stansiyaya  qədər  daşınması  və  vaqonlara 
yüklənməsi üzrə xərclər, dəmir yol tariflnin ödənilməsi, elmi-tədqiqat 
işlərinə və təcrübə işlərinə ayırmalar, kadrların hazırlanmasına edilən 
xərclər və s. daxildir. 
Kommersiya xərclərinin analitik uçotu 15 saylı cədvəldə aparılır. 
Həmin  cədvəldə  ilin  əvvəlindən  məsrəflərin  yığılmış  yekunu  yazılır. 
Məsrəflərə nəzarət elmək üçün isə təsdiq edilmiş smetanın məlumatları 
da bu cədvəldə əks olunur. 
Kommersiya xərcləri satılan məmulatların növləri üzrə ayrı-ayrı 
məhsul növlərinin müstəqim uçotunun məlumatlarına əsasən bölünür. 
Bu  xərcləri  əgər  müstəqim  olaraq  məmulata  aid  etmək  mümkün 
deyilsə, onda onlar məmulatlar arasında məmulatların istehsalat maya 
dəyərinə mütənasib olaraq bölüşdürülür. 
Tam maya dəyəri ancaq əmtəəlik məhsullar üzrə müəyyən edilir. 
Bunun üçün istehsalat maya dəyərinin üzərinə kommersiya xərclərinin 
məbləğini gəlmək lazımdır. 
Kommersiya  xərcləri  müəssisənin  özünün  əsaslı  tikintisi,  mən- 
zil-kommunal  təsərrüfatı  və  başqa  qeyri-sənaye  təsərrüfatları  üçün 
yerinə yetirilmi iş və xidmətlərə də aid edilmir. 
Geniş istehlak mallarının satılmış məmulatlarına da kommersiya 
xərcləri  əlavə  edilir.  Bu  xərclərin  ancaq  həmin  məmulatların  satışına 
aid olan hissəsi, yəni onların göndərilməsi üzrə nəqliyyat xərcləri aid 
edilir. 
Məhsulların  satışı  ilə  əlaqədar  olan  xərclər  haqqında 
informasiyaları ümumiləşdirmək üçün 43 "Kommersiya xərcləri" adlı 
aktiv,  toplayıcı-bölüşdürücü  sintetik  hesab  nəzərdə  tutulmuşdur.  Bu 
hesabın  debetinə  qeyd  olunan  nomenklaturaya  müvafiq  olaraq 
məhsulların  göndərilməsi  və  satışı  üzrə  bütün  xərclər  aid  edilirlər, 
kreditində 


isə - hesabat ayında satılmış məhsullara silinən məbləğlər əks olunurlar. 
Kommersiya xərclərinin göndərilmiş mallara aid olan hissəsi qalıq 
kimi 43 "Kommersiya xərcləri" hesabda qalır. Bu xərclərin qalığı balans 
tərtib edilən zaman ayın 1-nə 45 «Göndərilmiş mallar» hesabında olan 
qalıq məbləğinə birləşdirilir (43 "Kommersiya xərcləri" hesabı hər hansı 
bir  toplayıcı-bölüşdüriicii  hesab  kimi,  balansın  cədvəlində  öz  əksini 
tapmır). 
43  "Kommersiya  xərcləri"  hesabında  müəssisə  həm  malalanlar 
tərəfindən  ödənilən  (45  «Göndəriimiş  mallar»  hesabının  debetinə  aid 
edilən),  həm  də  müəssisənin  hesabına  aid  edilən  (46  «Məhsulla-  rm 
(işlərin, xidmətlərin) satışı» hesabının debetinə aid edilən) kommersiya 
xərclərinin bütün məbləğləri uçota alınır. Bu, kim tərəfindən, yəni istər 
malalanlar, istərsə də müəssisə tərəfindən həyata keçirilməsindən asılı 
olmayaraq kommersiya xərclərinin bütün məc- muunu müəyyən etmək 
üçün belə edilir. 
43  "Kommersiya  xərcləri"  hesabının  analitik  uçotu  sənaye 
məhsullarının maya dəyərinin planlaşdırılması, uçotu və kalkulyasiyası 
üzrə sahə təlimatı ilə müəyyən edilmiş maddələr üzrə aparılır. Bu uçot 
müəssisədə  elə  təşkil  edilir  ki,  məhsul  satışı  haqqında  lazım  olan 
göstəriciləri əldə etmək mümkün olur. 
Kommersiya  xərclərinin  analitik  uçoıunun  registri,  onların 
maddələri  və  müxabirləşən  hesablar  üzrə  aparılan  "Kommersiya 
xərclərinin analitik uçotunun cədvəlindən" ibarətdir. 
Müəssisədə  cədvəli  tərtib  etmək  üçün  əsas,  müxtəlif  jurnal-or- 
derlərin yekun məlumatları, materialların, əmək haqqınan, xidmrüə- rin, 
pul ödəmələrinin və başqa xərclərin bölüşdüıiilməsi cədvəli xidmət edir. 
Onda  məlumatlar  təhlil  üçün  lazım  olan  çərçivədə  qnı-  plaşdınhr  və 
smeta  məlumatları  verilir  ki,  bu  da  planla  müqay'sədə  vəsaitlərin 
xərclənməsinin  hansı  vəziyyətdə  olmasını  göstərir.  Cədvəlin  yekunu 
məhsul  satışı  haqqında  hesabat  tərtib  edilən  zaman  asanca  istifadə 
olunur. 
43  "Kommersiya  xərcləri"  hesabının  debeti  üzrə  dövriyyənin 
məbləğləri 1,2,7, 10/1 saylı jurnal-orderlərdə, kredit üzro dövriyyə isə 
11 saylı Jurnal-orderdə əks olunur. 
Satılmış məhsullara görə məbləğlər banklarda olan hesablara da 
.19 


xil olduqca məlisullar satılmış hesab olunan müəssisələrdə kommersiya 
xərclərinin müvatiq payı 45 «Göndərilmiş mallar» hesabına mühasibat 
yazılışı  tərtib  etmədən  aid  edilə  bilər.  Hazır  məmulatlar  anbarda 
qablaşdırılan  zaman,  qablaşdırılmış,  lakin  göndərilməmiş  məhsullara 
aid  olmayan  kommersiya  xərcləri,  həmin  məhsulların  anbardakı 
qalığına birləşdirilir. 
Satılmış  məhsulların  ayrı-ayrı  növlərinin  tam  maya  dəyərinə 
kommersiya 
xərclərinin 
daxil 
edilməsi 
qaydası 
istehsalın 
xüsusiyyətlərindən  və  buraxılan  məhsulların  xarakterindən  asılıdır  və 
sahə  təlimatlarında  nəzənlə  tutulur.  Bu  zaman  tara  və  qablaşdırma 
xərcləri məhsulların ayrı-ayrı növlərinə müvafiq ilkin sənədlər əsasında 
müstəqim  təyinatına  görə  aid  edilə  bilər.  Qalan  hallarda  kommersiya 
xərcləri məmulatların ayrı-ayrı növləri arasında onların kütləsinə və ya 
həcminə mütənasib olaraq, komission haqqları, təşkil edilən dövriyyəyə 
görə  qiymətlərə  güzəştlər  və  satış  üzrə  sair  xərclər  isə  -  satılmış 
məhsulların istehsalat maya dəyərinə mütənasib olaraq bölüşdürülür. 
Sənayenin  bəzi  sahələrində  kommersiya  xərclərinin  ümumi 
məbləğini məmulatlar arasında satılmış əıntəəlik məhsulların plan və ya 
faktiki  istehsalat  maya  dəyərinə  və  yaxud  da  buraxılış  qiymətləri  ilə 
(topdan) onun həcminə mütənasib olaraq bölüşdürülür. 
Beləliklə, kommersiya xərcləri müstəqim və qeyri-müstəqim xərc 
kimi çıxış edirlər. 
Əgər  hesabat  ayında  bütün  məhsullar  göndərilmirsə,  buraxılan 
məhsulların  tam  maya  dəyərini  müəyyən  etmək  üçün  buraxılan 
məhsulların  tam  maya  dəyərini  müəyyən  etmək  üçün  buraxılan 
məhsulların  maya  dəyərinə  aid  edilən  istehsaldan  kənar  xərclərin 
məbləğini hesablama yolu ilə müəyyən edirlər. Bu hesablama hesabat 
ayında əmtəəlik məhsul buraxılışının həcmi və qeyd olunan xərclərin 
faktiki səviyyəsi əsasında yerinə yetirilir. 
Malgöndərən  müəssisənin  hesabına  həyata  keçirilən,  məhsulun 
daşınması və göndərilməsi üzrə xidmətlərə görə nəqliyyat təşkilatları ilə 
(dəmir  yol  və  su  yolu)  limitləşdirilmiş  və  liınitləşdirilməmiş  çekləıiə 
hesablaşmalar zamanı 43 "Kommersiya xərcləri" hesabı de- betləşir və 
76  "Müxtəlif  debitorlar  və  kreditorlala  hesablaşmalar",  hesabı 
kreditləşir. 
120 


Məhsulların  tam  maya  dəyərinin  düzgün  müəyyən  edilməsi, 
kommersiya xərclərinin ayrı-ayrı məmulatlar arasında bölüşdürülməsi 
olduqca vacibdir. 
Yuxanda  qeyd  edildiyi  kimi  kommersiya  xərcləri  satılmış 
məhsulların maya dəyərinə, onların ay ərzindəki məbləğini, məhsulun 
buraxılış (topdansatış) qiymətləri ilə və ya istehsalat plan maya dəyəri 
ilə dəyərinə mütənasib olaraq bölüşdürmək yolu ilə daxil edilir. 
Bunu aşağıdakı misalda göstərək. 
Göstəricilər 
Buraxılış qiyməti 
(topdansatış) ilə min 
man. 
Kommersiya xərcləri 
min man. 
Ayın 
əvvəlinə 
göndərilmiş  malların 
qalığı 
70000 
700 
hesabat 
ayında 
göndərilib 
157500 
1575 
Qalıqla 
birlikdə 
göndərilənin yekunu 
227500 
2275 
Buraxılış  qiyməti  ilə 
qalığın və göndərilmiş 
məhsulun 
dəyərinə 
kommersiya 
xərclərinin faiz nisbəti 
(2275x100: 27500) 
 
1,0 
Ayın 
axırına 
göndərilmiş  malların 
qalığı 
77500 
775 
Hesabat ayında satılıb 
150000 
1500 
121 



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin