Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


Kommersiya xardəri üzrə əməliyyatlar



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   63
596 (1)

Kommersiya xardəri üzrə əməliyyatlar 
Sıra 
N?- 
Əməliyyatların məzmunu 
Müxabirləşən 
hesablar 
si 
 
debet  kredit 




1. 
Əgər 
qiymətlər 
franka-göndərmə 
stansiyasına  qədər  müəyyənləşdirilibsə, 
təyinat stansiyasına və ya tərsanəsinə qədər 
məhsulların  çatdırılmasına  görə  ödəmələr 
malların 
dəyərindən 
əlavə 
hesablaşma-ödəmə 
sənədlərinə 
daxil 
edildikdə 
45,46 
02,05,12, 
13,31,65, 
67 və b. 

Buraxılış  qiymətlərinə  daxil  edilməyən 
taraların dəyərinə 
45,46 
10/4 

Nəqliyyat  xərclərinin  və  taraların  dəyəri 
ödənildikdə 
51,52, 
50 
45,46 

Satış  qiymətində  -  malalanlar  tərəfindən 
ödənilən,  həyata  keçirilmiş  kommersiya 
xərcləri uçotda aşağıdakı kimi əks etdirilir: 
 
 
 
a)  hazır  məhsulların  anbarında  taraların  və 
qablaşdırmanın dəyərinə 
43 
10/4 
 
b)  köməkçi  istehsalat  sexləri  və  xidmət- 
edici  istehsalatlar  tərəfindən  məhsulların 
qablaşdırılması  və  göndərilməsi  üzrə 
göstərilən xidmətlərin faktiki maya dəyərinə 
43 
23 
 
v)  bilavasitə  kommersiya  xərclərinə  aid 
edilən  iş  və  xidmətlərin  kassa  və  bank 
hesablarından ödənilməsinə 
43 
50,51, 
52,55 
 
q) kənar müəssisələr tərəfindən kommersiya 
xidmətlərinin  faktiki  dəyərinə  (nəqliyyat, 
reklam və b.) 
43 
60 
122 


Bu  zaman  məhsulların  (işlərin,  xidmətlərin,  malların)  satışından 
olan mənfəət (zərər) buraxılış qiymətləri ilə onların satışından olan pul 
vəsaiti (ümumi gəlir) və bu məhsulların (malların, işlərin, xidmətlərin) 
istehsal (tədavül) xərcləri, kommersiya xərcləri, göstərilən məhsulların 
əlavə  dəyər  vergisi  (aksizlə  birlikdə)  ararsındakı  fərq  kimi  müəyyən 
edilir. 
Məhsullann  (işlərin,  xidmətlərin)  satışından  olan  pul  vəsaiti  ya 
onun dəyəri ödənilməklə (pul vəsaitləri bank müəssisəsinin hesabla- nna 
ya da müəssisənin kassasına daxil olduqda), ya da onun göndərilməsi 
(işlərin  yerinə  yetirilməsi,  xidmətlərin  göstərilməsi)  və  malalana 
(sifarişçiyə)  hesablaşma  sənədlərini  təqdim  etməklə  müəyyən  edilir. 
Məhsulların  (işlərin,  xidmətlərin)  satışından  əldə  edilən  vəsaitin 
müəyyən  edilməsi  metodu  müəssisə  tərəfindən  bir  neçə  il  üçün 
təsərrüfatçılıq  və  bağlanan  müqavilələrin  şərtlərindən  asılı  olaraq 
müəyyən edilir. 
Əsas  vəsaitlərin,  azqiymətli  və  tez  köhnələn  əşyaların  və  qeyri- 
maddi  aktivlərin  satışından  əldə  edilən  mənfəət  (zərər),  buraxılış 
qiymətlərilə onların satışından əldə edilən vəsait və onların qalıq dəyəri, 
habelə  onların  satışı  ilə  əlaqədar  olan  xəclər  və  əlavə  dəyər  vergisi 
arasındakı fərq kimi hesablanır. 
Maddi  qiymətlilərin  və  digər  aktivlərin  satışından  əldə  edilən 
mənfəətin (zərər), buraxılış qiymətləri ilə onların satışından olan vəsait 
və  onların  əldə  edilməsinə,  satışına  çəkilən  xərclər  və  əlavə  dəyər 
vergisi arasındakı fərq kimi hesablanır. 
Müəssisələrin  istehsalat-təsəmifat  fəaliyyəti  nəticəsində  satışdan 
kənar  aşağıdakı  əməliyyatlardan  mənfəət  və  ya  zərər ola  bilər:  alınan 
(ödənilən) cərimələrin, peniyalarm, peşiman pullarının və digər iqtisadi 
sanksiyaların  (qanunverigiliyə  müvafiq  olaraq  büdcəyə  keçirilən 
sanksiyaların  məbləğlərindən  başqa)  məbləğləri;  müəssisənin 
hesablarında olan vəsaitlərin məbləğlərinə görə alınan faizlər; hesabat 
ilində aşkar edilən keçən illərin mənfəətləri və zərərləri; təbii fəlakətdən 
olan  zərərlər;  borcların  və  debitor  borclannın  silin-  məsindən  olan 
itkilər;  əsas  vəsait  obyektlərinin  xarab  olmasından  və  ya 
çalışmamasından olan zərərlər (günahkarlar olmadıqda və ya onlardan 
zərərlərin silinməsinə məhkəmə etiraz etdikdə); ümidsiz kimi əvvəllər 
silinmiş borcların daxil olması; qüvvədə olan qanunverici 
125 


liyə müvafiq olaraq mənfəət və zərərlər hesabına aid edilən sair gəlirlər 
(itkilər, xərclər). 
Balans  mənfəətinin  əsas  hissəsini  məhsulların,  işlərin  və 
xidmətlərin  satışından  əldə  edilən  mənfəət  (90%-ə  yaxın)  təşkil  edir. 
Müəssisə tərəfindən sair satışdan və satışdan kənar əməliyyatlar üzrə 
yol verilən zərərlər onun balans mənfəətini azaldır. 
Birgə müəssisələrdə də mənfəətin əsas hissəsi həmçinin daxili və 
xarici  bazarlarda  məhsulların,  işlərin  və  xidmətlərin  satışı  prosesində 
əldə edilir və özündə məhsulların (işlərin, xidmətlərin) satışından əldə 
edilən  ümumi  gəlir  və  onun  hazırlanmasına  (işlərin  yerinə 
yetirilməsinə,  xidmətlərin  göstərilməsinə)  və  satışına  çəkilən  faktiki 
məsrəflər arasındakı fərq kimi əks etdirir. 
Müəssisənin sərəncamında qalan mənfəət (xalis mənfəət), özündə 
balans  mənfəəti  və  onun  hesabına  həyata  keçirilən  vergi  ödəmələri 
arasındakı  fərqi  əks  etdirir.  Göstərilən  mənfəət  müəssisənin 
sərəncamında  qalır  və  əməyin  ödənilməsi  üçün  ehtiyat  fondunun, 
ictimai  ehtiyaclar  üçün  ehtiyat  fondunun,  yığını  fondunun,  istehlak 
fondunun  və  təsis  sənədlərinə  əsasən  müəssisənin  məsləhət  bildiyi 
digər xüsusi fondların yaradılmasına yönəldilir. 
Beləliklə,  müəssisənin  işinin  maliyyə  nəticələri  (mənfəət,  zərər) 
məhsulların  (işlərin,  xidmətlərin),  əsas  vəsaitlərin,  mal-material 
qiymətlilərinin,  qeyri-maddi  və  sair  aktivlərin  satışı,  habelə  satışdan 
kənar gəlirlər və xərclər nəticəsində əmələ gəlir. 
Bazar  münasibətləri  şəraitində  iqtisadi  (xalis)  mənfəət  və 
gözlənilən mənfəət kimi kateqoriyalar istifadə olunur. 
İqtisadi  (xalis)  mənfəət  -  müəssisənin  ümumi  gəliri  və  onun 
ümumi  xərcləri  arasındakı  fərqdən  ibarətdir,  ümumi  xərclərə,  tərkib 
hissəsi sahibkarlıq gəlirinin hissəsi kimi normal mənfəət hesab olunan 
planlaşdırılan xərcləri daxıl edirlər. 
Normal  mənfəət  -  istehsalın  hər  hansı  müəyyən  sferasında 
sahibkarı  saxlamaq  üçün  lazım  olan  minimum  gəlir  və  ya  ödəmə 
deməkdir. Sahibkarlarda mənfəət iqtisadi resursların və innovasiyala- 
rın  təşkili  və  idarə  edilməsi  ilə  əlaqədar  olan  sığortalanmış  cəsarət 
hesabına  arta  bilər.  Mənfəəti  həmçinin  səlahiyyətin  inhisarçılığı 
nəticəsində də əldə edirlər. 
126 


Gözlənilən mənfəət - bu mənfəət nəticəsində əldə edilə bilər. Onun 
əldə edilməsinə cəhd firmam  yeniliyi həyata keçirməyə maraqlandırır 
(daha  yeni  məhsuldar  texnikanı,  texnologiyam  tətbiq  etməyə  və 
istehsalın  təşkilinə),  onlar  investisiyanı,  məhsulların  artırılmasını  və 
məşğulluğun təmin olunmasını həvəsləndirir. 
Bu zaman yeniliklər, iqtisadi artımın əsas amili hesab olunur, çünki 
mənfəəti əldə etmək arzusu texniki tərəqqinin inkişafının əsasını təşkil 
edir.  Lakin  gözlənilən  mənfəət  bir  çox  amillərdən:  investisiyalardan, 
məşğulluqdan,  artım  templərindən  və  b.  asılıdır.  Bu  zaman  nəzərə 
almaq lazımdır ki, mənfəət yeniliklərin tətbiqinin vahid həvəsləndiricisi 
hesab olunmur. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin