Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§4. Ehtiyat kapitahmn uçotu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   63
596 (1)

§4. Ehtiyat kapitahmn uçotu 
Bazar  iqtisadiyyatı  şəraitində  ehtiyat  kapitallarının  və 
ödəmələrinin  yaradılması  və  düzgün  istifadə  edilməsi  mühüm 
əhəmiyyət kəsb edir. 
Səhmdar  cəmiyyəti  və  bircə  təşkilatlar  qüvvədə  olan 
qanunvericiliyə  müvafiq  olaraq  ehtiyat  kapitalını  məcburi  qaydada 
yaradırlar.  Öz  baxışlarına'görə  onu  digər  təşkilatlar  da  yarada  bilər. 
Səhmdar cəmiyyətinin ehtiyat kapitalı zərərlərin örtülməsi üçün, habelə 
cəmiyyətin istiqrazlarının ödənilməsi və digər vəsaitlər olmadığı halda 
cəmiyyətin  səhmlərini  satın  almaq  üçün  istifadə  edilir.  Digər 
təşkilatlarda  ehtiyat  kapitalının  istifadə  edilməsi  istiqamətləri  onların 
nizamnaməsi ilə müəyyən edilir. 
158 


Əsas kapitalın tamamlanması və dividendlərin ödənilməsindən 
ötəri bu məqsədlər üçün və ya gələcəkdə nəzərdə tutulmayan mümkün 
olan zərərlərin və itkilərin örtülməsi üçün hesabat ilinin mənfəəti 
olmayan (kifayət olmayan) zaman əsasən mənfəətin ehti- 
yatlandırılmasını və xərclərin faktiki əmələ gəldiyi vaxta qədər, onların 
bir hissəsinin təşkilatın məsrəllərinə vaxtından əvvəl daxil edilməsi yolu 
ilə gələcək ödəmələrin ehtiyatlandırılmasmı həyata keçirirlər. 
Ehtiyat kapitalı qanunvericiliyə və təsis sənədlərinə ciddi müvafiq 
olaraq  yaradılmalıdır.  Mühasibat  uçotunun  qüvvədə  olan  göstərişləri 
gizli ehtiyatların və ödəmələrin yaradılmasını qadağan edir. 
Ehtiyat kapitalının ölçüsü səhmdar cəmiyyətində təşkilatın 
nizamnaməsi ilə müəyyən edilir. 
Qanunvericilikdə ehtiyat kapitalının yaradılması nəzərdə 
tutulmayan təşkilatlarda, o, xalis mənfəətin hesabına yaradıla bilər. 
Qeyd  etmək  lazımdır  ki,  qanunvericilikdə  ehtiyat  kapitalının 
yaradılması nəzərdə tutulan müəssisələrdə ehtiyat kapitalına ayırmalar 
qanunvericilikdə müəyyən edilmiş nonnativ hüdudlarında vergiyə cəlb 
olunmaya  qədər,  nonnativdən  artıq  ayımıaları  isə  -  vergiyə  cəlb 
olunmadan sonra aparırlar. Bununla əlaqədar olaraq belə müəssisələrdə 
ehtiyat  kapitalına  ayırmaları  80  «Mənfəət  və  zərərlər»  hesabının 
debetində  və  86  «Ehtiyat  kapitah»  hesabının  kreditində  əks  etdirmək 
məqsədəuyğundur. 
Qanunvericiliyə  və  təsis  sənədlərinə  müvafiq  olaraq  yaradılmış 
təşkilatlar  ehtiyat  kapitalını  yaradı  bilər.  Öz  təbiətinə  görə  o  sığorta 
kapitalıdır  və  təsərrüfat  fəaliyyətindən  mümkün  olan  zərərlərin 
örtülməsi  üçün  yaradılır.  Onun  yaradılması  təşkilatın  aramsız 
işləməsini, habelə üçüncü şəxsin marağının təminatını təmin edir. Onun 
mövcudluğunu  kreditorlara  və  digər  maraqlı  şəxslərə  təşkilatın 
öhdəliyinin  ödənilməsində  müəyyən  inam  verir.  Cari  təsərrüfat 
fəaliyyətində bu fond təşkilatın fəaliyyətinin əlavə daxili maliyyələşmə 
mənbəi  kimi  (nizamnamə  kapitalına)  çıxış  edir.  Ehtiyat  kapitalı  əsas 
etibarı  ilə  mənfəətdən  ayırmalar  hesabına  yaradılır.  Fonda  hər  illik 
ayırmanın ölçüsü təsis sənədləri ilə müəyyən edilir. 
Səhmdar cəmiyyətləri ehtiyat kapitalının əsas kapital qiymətdən 
düşdüyü halda onu tamamlamaq üçün və mənfəətdən hər illik ödə- 
159 


İlişlər yolu ilə dividendləri ödəmək üçün yaradırlar. Ehtiyat kapitalını 
həmçinin  birgə  müəssisələr  və  məhdud  ınəsuli\^ətli  cəmiyyətlər 
yaradırlar.  Fondların  həcmi  və  yaradılması  qaydası  təşkilatların 
nizamnamələrində nəzərdə tutulur. 
Qüvvədə  olan  qanunvericilikdə  ehtiyat  kapitalına  minimum 
məcburi ayırmalar müəyyən edilir. 
Ehtiyat  kapitalının  vəsaitlərinin  hərəkəti  haqqında  informasiyanı 
ümumiləşdirmək üçün mühasibat uçotunda 86 «Ehtiyat kapitalı» hesabı 
nəzərdə  tutulmuşdur.  Bu  passiv  hesabdır.  Bu  hesabın  krediti  üzrə 
ehtiyat  kapitalına  ayırmalar,  debetində  isə  bu  kapitalın  vəsaitlərinin 
istifadəsi əks olunur. Mənfəətdən ehtiyat kapitalına ayırmalar aşağıdakı 
yazılışla əks olunur: 
DT 81 «Mənfəətin istifadəsi» hesabı. 
KT 86 «Ehtiyat kapitah» hesabı. 
Mənfəət vergiyə cəlb olunan zaman, ehtiyat kapitalına yönəldilən 
məbləğlərə təşkilatlar ümumi mənfəəti azaldırlar. 
Ehtiyat  kapitalını  digər  təşkilatlar  da  yarada  bilər.  Bunu  ancaq 
onların sərəncamında qalan mənfəət hesabına yaradırlar. 
Ehtiyat  kapitalı  vəsaitlərinin  istifadə  edilməsi  aşağıdakı 
yazılışlarla uçota alınır: 
a) iştirakçılara  gəlirlərin  və  dividendlərin  ödənilməsi  məqsədləri 
üçün  hesabat  ilinin  mənfəəti  olmayan  və  ya  kifayət  qədər  olmayan 
zaman onların ödənilməsinə yönəldilən məbləğlər hissəsində; 
DT 86 «Ehtiyat kapitah» hesabı. 
K.T 75 ((Təsisçilərlə hesablaşmalar» hesabı. 
b) hesabat  ilinin  balans  zərərinin  ödənilməsinə  yönəldilən 
məbləğlər hissəsində və i.a. 
DT 86 ((Ehtiyat kapitalı» hesabının debeti. 
KT  88/1  ((Bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zərər)» 
hesabının 1 -ci subhesabı. 
Yekunda  86  ((Ehtiyat  kapitalı»  hesabının  kredit  qalığı  hesabat 
dövrünün  əvvəlinə  və  axırına  istifadə  edilməmiş  ehtiyatın  qalığını, 
debet  üzrə  dövriyyə  -  məqsədli  təyinatı  üzrə  mənfəətin  istifadə 
edilməsini,  kredit  üzrə  dövriyyə  -  əlavə  ayırmalar  hesabına  ehtiyatın 
tamamlanmasını xarakterizə edir. 
160 


Ehtiyat  kapitalı  xalis  mənfəətdən  ayırmalar  hesabına  yaradılan 
halda,  vəsaitlər  hesabat  ilinin  mənfəəti  kifayət  olmayan  zaman  divi- 
dendlərin ödənilməsinə istifadə edilə bilər. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin